Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbi Azərbaycan Respublikasının Prezidentinin 25 fevral 2011-ci il tarixli Sərəncamı ilə Daxili Qoşunların Orta İxtisas Hərbi Məktəbinin bazasında yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 09 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilmişdir.
Daxili Qoşunların Ali Hərbi Məktəbi ali xüsusi - hərbi təhsilli kadrların hazırlanmasını, zabit və gizirlərin ixtisaslarının artırılmasını və elmi-tədqiqat işlərinin aparılmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisəsidir.
Daxili Qoşunların Ali Hərbi Məktəbi “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası üzrə kadrların hazırlanmasını həyata keçirir.
Ali Hərbi Məktəbdə tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir. Təhsil müddəti dörd ildir.
Ali Hərbi Məktəbdə mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Bakalavriat səviyyəsində aparılır.
Ali Hərbi Məktəbi bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi, qanunvericiliklə nəzərdə tutulmuş diplom, döş nişanı, 3-cü məharət dərəcəsi və Daxili İşlər Nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilir.
Ali Hərbi Məktəbin məzunlarına aşağıdakı ixtisaslar verilir:
Hərbi ixtisas - “Ali xüsusi-hərbi təhsilli zabit”
Mülkü ixtisas - “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” bakalavr dərəcəsi.