I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

Beynəlxalq əlaqələr

 

Müstəqil dövlət kimi, Azərbaycan Respublikası öz daxili və xarici siyasət vasitələri ilə mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətinin formalaşdırılması və həyata keçirilməsi işini davam etdirməkdədir.
Ümumbəşəri dəyərlərə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsip və ideyalarına əsaslanaraq, keçmiş Sovet reciminin süqutundan sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılmasına başlamışdır. 
Həyata keçirilən geniş miqyaslı sosial, iqtisadi və demokratik-hüquqi islahatlar çərçivəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi məqsədilə, onun fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən bir sıra normativ aktlar və konseptual sənədlər Almaniya, İngiltərə, Fransa, İspaniya və digər Avropa ölkələrinin hüquqşünas mütəxəssislərinin iştirakı ilə tərtib edilmişdir.

1992-ci ildə Azərbaycan Beynəlxalq Kriminal Polis Təşkilatı - İNTERPOLa üzv olduğu andan xarici dövlətlərin hüquq mühafizə orqanları ilə bir başa əməkdaşlıq əlaqələrinin təməli qoyulmuşdur. BMT, Avropa Şurası kimi mötəbər təşkilatların hüquq mühafizə sahəsi üzrə ixtisaslaşdırılmış qurumları ilə münasibətlər intensivləşərək və eyni zamanda ölkənin iqtisadiyyatının, sosial durumunun dinamik inkişafı, Azərbaycana xarici investorların axının artmasına səbəb olmuşdur. Bu baxımdan həmin ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli hüquqi munasibətlərin qurulması zərurəti yaranmışdır.
Son 18 il ərzində Daxili İşlər Naziriliyi tərəfindən 40-a yaxın dövlətlərin aidiyyəti qurumları ilə 48 ikitərəfli və 27 çoxtərəfli idarələrarası və hökumətlərarası saziş, memorandum və protokollar imzalamışdır. Həmin beynəlxalq-hüquqi sənədlərin predmetini transmilli cinayətkarlığın müxtəlif növləri, narkotik vasitələrin, psixotrop maddələrin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qanunsuz miqrasiya, qaçaqmalçılıq və digər cinayətlərlə mübarizədə qarşılıqlı fəaliyyət əsasında məlumat və təcrübə mübadiləsinin, birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, polis təlim və təhsili sahəsində əməkdaşlıq məsələləri təşkil edir.

Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynamağda davam edirlər. Belə ki, beynəlxalq təşkilatlar təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə geniş imkanlar yaradırlar.
ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı), "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM", NATO (Şimali Atlantik Alyansı Təşkilatı) QDİƏT (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı), İƏT (İqtisadi Əməkdaşlıq Təşkilatı), İKT (İslam Konfransı Təşkilatı), MDB (Müstəqil Dövlətlər Birliyi) kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində Daxili İşlər Nazirliyinin bu istiqamətdə fəaliyyətinə xüsusi önəm verilir. 
1992-2010-cu illər ərzində Transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən narkotiklərin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qanunsuz miqrasiya, korrupsiya, çirkli pulların yuyulması və maliyyə saxtakarlığı, informasiya texnologiyaları vasitələrinin tətbiqi ilə törədilən cinayətlərlə mübarizə, həmçinin məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, eləcə də itkin düşmüş şəxslərin axtarışı, kriminalistik tədqiqatlar mövzusunda ölkədə və onun hüdudularında keçirilən 3000-nə yaxın konfrans, seminar və treninqlərdə 5000-dən artıq polis əməkdaşı iştirak etmişdir. 
Mütəmadi olaraq, Azərbaycanda yerləşən diplomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələri ilə Nazirliyin rəhbərliyi və aidiyyəti xidmət rəhbərləri arasında görüşlər keçirilir, yeni əməkdaşlıq prespektivləri barədə müzakirələr aparılır.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 1999-cu ildən qüvvəyə minən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın inkişafına kömək, eləcə də iqtisadi əməkdaşlıq və investisiya qoyuluşu üçün əlverişli şərait yaradır. Azərbaycan Respublikasının 2004-cü ildə Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti"nə daxil olması və bu siyasət çərçivəsində 2006-cı ildə qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi siyasi dialoq və siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı daha da inkişaf etdirərək keyfiyyətcə yeni mərhələyə keçid üçün zəmin yaradır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına kömək edən siyasi dialoq üçün müvafiq çərçivənin təmin edilməsini, demokratiyanın möhkəmləndirilməsində, iqtisadiyyatın inkişaf etdirilməsində və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasında Azərbaycan Respublikasının səylərinin müdafiə olunmasını, davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə Tərəflər arasında ticarətin, sərmayə qoyuluşunun və ahəngdar iqtisadi əlaqələrin genişləndirilməsini, hüquq-mühafizə, iqtisadi, maliyyə, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Fəaliyyət Planının həyata keçirilməsi məqsədilə, hökumət tərəfindən "Avropa İttifaqı -Azərbaycan Fəaliyyət Planının həyata keçirilməsi üzrə Milli Tədbirlər Proqramı"nı hazırlamışdır. 
Bu proqrama əsasən Nazirliyin müvafiq əmrilə aidiyyəti xidmətlərin nümayəndələrindən ibarət DİN-in Avropaya inteqrasiya üzrə işçi qrupu yaradılaraq, qrupun Fəaliyyət Planı təsdiq edilmişdir.
Polis əməkdaşlarının seçki prosesinə müdaxiləsinin qarşısının alınması, azad toplaşma hüququnun qorunması, vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində islahatların aparılması, işgəncə və digər pis rəftarın qarşısının alınması, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətdə və iqtisadi həyatda gender bərabərliyinin təmin edilməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərin davam etdirilməsi kimi prioritet sahələrdə zəruri təşkilati-praktiki tədbirlərin görülməsi Qrupun Fəaliyyət Planında öz əksini tapmışdır.

Bundan əlavə Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində TAİEX, Tvininninq və Siqma Yardım alətlərindən istifadə olunmaqla, korrupsiya və narkotiklərlə qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə və yol hərəkəti təhlükəsizliyi sahələrində Belçika, İngiltərə, İspaniya, Almaniya və sair ölkələrdən olan ekspertlərin, eləcə də yerli hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə seminarlar keçirilir.
Fərəhli haldır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın artıq yeni mərhələyə keçməsi ilə əlaqədar 13 yanvar 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Sədri Coze Manuel Barrozunun Bakıda görüşü keçirilmiş və görüş zamanı bir neçə  mühüm sənədlər imzalanmışdır. 
Siyasi, iqtisadi, mədəni, sosial islahatlar nəticəsində Azərbaycan Respublikası dünyanın bu günkü qabaqcıl dövlətlərindən birinə, eyni zamanda regional lider və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilmiş, demokratik prinsiplər əsasında öz müstəqilliyini bərpa edərək, dünyanın bütün beynəlxalq təsisatları ilə əməkdaşlıq əlaqərinin genişləndrilməsi istqamətində fəaliyyətini davam etdirir.

DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsi

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top