I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

IV fəsil. Polisdə xidmət keçmənin əsasları

 

Maddə 28. Polis əməkdaşının xidmətə qəbul edilməsi 
I. Polisdə xidmətə könüllülük əsasında, şəxsi və iş keyfiyyətlərinə, fiziki hazırlığına, sağlamlıq vəziyyətinə və təhsil səviyyəsinə görə polisin üzərinə düşən vəzifələri yerinə yetirməyə qadir olan, hərbi xidmət keçmiş və ya polis təhsil müəssisələrini bitirmiş, yaşı 20-dən aşağı olmayan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
II. Polisdə xidmətə qəbul edilən şəxsin fiziki hazırlığı və sağlamlığı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada yoxlanılmalıdır.
III. Polisə xidmətə qəbul edilmiş şəxslər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hazırlıq kursları keçməlidirlər.
IV. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən müəyyənləşdirilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, əvvəllər işdə ciddi nöqsanlara, polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına, polisdə xidmətə tam yararsız olmasına, polis əməkdaşının adına ləkə gətirən ləyaqətsiz hərəkətlərə görə polisdən və digər hüquq-mühafizə orqanlarından xaric edilmiş şəxslər polisdə xidmətə qəbul edilə bilməzlər.
V. Daxili işlər orqanlarının digər əməkdaşları, polis təhsil müəssisələrinin müdavimləri ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb edildiyi halda polis əməkdaşı sayılırlar.
VI. Polisdə xidmətə qəbul edilmiş şəxslər və polis təhsil müəssisələrinin müdavimləri hərbi qeydiyyatdan çıxarılır və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar.
VII. Hər bir polis əməkdaşına nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilən xidməti vəsiqə verilir.
VIII. Polisdə xidmətə qəbul və xidmət keçmə qaydaları Azərbaycan Respublikasının müvafiq Qanunu ilə təsdiq edilən Əsasnamə ilə tənzimlənir.

Maddə 29. Polis əməkdaşının andı 
I. Polis əməkdaşı vəzifəsinin icrasına başlamazdan əvvəl təntənəli şəraitdə, şəxsi heyətin yığıncağında Azərbaycan Respublikasının Dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir:
«Mən, polisdə xidmətə başlayan andan Azərbaycan Respublikasına və Azərbaycan xalqına sədaqətlə xidmət etməyə və daim sadiq qalmağa, Azərbaycan Respublikasının Konstitusiyasını və digər Qanunlarını rəhbər tutmağa, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmağa, qanunçuluğa ciddi riayət etməyə, xidməti vəzifələrimi namusla və vicdanla yerinə yetirməyə, intizamlı olmağa, ictimai qaydanı və ictimai təhlükəsizliyi mərdliklə qorumağa və lazım gələrsə həyatımı belə əsirgəməməyə and içirəm».
II. Polis əməkdaşının səlahiyyətləri and içdiyi vaxtdan başlanır.
III. Polis əməkdaşı andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.

Maddə 30. Polis əməkdaşlarının xüsusi rütbələri 
I. Polis əməkdaşlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş xüsusi rütbələr verilir.
II. Polis əməkdaşlarının xüsusi rütbələrinin müəyyənləşdirilməsi, verilməsi əsasları və qaydaları ilə bağlı məsələlər Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnaməyə uyğun həll edilir.

Maddə 31. Polis əməkdaşının həvəsləndirilməsi 
I. Polis əməkdaşı vəzifələrinin nümunəvi yerinə yetirilməsinə və xidmətdə əldə edilən yüksək nəticələrə görə həvəsləndirilə bilər.
II. Polis əməkdaşlarına aşağıdakı həvəsləndirmə növləri tətbiq edilir:
1) təşəkkür;
2) pul mükafatı;
3) qiymətli hədiyyə ilə mükafatlandırma;
4) fəxri fərman ilə təltif edilmə;
5) fəxri döş nişanı ilə təltif edilmə;
6) şəxsi silahla mükafatlandırma;
7) vaxtından əvvəl növbəti xüsusi rütbə verilmə;
8) xüsusi rütbənin vəzifə ştatında nəzərdə tutulduğundan bir pillə yuxarı verilməsi.
III. Həvəsləndirmə tədbiri kimi, əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl çıxarılması tətbiq oluna bilər.
IV. Polisin təhsil müəssisələrində bu maddədə göstərilən həvəsləndirmə növlərindən başqa təqaüdün miqdarının artırılması və müdavimlərin təhsil müəssisəsinin yerləşdiyi ərazidən növbədənkənar buraxılması kimi həvəsləndirmələr də tətbiq edilə bilər.
V. Polis əməkdaşları Azərbaycan Respublikasının Dövlət mükafatları ilə təltif olunmasına təqdim edilə bilərlər.

Maddə 32. Polisdə xidmətlə bir araya sığmayan fəaliyyət 
I. Polis əməkdaşı heç bir başqa seçkili və təyinatlı vəzifə tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməz, əmək haqqından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldıqları vəsaitdən başqa məvacib ala bilməz.
II. Polis əməkdaşı siyasi fəaliyyətlə məşğul ola bilməz və siyasi partiyanın üzvü ola bilməz.

Maddə 33. Polis əməkdaşının məsuliyyəti 
I. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir:
1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə;
2) xidmət və icra intizamını pozduqda;
3) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə;
4) «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda).
II. Polis əməkdaşına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər:
1) məzəmmət;
2) töhmət;
3) şiddətli töhmət;
4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;
5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə;
6) xüsusi rütbənin bir pillə aşağı salınması.
7) xidmətdən xaric edilmə.
III. Polis təhsil müəssisələrində bu maddənin II hissəsində göstərilən intizam tənbeh növlərindən başqa, növbədənkənar xidmət naryadını təyin etmə və polis təhsil müəssisəsindən xaricetmə tənbeh növləri tətbiq edilə bilər.
IV. Polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.
V. Polis əməkdaşı hüquqa zidd hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi 
I. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər:
1) öz arzusu ilə polisdə xidmətdən çıxmaq barəsində yazılı ərizə verdikdə;
2) and içməkdən imtina etdikdə;
3) cinayət törətdiyinə görə barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərar olduqda;
4) polisdə xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduqda;
5) xidmətdə olmanın son yaş həddinə çatdıqda;
6) səhhətinə görə, o cümlədən uzunmüddətli (dörd aydan artıq) xəstəliyi ilə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə xüsusi həkim komissiyasının rəyi olduqda;
7) polisdə xidmətə tam yararsız olması barəsində attestasiya komissiyasının rəyi olduqda;
8) başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə və ya digər dövlət qarşısında öhdəlik götürdükdə;
9) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə;
10) intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda;
11) ştatlar ixtisar edildikdə;
12) fəaliyyət qabiliyyətsizliyi və məhdud fəaliyyət qabiliyyəti məhkəmə qaydasında müəyyənləşdirildikdə;
13) digər hüquq-mühafizə orqanlarına işə keçdikdə.
II. Polis əməkdaşı xidmətdən xaric edilməsi barədə tabeliyi üzrə yuxarı orqana və ya məhkəməyə müraciət edə bilər.
III. Polis əməkdaşının xidmətdən xaric edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir.
IV. Vəfat edən, həlak olan və məhkəmə qaydasında ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilən polis əməkdaşları daxili işlər orqanları əməkdaşlarının siyahısından çıxarılırlar

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top