Nazirliyə Azərbaycan Respublikasının Daxili İşlər naziri rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər naziri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilir və vəzifədən azad olunur.
Azərbaycan Respublikasının Daxili İşlər naziri Nazirliyin işini təşkil edir və təkbaşçılıq prinsipi əsasında daxili işlər orqanlarının və daxili qoşunların fəaliyyətinə rəhbərlik edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Nazirliyin rəhbər işçilərindən ibarət məşvərətçi orqan - Kollegiya fəaliyyət göstərir.
Kollegiyanın sədri tutduğu vəzifəyə görə Daxili Işlər naziri, üzvləri isə tutduqları vəzifəyə görə nazir müavinləridir. Kollegiyanın digər üzvləri Nazirliyin başqa rəhbər vəzifələri üzrə nazirin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunur.
Azərbaycan Respublikasinin daxili işlər naziri,general-polkovnik Usubov Ramil İdris oğlu
Azərbaycan Respublikasının Daxili İşlər Naziri
general-polkovnik Usubov Ramil İdris oğlu
1948-ci ildə Xocalı rayonunda anadan olmuşdur. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləmişdir.
1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri təyin edilmiş, 1989-cu ilədək həmin vəzifədə işləmişdir.
1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının Daxili işlər naziri təyin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Daxili işlər naziri təyin edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikasının Konstitusiya dövlət quruluşunun müdafiəsində, cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin və əmin-amanlığın təmin edilməsində, ölkədə dönməz sabitliyin əldə olunub qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1998-ci il tarixli 41 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində, transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsində xüsusi xidmətləri olmuş, bu sahədə uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə Azərbaycanın və xarici ölkələrin çoxlu sayda yüksək mükafatlarına layiq görülmüşdür.Ailəlidir. Üç övladı var.
Azərbayсan Respublikası Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Eyvazov Vilayət Süleyman oğlu
1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1994-cü ilin noyabr ayından Daxili İşlər Orqanlarında xidmət edir. Daxili İşlər Orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət-axtarış strukturlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2005-ci il tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin birinci müavini təyin olunmuşdur. Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.Ailəlidir. Üç övladı var.
Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu
1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.
1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini, polis general-leytenantı Zalov Oruc İbrahim oğlu
1952-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini, 1990-cı ildə isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.
1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 fevral 1998-ci il tarixli 757 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli 54 nömrəli Fərmanı ilə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixli 647 nömrəli Fərmanı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuşdur.Ailəlidir. Üç övladı var.
1981-ci ildən daxili işlər orqanlarinda xidmət edir.
1981-2009-cu illərdə Daxili İşlər Nazirliyinin Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin Təşkilati-analitik bölməsinin dövlət avtomobil müfəttişi, baş dövlət avtomobil müfəttişi, bölmə rəisi, Təbliğat və təşviqat şöbəsinin rəis müavini, idarə rəisinin müavini, Dövlət yol polisi əməkdaşlarının hazırlanması üzrə Tədris Mərkəzinin rəisi, Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, 2009-cu ildən DİN-in Baş Kadrlar İdarəsinin rəisi vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 31 oktyabr tarixli 805 nömrəli Sərəncamı ilə daxili işlər nazirinin müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 1 iyul tarixli 987 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2015-ci il 1 iyul tarixli 1310 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 29 iyun tarixli 2280 nömrəli Sərəncamı ilə “Vətən Uğrunda” medalı, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.Ailəlidir. İki övladı var.
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini - Daxili Qоşunların Kоmandanı general-leytenant Məmmədоv Şahin İsgəndər оğlu
1986-cı ildə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbini və 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının strateji tədqiqatlar və Dövlət müdafiəsini idarəetmə akademik kursunu bitirmişdir.
1979-1981-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1982-1986-cı illərdə SSRİ Daxili İşlər Nazirliyinin Saratov ali hərbi komandanlıq məktəbində təhsil almışdır.
1986-1992-ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında zastava rəisinin siyasi hissə üzrə müavini, zastava rəisi, tabor komandirinin müavini-qərargah rəisi vəzifələrində xidmət etmişdir.
1992-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.
1992-1997-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında əlahiddə tabor komandiri, briqada komandirinin müavini - qərargah rəisi və alay komandiri vəzifələrində, 1998-ci ildən isə Daxili Qoşunların Baş İdarəsində Qərargah rəisinin müavini, Qərargah rəisinin müavini - Əməliyyat və döyüş hazırlığı İdarəsinin rəisi, Daxili Qoşunların Qərargahı rəisinin 1-ci müavini vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2011-ci il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 11 mart 2015-ci il tarixli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilmişdir.
Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsində, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiyinə və xidməti vəzifələrinin icrasında yüksək peşəkarlıq göstərdiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli Fərmanı ilə "Hərbi xidmətlərə görə" və Azərbaycan Respublikası Prezidentinin 10 mart 2012-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalları ilə təltif olunmuşdur.Ailəlidir, üç övladı var.
Azərbaycan Respublikasının daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Quliyev Fazil Balahəsən oğlu
1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1983-cü ildən daxili işlər orqanlarında xidmət edir.
1991-1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini vəzifələrində işləmişdir.
1999-cu ildə Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001-ci ildə Baş Təşkilati-İnspektor İdarəsinin rəisi, 2013-cü ildə daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə və xüsusi xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni, 2013-cü il 1 iyul tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 1 iyul tarixli 1311 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2014-cü il 1 iyul tarixli 597 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.Ailəlidir. İki övladı var
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Əhmədov Əhməd Hüseyn oğlu
1969-cu ildə Şərur rayonunun Tumaslı kəndində anadan olmuşdur.1996-cı ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1990-cı ildən daxili işlər orqanlarında xidmət edir.
1997-ci ildə Naxçıvan Muxtar Respublikası DİN-in Mütəşəkkil cinayətkarlıqla mübarizə bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, 2000-ci ildə Naxçıvan şəhər polis şöbəsinin rəis müavini vəzifəsinə irəli çəkilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 iyun 2000-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilmişdir.
Naxçıvan Muxtar Respublikasında əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 20 may 2004-cü il tarixli 62 nömrəli Fərmanı ilə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2015-ci il 31 avqust tarixli 1379 nömrəli Sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilmişdir.Ailəlidir. Dörd övladı var.
1953-cü ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Şahmarlı kəndində anadan olmuşdur.1974-cü ildə M.F.Axundov adına Azərbaycan Rus dili və Ədəbiyyatı İnstitutunu, 1983-cü ildə Krasnoyarsk Dövlət Universitetinin hüquq fakültəsini, 1985-ci ildə isə SSRİ DİN-in Akademiyasını bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1976-cı ildən daxili işlər orqanlarında xidmət edir. Bu dövrdə ictimai təhlükəsizlik strukturunda müxtəlif vəzifələrdə xidmət aparmışdır.
1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləmişdir.
1994-cü ildə DİN-in İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, bir müddətdən sonra həmin idarənin rəisi vəzifəsində çalışmışdır.
2001-ci ilin iyun ayından Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin olunmuşdur.
İctimai təhlükəsizliyin qorunması, sabitliyin bərqərar olunması fəaliyyətindəki uğurlu nəticələrə və müsbət göstəricilərə görə müxtəlif mükafatlara layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilmişdir.Ailəlidir. İki övladı var.
Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Aslanov Həzi Arif oğlu
1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1986-1988-ci illərdə Silahlı Qüvvələrin sıralarında həqiqi hərbi xidmət keçmişdir.
1989-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1989-cu ildən Daxili işlər orqanlarında xidmət edir:
1993-2003-cü illərdə Bakı şəhəri Yasamal rayon polis idarəsinin İstintaq şöbəsinin rəisi, 2003-2005-ci illərdə Bakı şəhər Baş Polis İdarəsinin Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
2005-ci ilin sentyabr ayından Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi vəzifəsindədir.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli 1546 nömrəli Sərəncam ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 01.06.2008-ci il tarixli 2912 nömrəli Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.
“Hüquq üzrə Fəlsəfə Doktoru”dur.Ailəlidir. 3 övladı var.
Bakı şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Seyidov Mirqafar Mircəfər oğlu
1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir.
1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlamış, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. 2005-2007-ci illərdə DİN-in Miqrasiya Xidmətinin rəis müavini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007-2014-cü illərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.
2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. Ailəlidir. Üç övladı var.
r.