"Be faithful to that which exists within yourself."
Andre Gide

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

DİN-in tarixi

1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.

1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda  döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.

18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.

Müstəqillik illərində Daxili İşlər Naziri vəzifəsini tutanlar:

  • Xoyski Fətəli Xan İsgəndərxan oğlu (28.05.1918 – 17.06.1918)
  • Behbudxan Cavanşir (17.06.1918 – 26.12.1918)
  • Xasməmmədov Xəlil bəy (26.12.1918 – 16.06.1919)
  • Usubbəyov Nəsib bəy Yusif oğlu (16.06.1919 – 22.12.1919)
  • Hacınski Məmmədhəsən (22.12.1919 – 15.02.1920)
  • Vəkilov Mustafa bəy (15.02.1920 – 28.04.1920)
  • Sultanov Həmid Həsən oğlu (28.04.1920 – 01.06.1921)
  • Bağırov Mircəfər Abbas oğlu (05.10.1921 – 22.05.1927)
  • Rizayev Novruz Kərim oğlu (22.05.1927 – 10.07.1929)
  • Yemelyanov Stepan Fyodoroviç (01.08.1929 – 05.02.1941)
  • Yaqubov Mirteymur Ələkbər oğlu (06.03.1941 – 01.06.1943)
  • Atakişiyev Ağasəlim İbrahim oğlu (10.07.1943 – 06.06.1953)
  • Quskov Anatoliy Mixayloviç (08.08.1953 – 25.03.1954)
  • Buliqa İvan Yefistovyeviç (30.04.1954 – 10.07.1956)
  • Kərimov Əli Həbib oğlu (11.08.1956 – 05.02.1960)
  • Məmmədov Xəlil Məmməd oğlu (03.11.1960 – 05.01.1965)
  • Əlizadə Məmməd Əli oğlu (05.01.1965 – 19.03.1970)
  • Heydərov Arif Nəzər oğlu (19.03.1970 – 20.07.1978)
  • Vəliyev Cəfər Cəbrayıl oğlu (04.11.1978 – 06.04.1987)
  • Məmmədov Aydın İsrafil oğlu (07.04.1987 – 09.05.1990)
  • Əsədov Məhəmməd Nəbi oğlu (23.05.1990 – 18.11.1991)
  • Kərimov Tofiq Mirzə oğlu (18.11.1991 – 20.02.1992)
  • Əliyev Tahir Yunus oğlu  (24.02.1992 – 25.05.1992)
  • Həmidov İsgəndər Məcid oğlu (26.05.1992 – 16.04.1993)
  • Allahverdiyev Abdulla Museyib oğlu (21.04.1993 – 25.06.1993)
  • Novruzov Vaqif Yusif oğlu (07.07.1993 – 29.04.1994)
  • Usubov Ramil İdris oğlu (29.04.1994)

 

Beynəlxalq əlaqələr

Müstəqil dövlət kimi, Azərbaycan Respublikası öz daxili və xarici siyasət vasitələri ilə mövcud təhlükəsizlik mühitində təhdidlərin nəzarət altında saxlanılmasına və aradan qaldırılmasına, habelə ölkənin milli maraqlarının təmin edilməsinə yönəlmiş milli təhlükəsizlik siyasətinin formalaşdırılması və həyata keçirilməsi işini davam etdirməkdədir.
Ümumbəşəri dəyərlərə, eləcə də sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsip və ideyalarına əsaslanaraq, keçmiş Sovet reciminin süqutundan sonra Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi xarici dövlətlərin hüquq-mühafizə orqanları ilə beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılmasına başlamışdır. 
Həyata keçirilən geniş miqyaslı sosial, iqtisadi və demokratik-hüquqi islahatlar çərçivəsində Daxili İşlər Nazirliyinin fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi məqsədilə, onun fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən bir sıra normativ aktlar və konseptual sənədlər Almaniya, İngiltərə, Fransa, İspaniya və digər Avropa ölkələrinin hüquqşünas mütəxəssislərinin iştirakı ilə tərtib edilmişdir.

1992-ci ildə Azərbaycan Beynəlxalq Kriminal Polis Təşkilatı - İNTERPOLa üzv olduğu andan xarici dövlətlərin hüquq mühafizə orqanları ilə bir başa əməkdaşlıq əlaqələrinin təməli qoyulmuşdur. BMT, Avropa Şurası kimi mötəbər təşkilatların hüquq mühafizə sahəsi üzrə ixtisaslaşdırılmış qurumları ilə münasibətlər intensivləşərək və eyni zamanda ölkənin iqtisadiyyatının, sosial durumunun dinamik inkişafı, Azərbaycana xarici investorların axının artmasına səbəb olmuşdur. Bu baxımdan həmin ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli və çoxtərəfli hüquqi munasibətlərin qurulması zərurəti yaranmışdır.
Son 18 il ərzində Daxili İşlər Naziriliyi tərəfindən 40-a yaxın dövlətlərin aidiyyəti qurumları ilə 48 ikitərəfli və 27 çoxtərəfli idarələrarası və hökumətlərarası saziş, memorandum və protokollar imzalamışdır. Həmin beynəlxalq-hüquqi sənədlərin predmetini transmilli cinayətkarlığın müxtəlif növləri, narkotik vasitələrin, psixotrop maddələrin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qanunsuz miqrasiya, qaçaqmalçılıq və digər cinayətlərlə mübarizədə qarşılıqlı fəaliyyət əsasında məlumat və təcrübə mübadiləsinin, birgə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, polis təlim və təhsili sahəsində əməkdaşlıq məsələləri təşkil edir.

Miqyas və nüfuzundan asılı olmayaraq, universal və regional beynəlxalq təşkilatlar dünyada yaranan yeni təhdidlərlə mübarizədə getdikcə daha çox rol oynamağda davam edirlər. Belə ki, beynəlxalq təşkilatlar təhdidlərin aradan qaldırılmasına və ya onların qarşısının alınmasına yardım etməklə yanaşı, Azərbaycan Respublikasının milli maraqlarının qlobal siyasətdə müdafiəsinə geniş imkanlar yaradırlar.
ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı), "Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat - GUAM", NATO (Şimali Atlantik Alyansı Təşkilatı) QDİƏT (Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı), İƏT (İqtisadi Əməkdaşlıq Təşkilatı), İKT (İslam Konfransı Təşkilatı), MDB (Müstəqil Dövlətlər Birliyi) kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində Daxili İşlər Nazirliyinin bu istiqamətdə fəaliyyətinə xüsusi önəm verilir. 
1992-2010-cu illər ərzində Transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən narkotiklərin, silahların qanunsuz dövriyyəsi, terrorçuluq, insan alveri, qanunsuz miqrasiya, korrupsiya, çirkli pulların yuyulması və maliyyə saxtakarlığı, informasiya texnologiyaları vasitələrinin tətbiqi ilə törədilən cinayətlərlə mübarizə, həmçinin məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, eləcə də itkin düşmüş şəxslərin axtarışı, kriminalistik tədqiqatlar mövzusunda ölkədə və onun hüdudularında keçirilən 3000-nə yaxın konfrans, seminar və treninqlərdə 5000-dən artıq polis əməkdaşı iştirak etmişdir. 
Mütəmadi olaraq, Azərbaycanda yerləşən diplomatik missiyaların, beynəlxalq təşkilatların nümayəndələri ilə Nazirliyin rəhbərliyi və aidiyyəti xidmət rəhbərləri arasında görüşlər keçirilir, yeni əməkdaşlıq prespektivləri barədə müzakirələr aparılır.

Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında 1999-cu ildən qüvvəyə minən Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratiyanın inkişafına kömək, eləcə də iqtisadi əməkdaşlıq və investisiya qoyuluşu üçün əlverişli şərait yaradır. Azərbaycan Respublikasının 2004-cü ildə Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti"nə daxil olması və bu siyasət çərçivəsində 2006-cı ildə qəbul edilmiş Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planının həyata keçirilməsi siyasi dialoq və siyasi, iqtisadi və institusional islahatlar sahəsində əməkdaşlığı daha da inkişaf etdirərək keyfiyyətcə yeni mərhələyə keçid üçün zəmin yaradır.
Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafına kömək edən siyasi dialoq üçün müvafiq çərçivənin təmin edilməsini, demokratiyanın möhkəmləndirilməsində, iqtisadiyyatın inkişaf etdirilməsində və bazar iqtisadiyyatına keçidin başa çatdırılmasında Azərbaycan Respublikasının səylərinin müdafiə olunmasını, davamlı iqtisadi inkişafa nail olmaq məqsədilə Tərəflər arasında ticarətin, sərmayə qoyuluşunun və ahəngdar iqtisadi əlaqələrin genişləndirilməsini, hüquq-mühafizə, iqtisadi, maliyyə, elm, texnologiya və mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan Fəaliyyət Planının həyata keçirilməsi məqsədilə, hökumət tərəfindən "Avropa İttifaqı -Azərbaycan Fəaliyyət Planının həyata keçirilməsi üzrə Milli Tədbirlər Proqramı"nı hazırlamışdır. 
Bu proqrama əsasən Nazirliyin müvafiq əmrilə aidiyyəti xidmətlərin nümayəndələrindən ibarət DİN-in Avropaya inteqrasiya üzrə işçi qrupu yaradılaraq, qrupun Fəaliyyət Planı təsdiq edilmişdir.
Polis əməkdaşlarının seçki prosesinə müdaxiləsinin qarşısının alınması, azad toplaşma hüququnun qorunması, vətəndaşların şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində islahatların aparılması, işgəncə və digər pis rəftarın qarşısının alınması, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, cəmiyyətdə və iqtisadi həyatda gender bərabərliyinin təmin edilməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərin hüquq mühafizə orqanları ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün səylərin davam etdirilməsi kimi prioritet sahələrdə zəruri təşkilati-praktiki tədbirlərin görülməsi Qrupun Fəaliyyət Planında öz əksini tapmışdır.

Bundan əlavə Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində TAİEX, Tvininninq və Siqma Yardım alətlərindən istifadə olunmaqla, korrupsiya və narkotiklərlə qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə və yol hərəkəti təhlükəsizliyi sahələrində Belçika, İngiltərə, İspaniya, Almaniya və sair ölkələrdən olan ekspertlərin, eləcə də yerli hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə seminarlar keçirilir.
Fərəhli haldır ki, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın artıq yeni mərhələyə keçməsi ilə əlaqədar 13 yanvar 2011-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının Sədri Coze Manuel Barrozunun Bakıda görüşü keçirilmiş və görüş zamanı bir neçə  mühüm sənədlər imzalanmışdır. 
Siyasi, iqtisadi, mədəni, sosial islahatlar nəticəsində Azərbaycan Respublikası dünyanın bu günkü qabaqcıl dövlətlərindən birinə, eyni zamanda regional lider və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilmiş, demokratik prinsiplər əsasında öz müstəqilliyini bərpa edərək, dünyanın bütün beynəlxalq təsisatları ilə əməkdaşlıq əlaqərinin genişləndrilməsi istqamətində fəaliyyətini davam etdirir.
DİN-in Beynəlxalq Əməkdaşlıq İdarəsi
 
 
 

Sənədlər


İkitərəfli beynəlxalq-hüquqi sənədlər

Daxili işlər nazirlikləri arasında:

1. Azərbaycan Respublikasının Daxili işlər nazirliyi ilə Qırğızıstan Respublikasının Daxili işlər nazirliyi arasında cinayətkarlıqla mübarizədə qarşılıqlı fəaliyyətin əsasları haqqında Müqavilə - 21.10.1992;
2. Azərbaycan Respublikasinin Daxili işlər nazirliyi və Ukrayna Daxili işlər nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 21.10.1992;
3. Azərbaycan Respublikasının Daxili işlər nazirliyi və Latviya Respublikasının Daxili işlər nazirliyi arasında əməkdaşlıq haqqında Saziş -  18.01.1993;
4. Azərbaycan Respublikasinin Daxili işlər nazirliyi və Gürcüstan Respublikasinin Daxili işlər nazirliyi arasında əməkdaşlıq haqqında Saziş  - 10.05.1993;
5. Azərbaycan Respublikası Daxili işlər nazirliyi ilə Moldova Respublikası Daxili işlər nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 1994;
6. Azərbaycan Respublikası və Gürcüstan sərhəd bölgələri daxili işlər orqanlarının əməkdaşlığı haqqında Saziş - 02.10.1996;
7. Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikasının Daxili işlər nazirliyinin və Gürcüstan Daxili işlər nazirliyinin nümayəndələrinin mübadiləsi haqqında Saziş - 18.02.1997;
8.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikası Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 18.06.1997; 
9. Azərbaycan Respublikası Daxili işlər nazirliyi və Rusiya Federasiyası Daxili işlər nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 19.04.1996; 
10. İran İslam Respublikası Ölkə Nazirliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi arasında narkotik və psixotrop maddələrin qaçaqmalçılığına qarşı mübarizə haqqında Niyyət Protokolu - 30.07.1996; 
11. Azərbaycan Respublikası Daxili işlər nazirliyi ilə Belarus Respublikası Daxili işlər nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 05.06.1999;
12.  Azərbaycan Respublikası Daxili işlər nazirliyi və Qazaxıstan Respublikası Daxili işlər nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 05.06.1999;
13. Azərbaycan Respublikası Daxili işlər nazirliyi və Rusiya Federasiyası Daxili işlər nazirliyi arasında terrorizmlə mübarizə sahəsində qarşılıqlı anlaşma haqqında Memorandum - 04.02.2000;
14. Azərbaycan Respublikası Daxili işlər nazirliyi və Rusiya Federasiyası Daxili işlər nazirliyi arasında sərhədyanı regionların daxili işlər orqanlarının əməkdaşlığı haqqında Saziş - 04.02.2000;
15.  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əməkdaşlığı haqqında Saziş - 25.07.2000;
16. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Tacikistan Respublikası Daxili İşlər Nazirliyinin cinayətkarlıqla mübarizə sahəsində qarşılıqlı əməkdaşlığı haqqında Saziş - 07.09.2002;
17. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Memorandum -13.04.2003;
18. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 25.04.2004;
19. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə nəzarət üzrə Federal xidməti arasında qarşılıqlı anlaşma haqqında Memorandum - 22.06.2004;
20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyi arasında Memorandum -12.04.2000;
21. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında polis əməkdaşlarının təlimi və ixtisaslarının artırılması sahəsində əməkdaşlığa dair Protokol - 23.09.2004;
22. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Avstriya Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında polis fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş - 14.07.2005;
23. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın forma və gələcək istiqamətlərinin təkmilləşdirilməsi məsələləri üzrə qarşılıqlı fəaliyyət haqqında Memorandum - 20.04.2007;
24. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Misir Ərəb Respublikası Daxili İşlər Nazirliyi arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu - 07.05.2007;
25. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş - 04.04.2008;
26. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında tranzit yüklərin mühafizəsinin təmin olunması sahəsində qarşılıqlı fəaliyyət haqqında Memorandum - 03.07.2008;
27. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Birgə Niyyət Bəyanatı - 11.11.2008;
28. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Suriya Ərəb Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlığa dair Niyyət Protokolu - 08.07.2009;
29. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Niderland Krallığının Ədliyyə Nazirliyi arasında cinayət işləri sahəsində qeyri-əməliyyat əməkdaşlığı haqqında Anlaşma Memorandumu -10.08.2010;
30. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2011-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol -17.09.2010;
31. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyi arasında 2010-2012-ci illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol - 27.09.2010;
32. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə mili Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu - 21.03.2011;
33. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş - 28.06.2011;
34. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Gürcüstan Daxili İşlər Nazirliyi arasında əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi və cinayətkarlıqla bağlı informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Saziş- 20.10.2011;
35. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Macarıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu- 11.11.2011;
36. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qırğız Respublikasının Hökuməti yanında narkotiklərə nəzarət üzrə Dövlət xidməti arasında narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə əməkdaşlıq haqqında Saziş- 30.03.2012;
37. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və İtaliya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş- 05.11.2012;
38. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında 2014-2016-cı illər üçün qarşılıqlı fəaliyyət haqqında Protokol- 10.09.2013.


Hökumətlərarası:
39.  Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında əməkdaslıq haqqında Saziş - 04.10.1994;
40.  Azərbaycan Respublikası və Misir Ərəb Respublikası Hökumətləri arasında təhlükəsizlik üzrə əməkdaşlıq Sazişi - 07.05.1996;
41. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Respublikası Daxili işlər nazirliyi Daxili Qoşunlar baş idarəsinin şəxsi heyətinə Türkiyə Jandarm idarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol - 31.10.1997;
42. Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti arasında iqtisadi və maliyyə pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş - 26.02.1998;
43. Azərbaycan Respublikası Hökuməti və Gürcüstan İcra Hakimiyyəti  arasında iqtisadi və maliyyə pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş - 09.11.1998;
44. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında iqtisadi və maliyyə pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş30.07.1999;
45. Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında iqtisadi və maliyyə pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq, habelə qanunsuz keçirilmiş valyuta vəsaitlərinin qaytarılması haqqında Saziş - 22.10.1999;
46. Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş - 08.07.2004;
47. Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində  əməkdaşlıq haqqında Saziş - 08.07.2004;
48. Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında təhlükəsizlik və hüquq-mühafizə fəaliyyəti sahəsində əməkdaşlıq haqqında Saziş - 05.08.2004;
49. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş - 11.10.2004;
50. Azərbaycan Respublikası Hökuməti və Qazaxıstan Respublikası Hökuməti arasında terrorizm, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi, mütəşəkkil və digər növ cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş - 24.05.2005;
51. Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında terrorçuluq, narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qeyri-qanuni dövriyyəsi və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş - 03.10.2005;
52. Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş - 10.12.2007;
53. Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq terrorçuluq, mütəşəkkil cinayətkarlıq və digər cinayətlərlə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş - 04.06.2008;
54. Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında mütəşəkkil transsərhəd cinayətkarlığa və beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş - 29.09.2009;
55. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş -13.05.2010;
56. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Polis təhsili sahəsində əməkdaşlığa dair Protokol-25.10.2011;
57. Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında cinayətkarlıqla mübarizədə əməkdaşlıq haqqında Saziş- 27.04.2012;
58. Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında mədəni sərvətlərin talanması ilə mübarizə və onların geri qaytarılmasının təmin edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş- 28.08.2012;
59. Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasına (yuyulmasına) və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Saziş- 28.08.2012;
60. Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında odlu silahların, döyüş sursatlarının, partlayıcı maddələrin və partlayıcı qurğuların qanunsuz hazırlanması və dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş- 28.08.2012;
61. Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında təhlükəsizlik və cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş- 14.02.2013;
62. Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqanda Saziş- 23.10.2013;
63. Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş- 12.11.2013.


Çoxtərəfli beynəlxalq-hüquqi sənədlər

1. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin informasiya mübadiləsi sahəsində qarşılıqlı münasibətləri haqqında Saziş - 03.08.1992;
2. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirlikləri arasında maddi-texniki vasitələrin və xüsusi texniki avadanlıqların təminatı sahəsində Saziş - 03.08.1992;
3. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirlikləri arasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında Saziş - 21.10.1992;
4. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin yetkinlik yaşına çatmayanların yaşadıqları dövlətlərə qaytarılması məsələlərində əməkdaşlığı haqqında Saziş  - 24.09.1993;
5. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin yol hərəkəti təhlükəsizliyin təminatı sahəsində əməkdaşlığı haqqında Saziş - 24.09.1993;
6. MDB-nin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları əməkdaşlarının pensiya təminatı və dövlət sığorta qaydaları haqqında Saziş - 24.12.1993;
7. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığı haqqında Saziş - 17.02.1994;
8. MDB-nin iştirakçı dövlətlərinin digər dövlətlərin ərazisindən keçirilən dəyərli və xüsusi yüklərin daxili işlər orqanları (polis) tərəfindən müşayiət və mühafizə olunması sahəsində əməkdaşlığı haqqında Saziş - 17.02.1994; 
9. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin tibbi xidmət və sanatoriya-kurort müalicəsi sahəsində əməkdaşlığı haqqında Saziş - 17.02.1995; 
10. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin yanğın təhlükəsizliyi təminatı sahəsində əməkdaşlığı haqqında Saziş - 16.06.1995; 
11. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında Saziş - 25.10.1995;
12. MDB-nin iştirakçı dövlətlərinin iqtisadiyyat sahəsində törədilmiş cinayətlərlə mübarizədə əməkdaşlığı haqqında Saziş - 12.04.1996;
13.  MDB-nin iştirakçı dövlətlərinin cinayət təqiblərinin icra edilməsinin təşkili sahəsində əməkdaşlığı haqqında Saziş - 12.09.1997;
14. MDB-nin iştirakçı dövlətlərinin əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması üzrə əməkdaşlığı haqqında Saziş - 06.03.1998;
15. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iştirakçısı olan dövlətlərin hökumətləri arasında cinayətkarlığa, ələlxüsus onun mütəşəkkil formalarına qarşı mübarizədə əməkdaşlıq haqqında Saziş - 02.10.1998;
16. MDB-nin iştirakçı dövlətlərinin cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında Saziş - 25.11.1998;
17. MDB-nin iştirakçı dövlətlərinin əməliyyat-axtarış fəaliyyətinin xüsusi müşayiəti sahəsində əməkdaşlığı haqqında Saziş -18.12.1998;
18. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin terrorizmlə mübarizədə əməkdaşlığı haqqında Müqavilə - 04.06.1999;
19. MDB-nin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin alkoqollu məhsulların qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlığı  haqqında Saziş - 04.06.1999;
20. Azərbaycan Respublikası, Ermənistan Respublikası, Gürcüstan və Rusiya Federasiyası («Borjomi dördlüyü») daxili işlər nazirlikləri arasında terrorizm və ekstremizmin digər təzahürləri ilə mübarizə sahəsində qarşılıqlı anlaşma haqqında Memorandum -11.03.2000;
21. GUÖAM-ın iştirakçı dövlətlərinin Hökumətləri arasında terrorizmlə, mütəşəkkil cinayətkarlıqla və cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizə  sahəsində əməkdaşlıq haqqında Saziş - 20.07.2002;
22. Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikası arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və digər ağır cinayətlərə qarşı mübarizə  haqqında Saziş - 30.04.2002;
23. MDB-nin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında Saziş  - 15.09.2004;
24. MDB-nin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında Saziş - 03.06.2005;
25. MDB iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş - 25.11.2005;
26. Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğız Respublikası, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin yaradılması haqqında» Saziş - 24.06.2006;
27. Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Müqaviləsi - 10.12.2010;
28. MDB-nin iştirakçı dövlətlərinin digər dövlətlərin ərazisindən keçirilən dəyərli və xüsusi yüklərin daxili işlər orqanları (polis) tərəfindən müşayiət və mühafizə olunması sahəsində əməkdaşlığı haqqında Saziş- 17.02.1994;
29. Şəxslərin dövlətlərarası axtarışı haqqında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Müqaviləsi- 10.12.2010;
30. Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş- 18.11.2010;
31. MDB-nin iştirakçısı olan dövlətlərin «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında» Saziş- 11.10.2011;
32. Türkiyə Respublikası, Azərbaycan Respublikası, Qırğızıstan Respublikası və Monqolustanın hərbi statuslu hüquq-mühafizə orqanlarının təmsil olunacağı «Avrasiya Hərbi Statuslu Hüquq-Mühafizə Qurumları Assosiasiyası»nın yaradılmasına dair Anlaşma Memorandumu»- 25.01.2013;
33. Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin daxili işlər nazirliklərinin (polisinin) insan alveri ilə mübarizədə əməkdaşlığı haqqında Saziş- 17.09.2010. 

 

 

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top