"Be faithful to that which exists within yourself."
Andre Gide

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotron maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan

 

Qərar № 71
Bakı şəhəri, 17 aprel 2000-ci il

«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair kompüterləşdirilmiş ümummilli məlumat bankı təşkil edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, ümummilli məlumat bankının təşkili üçün tələb olunan əməkdaşların sayının bu nazirliyin təsdiq edilmiş ştat sayı hesabına müəyyən etsin və onların maliyyələşdirilməsini 2000-ci il üçün təsdiq edilmiş dövlət büdcəsində nazirliyə ayrılmış vəsait dairəsində həyata keçirsin.

3. «Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası» təsdiq edilsin (əlavə olunur).

4. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2000-ci il, № 4, 2-ci kitab, maddə 317) («VneshExpertService»).
4 fevral 2002-ci il tarixli 21 nömrəli; 2 iyun 2003-cü il tarixli 73 nömrəli qərarlara əsasən əlavələr və dəyişikliklərlə («VneshExpertService»).
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 17 aprel tarixli, 71 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair ümummilli məlumat bankına məlumatların göndərilməsi və oradan məlumatların alınması Qaydası

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində təşkil edilmiş ümummilli məlumat bankına narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən, o cümlədən narkomanlıq xəstəliyinə düçar olan şəxslərə dair məlumatlar daxil edilir.

2. Ümummilli məlumat bankı aşağıdakı üç bölmədən ibarət olur:
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi; 
narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsinə və belə dövriyyədə iştirak edən şəxslərə dair məlumat bölməsi; 
narkomanlıq xəstəliyinə düçar olan və narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərə dair məlumat bölməsi. 

3. Ümummilli məlumat bankına məlumatlar aşağıdakı qaydada göndərilir:

3.1. Səhiyyə Nazirliyinin müvafiq idarə və şöbələri: tibbi məqsədlə istifadə etmək üçün respublikaya daxil olan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların siyahısı və miqdarı barədə məlumatı; narkotik vasitələri, psixotrop maddələri və prekursorları istifadə edən ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət tibb müəssisələrindən aldıqları məlumatları; məhkəmə-narkoloji ekspert komissiyalarının keçirdikləri ekspertizalar əsasında əldə edilən məlumatları; narkoloji tibb müəssisələrində ümumi əsaslarla müalicə olunan şəxslər haqqında məlumatları; narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi ilə bağlı hər bir fəaliyyət növü ilə məşğul olmaq üçün qeyri-dövlət təşkilatlarına verilmiş xüsusi razılıq barədə bildirişi (bildirişdə təşkilatın tam adı, fəaliyyət növü, hüquqi ünvanı, müəssisənin təsisçiləri barədə məlumatlar, xüsusi razılığın müddəti, istifadə olunan narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların azərbaycanca və latınca adı, saxlanma yeri, müddəti göstərilməlidir) ümummilli məlumat bankına göndərir. 

3.2. Narkoloji tibb müəssisələri hər bir narkomanın müalicəsi barədə, narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində detoksifikasiyanın aparıldığı hər bir hal barədə məlumatları, aparılan tibbi müayinə nəticəsində şəxsin narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə bu barədə məlumatı və könüllü olaraq anonim müalicə kursu keçmək üçün müraciət etmiş narkoman şəxslər haqqında məlumatı ümummilli məlumat bankına göndərirlər. Bu məlumat ümummilli məlumat bankında kodlaşdırılmış qapalı bölmədə saxlanılır.
Narkoloji xəstələrin qeydiyyatını aparan dövlət narkoloji tibb müəssisəsi narkomanlığa düçar olan, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər barəsində kəmiyyət göstəricilərini ümummilli məlumat bankına daxil edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir.

3.3. Daxili İşlər Nazirliyi, Respublika Prokurorluğu, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti  öz işlərində respublika ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsində iştirak edən şəxslər haqqında məlumatı ümummilli məlumat bankına göndərirlər.

3.4. Ədliyyə Nazirliyi azadlıqdan məhrum etmə yerlərində narkomaniyaya qarşı müalicə keçən şəxslər, məcburi müalicənin tətbiq edilməsi, cəzanın müddəti və onun icra olunduğu yer, narkoloji xəstənin cəzanı icra edən müəssisədən azad olunması, habelə barəsində məcburi tədbirlərin dayandırılması, təxirə salınması qərarı olan şəxslər haqqında məlumatları ümummilli məlumat bankına təqdim edir.

3.5. Səlahiyyətli dövlət orqanları narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə, habelə qanunsuz dövriyyəsinə aid məlumatları ümummilli məlumat bankına təqdim etməyə borcludurlar.

4. Ümummilli məlumat bankına məlumatlar dəqiqləşdirildikdən sonra 10 gün müddətində göndərilir.

5. Səhiyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Ticarət Nazirliyinin, Respublika Prokurorluğunun, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin digər aidiyyəti olan dövlət strukturlarının nəzdində fəaliyyət göstərən idarələr, komissiyalar, istintaq orqanları ümummilli məlumat bankının informasiya mərkəzlərindən onlara aid məlumatları almaq üçün təsdiq edilmiş xüsusi sorğu tərtib edib ümummilli məlumat bankına müraciət edirlər.
Ümummilli məlumat bankı sorğunu öyrənir, onun qanunauyğun, aidiyyətli olduğunu müəyyən edir və qanunvericilikdə nəzərdə tutulmuş vaxt ərzində sorğu barədə məlumat verir.
Narkoloji tibb müəssisələrində könüllü oaraq anonim müalicə kursu keçmiş narkoman şəxslər haqqında məlumatlar ümummilli məlumat bankından yalnız həmin şəxs inzibati, yaxud cinayət məsuliyyətinə cəlb edildikdə hüquq-mühafizə orqanına verilə bilər.
Narkoloji xidməti və nəzarəti həyata keçirən, habelə xidməti vəzifələri həyata keçirərkən qulluq mövqeyinə görə narkoloji xəstələr barəsində məlumatları əldə edən digər şəxslər həmin məlumatların yayılmasına yol verməməlidirlər.

6. Səhiyyə Nazirliyində, Daxili İşlər Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Ədliyyə Nazirliyində, Ticarət Nazirliyində, Respublika Prokurorluğunda, Dövlət Gömrük Komitəsində, Dövlət Sərhəd Xidmətində və digər aidiyyəti olan dövlət orqanlarında ümummilli məlumat bankına informasiya göndərilməsinin vaxtlı-vaxtında yerinə yetirilməsinə nəzarət etmək və oradan məlumat alınmasını təşkil etmək üçün cavabdeh şəxs təyin olunur.

 

Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayin

Qərar № 135
Bakı şəhəri, 7 avqust 2000-ci il

«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 174 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının 
Baş naziri A. RASİ-ZADƏ


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2000-ci il, № 8, 3-cü kitab, maddə 641) («VneshExpertService»).

9 iyun 2003-cü il tarixli 78 saylı qərara əsasən əlavə və dəyişikliklərlə («VneshExpertService»).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
2000-ci il 7 avqust tarixli, 135 nömrəli qərarı 
ilə təsdiq edilmişdir

Sərxoşluq hallarının bütün növlərinin və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydası


1. İnsan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə təhqiqat, istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında, habelə işəgötürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir.

2. Tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə olan narkotik vasitələrin və psixotrop maddələrin növü, ehtiyac olduqda miqdarı və istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır.

3. Müayinə aparan həkim-narkoloq 2 nüsxədə (əsli və surəti) Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi formaya uyğun tibbi müayinə protokolu tərtib edir. Protokolda yoxlanılan şəxsin pasport məlumatları, müayinə aparılması barədə qərar çıxaran orqanın adı, müayinənin səbəbi qeyd olunur. 
Müayinə zamanı həkim-narkoloq yoxlanılan şəxsdən geniş anamnez toplayır, onun xarici görünüşünə, davranışına nəzarət yetirir, şüurunun vəziyyətini, nitq qabiliyyətini, vegetativ damar reaksiyalarını, tənəffüsün tezliyini, nəbzini və arterial təzyiqini, bəbəklərinin vəziyyətini, hərəkət sferasını, mimikasını yoxlayır, xüsusi sınaqlar aparır. Bunlarla yanaşı, yoxlanılan şəxsin psixi vəziyyəti (əhval-ruhiyyəsinin vəziyyəti və dəyişkənliyi, emosional fonu, yaddaş və diqqəti, psixi ajitasiya, aqressivlik, təfəkkürün sürəti, həyəcanlı, səksəkəli olması, vaxt gedişini qiymətləndirməsi, qeyri-adekvat ideyalar və sair) ətraflı müayinə olunur. Tibbi müayinə obyektiv və dəqiq anamnestik məlumatlarla birgə müayinə olunanın vəziyyətini qiymətləndirməyə və düzgün rəy verməyə imkan verir. Müayinənin nəticələri protokolda qeyd olunur və müayinə olunan şəxsə elan edilir. Müraciət olunduğu andan müayinə başlanmış hesab edilir və onun keçirilmə müddəti zəruri tədqiqatların aparılmasına sərf olunan vaxtdan asılıdır.

4. Əgər yaranmış vəziyyətlə əlaqədar (müayinə olunan şəxsin vəziyyətinin ağırlığı, müayinədən imtina edərək müqavimət göstərməsi və sairə) müayinənin tam həcmdə aparılması mümkün deyildirsə, tibbi müayinə protokolunda bu səbəb qeyd edilir və bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi aparılır. Müayinə olunan şəxsdən götürülən bioloji mühit nümunələrinin mühafizəsini təmin etmək məqsədi ilə metodik göstərişlərin tələblərinə və digər zəruri şərtlərə riayət etməklə, həmin nümunələr 30 gündən az olmayaraq müayinə aparılan müəssisədə saxlanılmalıdır. Bioloji mayelərin müayinəsi ciddi olaraq xüsusi təlimat və metodika üzrə aparılır və müayinənin gedişi protokollaşdırılır. Bioloji mayelərin müayinəsinin və kliniki müayinənin nəticələri cəmləşdirilərək ümumi rəy verilir.

5. Protokolun surəti müayinə aparılan tibb müəssisəsində qalır və stasionar xəstənin tibbi kartları üçün müəyyən edilmiş qaydada mühafizə olunur.

6. Travma ilə əlaqədar tibb müəssisəsinə daxil olmuş xəstələri müayinə edərkən, onlarda sərxoşluq halı aşkara çıxarılarsa, rəydə sərxoşluq halının olması faktı qeyd edilir, qəbul olunmuş forma üzrə protokol tərtib olunur və ambulator və ya stasionar xəstələrin tibbi kartalarında sərxoşluq halı haqqında rəylə yanaşı, tibbi müayinə protokolunun say nömrəsi göstərilir.
Təxirəsalınmaz hallarda sərxoşluğun   olması haqqında rəy stasionar xəstənin kartasında xəstənin statusu və laborator müayinələrin nəticələri barədə məlumatlar əsasında verilir.

7. Tibbi protokolların olmaması müayinənin keçirilməsindən imtina üçün səbəb ola bilməz. Protokolun özbaşına şəkildə tərtib edilməsi yolverilməzdir. Hər bir halda protokol təsdiq olunmuş nümunəyə uyğun tərtib edilməlidir. Tibbi müayinənin xərcləri dövlət vəsaiti hesabına ödənilir.

8. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə həyata keçirilən müayinənin nəticələrinin yoxlanılması, müayinənin aparılması nəticəsində yaranmış mübahisələrin məhkəməyə qədər həll olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nəzdində münaqişə komissiyası təşkil edilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan müayinənin nəticələrindən narazı olan şəxs mübahisəli məsələlərin məhkəməyə qədər həll edilməsi üçün həmin münaqişə komissiyasına ərizə ilə müraciət edə bilər. Münaqişə komissiyasına daxil olmuş ərizə üzrə qərar işin məhkəmədə baxılmasına qədər çıxarılmalıdır. Sərxoşluq halının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə nəticəsində şəxsin narkotik vasitələr və ya psixotrop maddələri istehlak etməsi müəyyən edildikdə, bu barədə məlumat narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların dövriyyəsinə dair Ümummilli Məlumat Bankına verilməlidir.

9. Narkotik vasitələr və psixotrop maddələr daşınması haqqında əsaslı şübhələr olan şəxsin, narkotik sərxoşluq vəziyyətində olub-olmaması ümumi qaydalarla aşkar edilir, həmin şəxs tibbi müayinədən keçirilməklə yanaşı, xüsusi ayrılmış yerdə, eyni cinsdən olan tibb işçisi tərəfindən bilavasitə yoxlanılır və rentgenoloji müayinədən keçirilir.

10. Sərxoşluq hallarının bütün növlərinin  təyini məqsədi ilə aparılan hər bir müayinə barədə mütləq qaydada qeydiyyat aparılır. Bunun üçün qeydiyyat jurnalından istifadə olunur. Jurnalda aşağıdakılar göstərilir:
1-ci sütunda sıra nömrəsi; 
2-ci sütunda müayinənin keçirilmə vaxtı və tarixi; 
3-cü sütunda müayinə olunanı göndərən təşkilatın adı, göndərişin tarixi; 
4-cü sütunda müayinə olunanın soyadı, adı, atasının adı və yaşı; 
5-ci sütunda müayinə olunanı təqdim edən şəxsin soyadı, adı, atasının adı, vəzifəsi, xidməti vəsiqəsinin nömrəsi; 
6-cı sütunda müayinə aparan tibb işçisinin soyadı, adı, atasının adı; 
7-ci sütunda müayinənin nəticəsi; 
8-ci sütunda tibb işçisinin imzası; 
9-cu sütunda müayinə protokolunun nömrəsi; 
10-cu sütunda protokolu alan şəxsin imzası və ya poçtla göndərilən ünvan və tarix. 
Jurnal müayinədə iştirak etmiş tibb işçisi tərəfindən doldurulur və müayinə aparılan kabinetdə saxlanılır. 
Jurnalın doldurulan vərəqləri nömrələnməli, tikilməli və tibb müəssisəsinin möhürü ilə təsdiq edilməlidir.

«Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddəl

 

«Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası»nın təsdiq edilməsi haqqında

Qərar № 57

Bakı şəhəri, 13 may 2003-cü il

«Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli, 174 nömrəli Fərmanının I bəndinin 9-cu abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2003-cü il, № 5, maddə 243).

3 iyun 2005-ci il tarixli, 100 nömrəli; 9 mart 2006-cı il tarixli, 67 nömrəli qərarlara əsasən əlavələrlə və dəyişikliklərlə.


 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2003-cü il 13 may tarixli,
57 nömrəli qərarı ilə
təsdiq edilmişdir

 

 

Narkotik vasitələrin, psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi, habelə narkotik vasitələrin, psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi
Qaydası

 

1. Narkotik vasitələrin alınması, saxlanılması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, göndərilməsi, daşınması və onlardan istifadə edilməsi

1.1. Narkotik vasitələrə illik tələbat Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir. Narkotik vasitələr həmin tələbata uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən Səhiyyə Nazirliyi tərəfindən istehsal müəssisələrindən alınır.

1.2. Narkotik vasitələr tibbi məqsədlər üçün müalicə-profilaktika müəssisələri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş dövlət aptekləri, öz tibb müəssisələri olan nazirlik və təşkilatlar arasında onların tələbatı nəzərə alınmaqla bölüşdürülür və təyinatı üzrə göndərilir.

1.3. Elmi tədqiqat institutları, təhsil müəssisələri (laboratoriyalar), digər dövlət təşkilatları qeyri-tibbi məqsədlər üçün narkotik vasitələri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi vasitəsi ilə əldə edirlər.

1.4. Narkotik vasitələr ambulator xəstələrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş apteklərdən müalicə həkiminin yazdığı xüsusi resept əsasında buraxılır.

1.5. Müalicə - profilaktika müəssisələri, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş apteklər tibbi məqsədlər üçün, elmi tədqiqat institutları, təhsil müəssisələri (laboratoriyalar) və digər təşkilatlar isə qeyri-tibbi məqsədlər üçün narkotik vasitələri Səhiyyə Nazirliyinin tabeliyində olan aptek anbarından müəssisə rəhbərinin imzası və möhürü ilə təsdiq edilmiş müvafiq sənədlər (vəkalətnamə və tələbnamələr) əsasında alırlar.

1.6. Tibb müəssisələrində və eləcə də ambulator şəraitində narkotik vasitələrdən qüvvətli ağrıkəsici və narkoz kimi istifadə edilir.

1.7. Narkotik vasitələrdən və psixotrop maddələrdən tibbi məqsədlər üçün istifadə edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 165 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkoloji xəstələr barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası» ilə tənzimlənir.

1.8. Yeni təşkil olunan və narkotik vasitələr saxlanılan aptek anbarlarının (bazalarının) rəhbərləri həmin anbarların (bazaların) iş fəaliyyətini təmin etməzdən əvvəl narkotik vasitələr saxlanılan otaqların mühafizəsini təmin etmək, onların üzərində nəzarəti gücləndirmək məqsədi ilə polis orqanlarına aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:

  • anbar müdiri tərəfindən yazılan ərizə;
  • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən binanın narkotik vasitələr saxlanılmaq üçün yararlı olduğunu təsdiq edən arayış;
  • narkotik vasitələr saxlanılan otağa daxil olmağa icazəsi olan şəxslərin siyahısı;
  • aptek anbarının açılması barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmrinin surəti.

1.9. Narkotik vasitələrin zirzəmilərdə, çadırlarda, açıq səma altında, talvarlarda və tezalışan metallarla yanaşı saxlanılması qadağandır.

1.10. Aptek anbarları (bazaları), apteklər, müalicə-profilaktika müəssisələri, elmi tədqiqat institutları, təhsil müəssisələri (laboratoriyalar) və digər təşkilatlar narkotik vasitələri xüsusi nəqliyyatla və yol sənədinə (qaiməyə) əsasən daşıya bilər.

1.11. Narkotik vasitələr minik maşınında daşınarkən, maşında sürücüdən başqa yükü müşayiət edən ən azı iki nəfər cavabdeh şəxs olmalıdır.

1.12. Aptek anbarlarında (bazalarında), apteklərdə, müalicə-profilaktika müəssisələrində, elmi tədqiqat institutlarında, təhsil müəssisələrində və digər təşkilatlarda narkotik vasitələrin oğurlanması və itməsi halları baş verdikdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, yaxud rayon səhiyyə şöbəsinə və hüquq mühafizə orqanlarına dərhal məlumat verilir və bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma tərtib edilir.

1.13. Narkotik vasitələr Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış müvafiq təlimatlarında nəzərdə tutulan tələblərə cavab verən otaqlarda saxlanılmalıdır.

1.14. Bu Qaydalar narkotik vasitələri alan bütün dövlət və qeyri-dövlət müəssisələrinə şamil edilir.

1.15. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə narkotik vasitələr və psixotrop maddələrin dövriyyəsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi rejim yaradıla bilər.

2. Narkotik vasitələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi

2.1. Material otağından narkotik vasitələrin cari işlər üçün assistent otağına verilməsi yalnız aptekin müdiri və ya bu iş üçün təyin olunmuş maddi məsul şəxs tərəfindən həyata keçirilir.

2.2. Müalicə-profilaktika müəssisələrində və onların aptek şöbələrində narkotik vasitələrin ehtiyatı aylıq tələbatdan çox olmamalıdır. Narkotik vasitələrin ehtiyatı aptekin təchizat bazasına uzaqlığından asılı olaraq, yerli tibb müəssisələrinin tələbatına və ambulator onkoloji xəstələrin sayına uyğun verilir.

2.3. Aptek şöbəsinin assistentinin otağında narkotik vasitələrin ehtiyatı 5 (beş) günlük tələbatdan çox olmamalıdır.

2.4. Apteklərdə narkotik vasitələrin mədaxil və məxaricinə dair hesabat nömrələnmiş, qaytanlanmış və yuxarı təşkilat rəhbərinin imzası və möhürü ilə təsdiq olunmuş xüsusi kitabda (bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma) aparılmalıdır. Birinci səhifədə narkotik vasitənin adı yazılır. Hər bir dərmanın forması, dozası, qablaşdırılma forması ayrıca qeyd edilir. Hər bir narkotik vasitənin miqdarı ayrıca yazılır. Aparılmış düzəlişlər maddi məsul şəxsin imzası ilə təsdiq edilir. Narkotik vasitələrin mədaxili ayrı-ayrılıqda mədaxil sənədlərinə əsasən nömrəsi və tarixi ilə göstərilir. Ambulator resept əsasında müalicə-profilaktika müəssisəsinə və aptek şöbəsinə buraxılmış narkotik vasitələrin məxarici xüsusi kitabda müvafiq qaydada hər iş gününün axırında qeyd edilir.

2.5. Hər ayın 1-də aptek şöbəsinin müdiri narkotik vasitələrin faktiki qalığı ilə kitabdakı qalığını yoxlayır. Aptekin (aptek şöbəsinin) əmtəə-material inventarizasiyası zamanı narkotik preparatların faktiki qalığı müəyyən olunur və bu haqda ayrıca inventarizasiya aktı tərtib edilir. Faktiki qalığın kitabdakı qalıqdan fərqləndiyi hallarda aptekin müdiri dərhal bu haqda yuxarı təşkilata yazılı məlumat verməlidir. Yuxarı təşkilat 3—5 gün ərzində lazım olan araşdırmanı aparmalıdır. İstifadə edilmiş narkotik vasitələrə aid resept nüsxələri aylar və illər üzrə tikilir, nömrələnir, möhürlənir və 5 (beş) il müddətində maddi məsul şəxsin seyfində saxlanılır, sonra müalicə müəssisəsinin narkotik preparatların işlədilməsinə nəzarət üzrə yaradılmış daimi komissiyası tərəfindən məhv edilir.

2.6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və ya rayon səhiyyə şöbələrinin, daxili işlər orqanlarının və sanitar nəzarəti nümayəndələrinin iştirakı ilə yararlılıq müddəti qurtarmış və xarab olmuş narkotik vasitələr mövcud qayda üzrə ildə bir dəfə silinib məhv edilir.

2.7. Öz apteki olmayan müalicə-profilaktika müəssisələri narkotik vasitələri ancaq sənaye üsulu ilə və ya aptekdə hazırlanmış hazır dərman formasında almalıdır. Müalicə-profilaktika müəssisələrinin aptekdən aldığı, tərkibində narkotik maddə olan dərmanların siqnaturasında və etiketində «Daxilə», «Xaricə», «İnyeksiya üçün», «Göz damcısı» və s. sözləri yazılmalı, həmçinin dərmanı hazırlayan aptekin nömrəsi, şöbənin (kabinetin) adı, tələbnamədə göstərilənlərə müvafiq dərmanın tərkibi, hazırlanma tarixi, analiz nömrəsi, yararlılıq müddəti, dərmanı hazırlayan, yoxlayan və aptekdən buraxan şəxsin imzası dəqiq və aydın göstərilməlidir.

Dərman bağlamasının üstündə 2.7-ci bənddə göstərilən qeydlər olmadıqda, həmin dərmanın müalicə-profilaktika müəssisəsində saxlanılmasına və işlədilməsinə icazə verilmir. Dərmanı şöbənin (kabinetin) qabına çəkib tökmək, qabını doldurmaq və bükmək, həmçinin etiketini dəyişdirmək qəti qadağandır.

Apteklərdə narkotik vasitələr bağlı və plomblanmış seyfdə saxlanılır.

Seyfin qapısının içəri tərəfində birdəfəlik və sutkalıq dozalar göstərilməklə narkotik dərman maddələrinin siyahısı olmalıdır.

2.8. İnyeksiya üçün, daxilə və xaricə işlənən narkotik vasitələr xüsusi rəfdə ayrıca saxlanılmalıdır.

2.9. Müəssisə rəhbərinin əmrinə əsasən şöbələrdə (kabinetlərdə) narkotik vasitələrin ehtiyatı 3 günlük tələbatdan çox olmamalıdır. Müalicə-profilaktika müəssisəsinin aptek şöbəsində və apteklərdə isə həmin ehtiyat aylıq tələbatdan çox olmamalıdır.

2.10. Axşam və gecə vaxtı zəruri və təxirəsalınmaz tibbi yardım göstərmək məqsədi ilə stasionarların qəbul şöbələrində narkotik vasitələrin 5 günlük ehtiyatını yaratmağa icazə verilir. Göstərilən ehtiyat məsul növbətçi həkimin icazəsi ilə stasionarın bütün şöbələrində işlədilə bilər.

Müalicə-profilaktika müəssisələrində işlənmiş narkotik vasitələrin boş ampulalarının məhv edilməsinin qeydiyyatı bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun aparılmalıdır.

2.11. Narkotik vasitələrin saxlanılmasına və xəstələrə verilməsinə görə məsuliyyət baş həkimin (onun müavininin), həmçinin müəssisə üzrə əmrlə təsdiq edilmiş maddi məsul şəxslərin üzərinə düşür.

2.12. Narkotik vasitələrin inyeksiya formasında işlədilməsi bu preparatlara maddi məsul tibb bacısının iştirakı ilə aparılmalıdır.

2.13. Müalicə-profilaktika müəssisəsində narkotik vasitələr saxlanılan yerdə, növbətçi həkim və tibb bacısının sahəsində narkotik vasitələrin ən yüksək birdəfəlik və sutkalıq dozalarına aid, həmçinin zəhərlənmələr zamanı görülməli tədbirlərin cədvəli olmalıdır.

2.14. Müalicə-profilaktika müəssisələrinin şöbə və kabinetlərində bütün narkotik vasitələrin qeydiyyatı nömrələnmiş, qaytanlanmış və baş həkimin imzası ilə təsdiq olunmuş xüsusi kitabda bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun aparılmalıdır.

2.15. Narkotik vasitələr üçün xüsusi resept nüsxələrinin qeydiyyatı nömrələnmiş, tikilmiş, surğuclanmış və rəhbərlik tərəfindən təsdiq olunmuş jurnalda (6 nömrəli əlavə) aparılır.

Müalicə-profilaktika müəssisəsinə narkotik vasitələr üçün daxil olan xüsusi resept nüsxələri (bu Qaydanın 5 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma) baş həkimin təyin etdiyi komissiya tərəfindən qəbul olunur və akta müvafiq olaraq qeydiyyat jurnalında (bu Qaydanın 6 nömrəli əlavəsi ilə müəyyən olunmuş forma) qeyd edilir. Müalicə müəssisəsinin rəhbərliyinin əmri ilə narkotik vasitələrə aid xüsusi resept alınması, saxlanılması, qeydiyyatı və buraxılması üzrə maddi məsul şəxs təyin edilir.

2.16. Müalicə həkimləri tərəfindən narkotik vasitələrin təyininin məqsədəuyğunluğunu, narkotik vasitələrin və xüsusi resept nüsxələrinin saxlanılması, qeydiyyatı və işlədilməsinin vəziyyətini yoxlamaq məqsədi ilə hər bir müalicə-profilaktika müəssisəsində müəssisə rəhbərinin əmrinə əsasən daimi komissiya təşkil olunur. Komissiya ayda 1 dəfədən az olmayaraq müvafiq yoxlama aparır. Narkotik vasitələr reseptlərdə yazılarkən onların miqdarının yazı ilə göstərilməsi vacibdir.

2.17. Müalicə-profilaktika müəssisəsində xüsusi resept nüsxələrinin ehtiyatı aylıq tələbatdan çox olmamalıdır. Artıq nüsxələr başqa müalicə-profilaktika müəssisələrində işlədilmək üçün yerli səhiyyə orqanına təhvil verilməlidir.

Zəruri hallarda baş həkimin müalicə işləri üzrə müavininin icazəsi ilə konkret xəstə üçün müalicə həkiminə xüsusi resept nüsxəsi (nüsxələri) verilməsinə icazə verilir.

2.18. Narkotik vasitələr üçün xüsusi resept nüsxələrinin ehtiyatı yalnız seyfdə saxlanılmalıdır. Seyfin açarı müəssisənin rəhbərində və yaxud müəssisə üzrə əmrlə bu iş həvalə olunmuş məsul şəxsdə olmalıdır.

Narkotik vasitələrin və narkotik vasitələr üçün xüsusi resept nüsxələrinin səmərəli işlədilməsi, saxlanılması, qeydiyyatı və mühafizəsi üçün bütün məsuliyyəti müalicə-profilaktika müəssisəsinin rəhbəri daşıyır.

3. Xəstələr tərəfindən istifadə olunmamış narkotik vasitələrin və xüsusi reseptlərin silinməsi və məhv edilməsi

3.1. Yararlılıq müddəti qurtarmış, həmçinin sınmış, yaxud xarab olmuş narkotik vasitələr müalicə-profilaktika müəssisəsinin nəzdində yaradılmış komissiyanın, polis orqanları və sanitar xidməti nümayəndələrinin iştirakı ilə müvafiq akt yazılaraq məhv edilir.

3.2. İstifadə olunmamış xüsusi reseptlərin və tərkibində narkotik maddə olan preparatların vəfat etmiş xəstənin qohumlarından geri alınması və ölüm haqqında şəhadətnamənin tərtib olunması müalicə müəssisəsi üzrə əmrlə məsul işçiyə həvalə olunur. Həmin işçi ambulator vərəqəsində qeyd olunmuş növbəti reseptin alındığı andan xəstəlik tarixi üzrə işlədilmiş dərmanın miqdarını yoxlamalıdır. İstifadə olunmamış narkotik vasitələrin və onlara aid reseptlərin hesabatı nömrələnmiş, qaytanlanmış, müəssisə rəhbərinin imzası və dairəvi möhürü ilə təsdiq olunmuş xüsusi jurnalda aparılır (bu Qaydanın 7 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma). Təhvil verilmiş resept və dərmanlar bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş qaydada məhv olunana kimi seyfdə saxlanılmalıdır.

3.3. Hər ayın 30-dan gec olmayaraq, güclü təsirə malik narkotik preparatların yararsız yığılmış toz, həb və boş ampulaları müalicə müəssisəsinin narkotik preparatların işlədilməsinə nəzarət üzrə daimi komissiyasının iştirakı ilə yandırılmaqla, ampulalar isə yalnız əzilməklə məhv edilməlidir. Məhv edilmiş dərmanların miqdarı jurnalda qeyd edilir. Məhvedilmə haqqında bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma üzrə akt tərtib olunur. Akt müalicə idarəsinin baş həkimi tərəfindən təsdiq edilir.

3.4. Xəstə tərəfindən istifadə edilməmiş (xəstə öldükdə və ya dərman əks təsir göstərdikdə) narkotik dərman preparatı akt əsasında komissiyanın iştirakı ilə alındığı aptek şöbəsinə qaytarılır.

4. Aptek anbarlarında (bazalarında) narkotik vasitələrin və narkotik vasitələr üçün xüsusi resept nüsxələrinin saxlanılması, qeydiyyatı və buraxılması

4.1. Narkotik vasitələr dərman formasından asılı olmayaraq, icazəsi olan aptek anbarlarında saxlanılır. Narkotik vasitələr saxlanılan yer qüvvədə olan xüsusi texniki tələblərə cavab verməlidir (apteklərdə olduğu kimi).

4.2. Narkotik vasitələr saxlanılan otaq iş günü qurtardıqdan sonra bağlanmalı, möhürlənməli və yaxud plomblanmalıdır, açar, möhür və ya plomb isə narkotik vasitələrin saxlanılmasına məsul olan maddi məsul şəxsdə qalmalıdır.

4.3. Narkotik vasitələrin və ciddi hesabat blankı olan xüsusi resept nüsxələrinin saxlanılması və mühafizəsi aptek anbarının müdirinə həvalə olunur.

4.4. Narkotik vasitələr və ciddi hesabat blankı olan xüsusi resept nüsxələri saxlanılan otağa girməyə anbar müdirinin əmrinə əsasən yalnız onlarla işləyən şəxslərə icazə verilir.

4.5. Narkotik vasitələr alındıqda, anbar müdiri və ya onun müavini alınan miqdarın qoşma sənədə uyğun olmasını şəxsən yoxlamalıdır.

4.6. Narkotik vasitələr anbardan yalnız möhürlənmiş vəziyyətdə buraxılır və bu zaman hər bağlamanın üzərinə göndərən müəssisənin adı, narkotik vasitənin adı və analiz nömrəsi qeyd olunmuş etiket yapışdırılır.

4.7. Narkotik vasitələrin buraxılması müəssisə rəhbərinin və ya onun müavininin imza etdiyi və müəssisənin möhürü vurulmuş tələbnamə və vəkalətnamə əsasında həyata keçirilir.

Narkotik vasitələrə aid bütün tələbnamə və hesabatlar digər məhsullara aid tələbnamə və hesabatlardan ayrı saxlanılır.

Narkotik vasitələrin verilməsi müəyyən olunmuş qaydada, alınan maddənin adı və yazı ilə miqdarı göstərilmiş ayrıca vəkalətnamə əsasında həyata keçirilir. Vəkalətnamə 15 gün müddətində etibarlıdır.

4.8. Narkotik vasitələr buraxılmazdan əvvəl maddi məsul şəxs narkotik preparatların buraxılması üçün əsas olan sənədləri, buraxılan narkotik vasitələrin qoşma sənədlə uyğunluğunu, qablaşdırmanın düzgünlüyünü şəxsən yoxlamalı və hesab-fakturanın anbarda qalan surətinə imza etməlidir.

4.9. Aptek anbarlarında nömrələnmiş və qaytanlanmış, surğuclanmış, möhür və yuxarı təşkilat rəhbərinin imzası ilə təsdiq olunmuş kitabda (bu Qaydanın 8 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma) dərman formasından asılı olmayaraq narkotik vasitələrin mədaxil və məxaricinin hesabatı aparılır.

4.10. Tibbi praktikada tətbiq olunmasına icazə verilməmiş narkotik vasitələrin aptek anbarlarında saxlanılması qadağandır.

5. Nəzarət-analitik laboratoriyasında narkotik vasitələrin saxlanılması və qeydiyyatı

5.1. Nəzarət-analitik laboratoriyasında istifadə edilən narkotik vasitələr bağlı və surğuclanmış seyfdə saxlanılmalıdır.

5.2. Narkotik vasitələrin saxlanılmasına laboratoriyanın müdiri, onun müavini və ya əmr əsasında bu vasitələrin saxlanılması həvalə olunmuş maddi məsul şəxs məsuliyyət daşıyır. Narkotik vasitələr saxlanılan seyfin açarı məsul şəxslərdə olmalıdır.

5.3. Analiz üçün provizor-analitikə verilmiş narkotik vasitələr və ya tərkibində narkotik vasitələr olan dərmanlar kimyaçı-analitikin xüsusi nəzarətində qapalı yerdə saxlanılır.

5.4. Müvafiq laboratoriyaya analiz üçün gətirilmiş narkotik vasitələrin mədaxilinin hesabatı nömrələnmiş, tikilmiş və müəssisənin rəhbəri tərəfindən möhür və imza ilə təsdiq edilmiş xüsusi kitabda (bu Qaydanın 9 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma) aparılır. Narkotik vasitələrə aid sənədlər 5 (beş) il müddətində aidiyyəti laboratoriyanın müdirinin şəxsi nəzarətində saxlanılır və sonra müalicə müəssisəsinin narkotik preparatların işlədilməsinə nəzarət üzrə daimi komissiyası tərəfindən məhv edilir.

6. Səhiyyə sisteminin elmi tədqiqat institutlarında və tədris müəssisələrində (laboratoriyalarında) narkotik vasitələrin saxlanılması və qeydiyyatı

6.1. Elmi tədqiqat institutlarında və tədris müəssisələrində (laboratoriyalarında) narkotik vasitələr ayrıca otaqda, bağlı və möhürlənmiş seyfdə saxlanılmalıdır.

6.2. Narkotik vasitələr saxlanılan otaqların qapısı dəmirlə üzlənməli, pəncərəsi dəmir çərçivəyə alınmalıdır.

6.3. Narkotik vasitələr saxlanılan otağın və seyfin açarları, həmçinin möhür və plomb bu vasitələrin saxlanması həvalə olunmuş maddi məsul şəxsin nəzarətində olmalıdır.

6.4. Narkotik vasitələrin və onların sənədlərinin düzgün saxlanılması və təşkil olunmasının məsuliyyəti müəssisə rəhbərinin və ya onun müavininin üzərinə düşür.

6.5. Tədris müəssisələrində tələbələrə praktiki məşğələlər üçün verilmiş narkotik vasitələrdən düzgün istifadə olunmasının məsuliyyəti tələbələrlə praktiki məşğələ keçən müəllimin üzərinə düşür və bu Qayda ilə müəyyən edilmiş məsuliyyət həmin müəllimlərə də şamil edilir.

Tədris məşğələləri qurtardıqdan sonra narkotik vasitələrin auditoriyalarda saxlanılmasına icazə verilmir.

6.6. Narkotik vasitələrin qəbulu zamanı müəssisənin rəhbəri və ya onun müavini narkotik vasitələrin qoşma sənədə uyğun olmasını şəxsən yoxlamağa borcludur.

6.7. Narkotik vasitələrin ehtiyatı saxlanılan otağa girməyə yalnız müəssisə rəhbərinin əmri ilə müəyyən olunan və bilavasitə onlarla işləyən şəxslərə icazə verilir.

6.8. Narkotik vasitələrin cari işlər üçün buraxılması yalnız müəssisənin rəhbərinin və ya onun müavininin yazılı icazəsi ilə bu maddəni alanın soyadı və vəzifəsi göstərilən və laboratoriya müdirinin imza etdiyi tələbnamə əsasında həyata keçirilir.

6.9. Narkotik vasitələr buraxılmazdan əvvəl onların saxlanılmasına maddi məsul şəxs narkotik vasitələrin buraxılması üçün əsas və qoşma sənədlərin düzgün tərtib olunmasını və qablaşdırmanın keyfiyyətini şəxsən yoxladıqdan sonra tələbnamənin surətinə imza etməlidir.

6.10. Narkotik vasitələrin mədaxil və məxaricinin qeydiyyatı nömrələnmiş, qaytanlanmış və yuxarı təşkilatın rəhbərinin möhürü və imzası ilə təsdiq olunmuş kitabda (bu Qaydanın 10 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma) aparılır.

7. Psixotrop maddələrin saxlanılması, alınması, satılması, əldə edilməsi, bölüşdürülməsi, buraxılması, daşınması, göndərilməsi, onlardan istifadə edilməsi

7.1. Psixotrop maddələrin idxalı, ixracı və dövriyyəsi əczaçılıq fəaliyyəti ilə məşğul olan dövlət və lisenziyalaşdırılmış qeyri-dövlət təşkilatları tərəfindən həyata keçirilir.

7.2. Müalicə-profilaktika və aptek müəssisələri dövriyyəsi məhdudlaşdırılmış və nəzarət edilən psixotrop maddələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin lisenziyası əsasında əczaçılıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdən (Mərkəzi aptek bazası, rayonlararası aptek anbarı, dərman vasitələrinin və tibb ləvazimatlarının topdansatış müəssisələri) almalıdır.

7.3. Dövriyyəsi məhdudlaşdırılmış və nəzarət edilən psixotrop dərman maddələri başqa dərman maddələrindən ayrılıqda və mütəmadi nəzarətdə saxlanılmalıdır.

7.4. Dövriyyəsi məhdudlaşdırılmış və nəzarət edilən psixotrop dərman maddələri tələbnamələr, qaimələr və həkimin yazdığı resept nüsxələri əsasında buraxılmalıdır və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş xüsusi kitablarda idxal və ixracı ilə əlaqədar aylıq hesabatı aparılmalıdır.

8. Psixotrop maddələrin dövriyyəsinə dair sənədlərin tərtib edilməsi, saxlanılması və onların dövriyyəsi ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi

8.1. Psixotrop dərman preparatları üçün resept nüsxələri Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi formada, bütün bölmələri aydın xətlə doldurmaqla latın və ya Azərbaycan dilində yazılmalıdır.

8.2. Psixotrop dərman preparatlarına aid yazılmış reseptlər 15 gün müddətinə etibarlıdır.

8.3. Miqdarı barədə hesabatı aparılan psixotrop dərman preparatları üçün müalicə-profilaktika müəssisəsinin ştampı, möhürü və müalicə edən həkimin möhürü və imzası ilə təsdiq edilmiş resept nüsxəsi yazılmalıdır.

8.4. Bir resept nüsxəsinə yalnız 1 psixotrop dərman preparatı yazılmalıdır.

8.5. Fərdi tibb fəaliyyəti ilə məşğul olan psixiatrlara psixotrop dərman preparatlarına aid güzəştli reseptlər yazmaq qadağandır.

8.6. Bir terapevtik dozadan artıq psixotrop dərman preparatı təyin edilərsə, həmin miqdar yazılmalı və sonunda nida işarəsi qoyulmalıdır.

8.7. Xroniki xəstələrə psixotrop dərman preparatları üçün resept nüsxəsi 1 ay müddətinə yazıla bilər. Bu halda reseptdə «xüsusi göstəriş» sözləri yazılmalı, həkimin imzası ilə və müalicə müəssisəsinin möhürü ilə təsdiq edilməlidir.

8.8. Miqdarı barədə hesabatı aparılan psixotrop dərman preparatları yazılan resept nüsxələri, qaimə və tələbnamələr dərman buraxan müəssisələrdə 1 il müddətində saxlanılmalı və sonra müvafiq qaydada akt tərtib olunaraq məhv edilməlidir.

8.9. Aptek anbarlarında (bazalarında), apteklərdə, müalicə-profilaktika müəssisələrində, elmi-tədqiqat institutlarında, təhsil müəssisələrində və digər təşkilatlarda psixotrop maddələrin oğurlanması və itməsi halları baş verdikdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, yaxud rayon səhiyyə şöbəsinə və hüquq-mühafizə orqanlarına dərhal məlumat verilir və bu Qaydanın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma tərtib edilir.

8.10. Apteklərdə psixotrop maddələrin mədaxil və məxaricinə dair hesabat nömrələnmiş, qaytanlanmış və yuxarı təşkilat rəhbərinin imzası və möhüri ilə təsdiq olunmuş xüsusi kitabda (bu Qaydanın 2 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma) aparılmalıdır. Birinci səhifədə psixotrop maddənin adı yazılır. Hər bir psixotrop maddənin miqdarı, forması, dozası, qablaşdırılma forması ayrıca qeyd edilir. Aparılmış düzəlişlər maddi məsul şəxsin imzası ilə təsdiq edilir. Psixotrop maddələrin mədaxili ayrı-ayrılıqda mədaxil sənədlərinə əsasən nömrəsi və tarixi ilə göstərilir. Ambulator resept əsasında müalicə-profilaktika müəssisəsinə və aptek şöbəsinə buraxılmış psixotrop maddələrin məxarici xüsusi kitabda müvafiq qaydada hər iş gününün axırında qeyd edilir.

8.11. Axşam və gecə vaxtı zəruri və təxirəsalınmaz tibbi yardım göstərmək məqsədi ilə stasionarların qəbul şöbələrində psixotrop maddələrin 5 günlük ehtiyatını yaratmağa icazə verilir. Göstərilən ehtiyat məsul növbətçi həkimin icazəsi ilə stasionarın bütün şöbələrində işlədilə bilər.

Müalicə-profilaktika müəssisələrində işlənmiş psixotrop maddələrin boş ampulalarının məhv edilməsi qeydiyyatı bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun aparılmalıdır.

8.12. Müalicə-profilaktika müəssisələrinin şöbə və kabinetlərində bütün psixotrop maddələrin qeydiyyatı nömrələnmiş, qaytanlanmış və baş həkimin imzası ilə təsdiq edilmiş xüsusi kitabda bu Qaydanın 4 nömrəli əlavəsi ilə müəyyən edilmiş formaya uyğun aparılmalıdır.

8.13. Aptek anbarlarında nömrələnmiş və qaytanlanmış, surğuclanmış və yuxarı təşkilat rəhbəri tərəfindən imza və möhürlə təsdiq edilmiş kitabda (bu Qaydanın 8 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma) dərman formasından asılı olmayaraq, psixotrop maddələrin mədaxil və məxaricinin hesabatı aparılır.

8.14. Müvafiq laboratoriyaya analiz üçün gətirilmiş psixotrop maddələrin mədaxilinin hesabatı nömrələnmiş, tikilmiş və müəssisənin rəhbəri tərəfindən imza və möhürlə təsdiq edilmiş xüsusi kitabda (bu Qaydanın 9 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma) aparılır. Psixotrop maddələrə aid sənədlər 5 (beş) il müddətində aidiyyəti laboratoriya müdirinin şəxsi nəzarətində saxlanılır və sonra müalicə müəssisəsinin psixotrop maddələrin işlədilməsinə nəzarət üzrə daimi komissiyası tərəfindən məhv edilir.

8.15. Psixotrop maddələrin mədaxil və məxaricinin qeydiyyatı nömrələnmiş, qaytanlanmış və yuxarı təşkilat rəhbəri tərəfindən imza və möhürlə təsdiq edilmiş kitabda (bu Qaydanın 10 nömrəli əlavəsi ilə müəyyən edilmiş forma) aparılır.


 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə narkotik vasitələrin, psixotrop maddələrin oğurlanması və itməsi haqqında təqdim olunan növbədənkənar məlumat forması

Sıra №-si

Nə haqqında məlumat verilir

Məlumatın məzmunu

Məlumatı kim təqdim edir

Təqdim etmə qaydası

1

2

3

4

5

1.

Aptek və müalicə-profilaktika müəssisələrindən narkotik vasitələrin, psixotrop maddələrinoğurlanması və itməsi haqqında

Müəssisənin adı və ünvanı, kateqoriyası, narkotik vasitələrin, psixotrop maddələrin mühafizəsini təmin edən xüsusi vasitələr (mühafizə siqnalizasiyası, (siqnalizasiya sistemini göstərməli), müəssisədənkənar mühafizə, gözətçi mühafizəsi, mühafizə yoxdur) barədə. Binanın xarakteristikası (nümunəvi layihə üzrə tikilmişdir, uyğunlaşdırılmış binadır, daşdan, kərpicdən, taxtadandır). Narkotik vasitələrin, psixotrop maddələrinsaxlanma üsulları (xüsusi təchiz olunmuş yerdə, material və ya assistent otağında, seyfdə, metal şkafda). Otağın pəncərələrində metal şəbəkənin olması barədə (var, yoxdur). Oğurluğun başvermə tarixi, oğruların otağa girmə üsulu. Oğurlanmış narkotik vasitələrin, psixotrop maddələrin adı və miqdarı. Oğurluq haqqında daxili işlər orqanına məlumatın verilmə tarixi

Ərazi səhiyyə orqanının rəhbəri, ərazi aptek idarəsinin rəhbəri

Təxirəsalınmaz məlumat Səhiyyə Nazirliyinin Baş İdarəsinə və yerli hüquq mühafizə orqanlarına göndərilir


 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
2 nömrəli əlavə

 

Apteklərdə narkotik vasitələrin, psixotrop maddələrin mədaxili və məxaricinə dair hesabat forması

Ay

Hər ayın 1-nə qalıq

Mədaxil

Məxaricin növü

Məxaric

Ayrı-ayrı şöbələr üzrə aylıq hesabat

Ay ərzində bütün məxaric növlərinin cəmi

Kitab qalığı

Həqiqi qalıq

Maddi məsul şəxsin imzası

Haradan alınmışdır, sənədin №-si

miqdar

Qalıqla birlikdə mədaxilin cəmi

1

2

3

4

5

6

7

8

9

10

11

12

13 və s.

                                               
                                               
                                               

 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
3 nömrəli əlavə

 

«Təsdiq edirəm»

Baş həkim _____________________

«___» _______________ 200___-cü il

Müalicə-profilaktika müəssisələrində işlənmiş narkotik vasitələrdən,psixotrop maddələrdən yığılmış toz, həb qalıqlarının, habelə boş ampulaların məhv edilməsi

Aktı

Aşağıdakı şəxslərin (üç nəfərdən az olmayaraq komissiya üzvlərinin soyadı, adı, atasının adı, vəzifəsi)

1. _________________________________ 2. ____________________________________

3. _________________________________ 4. ____________________________________

5. _________________________________ iştirakı ilə _________________________

«___» ______________ 200__-cü il tarixdə _____________ tarixdən _____________

tarixə kimi dövrdə _______________ (sayı) xəstəyə (soyadı, adı, atasının adı və xəstəlik tarixlərinin nömrəsi göstərilməklə) ____________________ işlənmiş narkotik vasitələrin, psixotrop maddələrin adı ______________ (sözlə yazılmalı) miqdarda qalığı, ____________________ (sözlə yazılmalı) ədəd boş ampulası məhv edildi.

 

Sədr:

(imza) ______________________

Komissiya üzvləri:

(imza) ______________________


Qeyd: Akt beş il müddətində saxlanılır.


 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
4 nömrəli əlavə

 

__________________________________________________________________________

(idarənin adı)

Şöbə və kabinetlərdə narkotik vasitələrin, psixotrop maddələrin qeydiyyatı

Kitabı

narkotik vasitələrin, psixotrop maddələrin adı _________________________________

Forması ________________________________________________________________

 

Mədaxil

Məxaric

alınma tarixi

haradan alınmışdır və sənədin №-si

miqdarı

alanın soyadı, adı, atasının adı, imzası

verilmə tarixi

xəstəlik tarixinin №-si, xəstənin soyadı, adı, atasının adı

miqdarı

qalıq

saxlanılma və verilmə üçün məsul şəxsin imzası

1

2

3

4

5

6

7

8

9

                 

 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
5 nömrəli əlavə

 

Narkotik vasitələrin xüsusi resept nüsxəsinin Forması

Tərkibində narkotik maddə olan dərmanı almaq hüququ verən resept

Ad

№ 000000

(Müalicə-profilaktika müəssisəsinin ştampı)

___________________ 200__-cü il

Xüsusi qeydiyyat sənədi

Resept aptekdə qalır

 

Rp: ______________________________

_________________________________

_________________________________

_________________________________

Qəbul qaydası ____________________

_________________________________

Vətəndaş ________________________

Xəstəlik tarixi №-si _____________

Həkim ____________________________________________________________________

(adı, atasının adı, soyadı aydın yazılmalıdır)

M.Y.

Mürəkkəblə doldurulur

Düzəlişə icazə verilmir

Qeyd. Blank xüsusi nişanları olan çəhrayı rəngli kağızdan hazırlanır.


 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
6 nömrəli əlavə

 

__________________________________________________________________________

(idarənin adı)

 

Narkotik vasitələr üçün xüsusi resept nüsxələrinin qeydiyyatı
Jurnalı

 

Mədaxil

Məxaric

sıra №-si

sənədin daxil olma tarixi

haradan alınmışdır və sənədin №-si

nüsxənin ümumi sayı

seriya №-si

sayı

verilmə tarixi

seriya №-si

miqdarı

kimə verilmişdir, həkimin soyadı

alanın imzası

nüsxəni verənin adı, soyadı, atasının adı

qeyd

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

                         

 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
7 nömrəli əlavə

 

 

İstifadə olunmamış narkotik vasitələrin və onlara aid reseptlərin hesabatı
Jurnalı

 

Mədaxil

Məxaric

sıra №-si

qəbul olunma tarixi

xəstənin soyadı, adı, atasının adı, ünvanı

reseptlərin ümumi sayı

o cümlədən nömrələri

təhvil verilən narkotik preparatın adı

ampul, toz və həbin miqdarı

təhvil verənin soyadı və imzası

qəbul edənin soyadı və imzası

məhv edilmə miqdarı və üsulu haqqında qeydiyyat

1

2

3

4

5

6

7

8

9

10

                   
                   

 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
8 nömrəli əlavə

 

__________________________________________________________________________

(idarənin adı)

Aptek anbarlarında narkotik vasitələrin, psixotrop maddələrin mədaxil və məxaricinin hesabat

Kitabı

narkotik vasitələrin, psixotrop maddələrin adı_________________________________

Forması ________________________________________________________________

Mədaxil

Məxaric

ay

ayın əvvəlinə qalıq

kimdən alınmışdır

sənədin №-si və tarixi

miqdarı

ay ərzində qalıqla mədaxilin cəmi

kimə buraxılmışdır

sənədin №-si və tarixi

miqdarı

ay ərzində cəmi məxaric

qalıq

maddi məsul şəxsin imzası

1

2

3

4

5

6

7

8

9

10

11

12

                       

 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
9 nömrəli əlavə

 

__________________________________________________________________________

(idarənin adı)

Analiz üçün daxil olmuş narkotik vasitələrin, psixotrop maddələrinmədaxilinin hesabat kitabı

Mədaxil

sıra №-si

daxil olan vaxt

əczaçılıq təşkilatının adı və sənədin №-si

seriya №-si və prob

miqdarı

tarix

ilkin miqdarı

analizin keçirildiyi tarix

istifadə olunandan sonra qalığın miqdarı

analizdən qalan qalıq

anbara təhvil verilməsi və məhv edilməsi haqqında qeyd

laboratoriya müdirinin imzası

analiz aparanın adı, soyadı, atasının adı

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

                         

 

«Narkotik vasitələrin, psixotrop
maddələrin saxlanılması, alınması,
satılması, əldə edilməsi, bölüşdürülməsi,
buraxılması, daşınması, göndərilməsi,
onlardan istifadə edilməsi, habelə narkotik
vasitələrin, psixotrop maddələrin
dövriyyəsinə dair sənədlərin tərtib edilməsi,
saxlanılması və onların dövriyyəsi ilə
əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş
digər əməliyyatların həyata keçirilməsi Qaydası»na
10 nömrəli əlavə

 

__________________________________________________________________________

(idarənin adı)

Səhiyyə sisteminin elmi tədqiqat institutlarında və tədris müəssisələrində (laboratoriyalarında) narkotik vasitələrin, psixotrop maddələrin mədaxil və məxaricinin hesabat

Kitabı

Narkotik vasitələrin, psixotrop maddələrin adı __________________________________

Forması ________________________________________________________________

 

 

Mədaxil

Məxaric

alınma tarixi

haradan alınmışdır və sənədin nömrəsi

miqdarı

maddi məsul şəxsin imzası

verilmə tarixi

kimə verilmişdir (nəyə sərf olunmuşdur)

miqdarı

imzalar

qalıq

verildi

alındı

1

2

3

4

5

6

7

8

9

10

Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə

 

Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamənin təsdiq edilməsi barədə

Qərar № 40

Bakı şəhəri, 15 mart 1999-cu il

«Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1999-cu il, № 3, maddə 196).

25 oktyabr 2001-ci il tarixli, 168 nömrəli; 2 iyun 2003-cü il tarixli, 73 nömrəli; 20 aprel 2005-ci il tarixli, 72 nömrəli; 2 may 2006-cı il tarixli, 119 nömrəli; 13 sentyabr 2006-cı il tarixli, 207 nömrəli; 13 fevral 2008-ci il tarixli, 45 nömrəli; 12 avqust 2008-ci il tarixli, 186 nömrəli;20 may 2011-ci il tarixli, 83 nömrəli; 11 may 2012-ci il tarixli, 114 nömrəli; 6 iyul 2012-ci il tarixli, 150 nömrəli; 12 sentyabr 2012-ci iltarixli, 195 nömrəli; 29 may 2013-cü il tarixli, 89 nömrəli; 21 avqust 2013-cü il tarixli, 223 nömrəli; 19 noyabr 2013-cü il tarixli, 328nömrəli; 30 mart 2015-ci il tarixli, 95 nömrəli; 3 aprel 2015-ci il tarixli, 99 nömrəli; 15 fevral 2016-cı il tarixli, 44 nömrəli Qərarlara əsasən dəyişikliklər və əlavələrlə.


 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1999-cu il 15 mart tarixli,
40 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

 

 

Nəqliyyat vasitələrinə və onların qoşqularına
dövlət texniki baxışının
keçirilməsi qaydaları haqqında
Nümunəvi Əsasnamə

 

1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikası ərazisində qeydiyyatda olan nəqliyyat vasitələrinə və onların qoşqularına aşağıda qeyd edilən orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi qaydalarını müəyyən edir:

1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinə, onların qoşqularına və yarımqoşqularına — Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2) tramvaylara və trolleybuslara — yerli icra hakimiyyəti orqanları;

3) hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilənmexaniki nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

4) texnoloji nəqliyyat vasitələrinə, habelə bu bəndin 1-ci və 3-cü yarımbəndlərində göstərilən nəqliyyat vasitələri istisna olmaqla, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mexaniki nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

5) hüquqi və fiziki şəxslərin yarış məqsədli idman nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının GənclərİdmanNazirliyi;

6) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və digər birləşmələrin mexaniki nəqliyyat vasitələrinə — Azərbaycan Respublikasının Müdafiə Nazirliyi.

7) Digər silahlı birləşmələrin mexaniki nəqliyyat vasitələrinə — aidiyyəti üzrə həmin dövlət orqanları.

1.2. Azərbaycan Respublikasının ərazisində yol hərəkətində iştirak edən nəqliyyat vasitələrinin texniki vəziyyəti və avadanlığı yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından «Yol hərəkəti haqqında» Qanuna 1 nömrəli əlavə ilə müəyyən olunmuş tələblərə uyğun olmalıdır. Texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri yol hərəkətinə buraxılmır.

1.3. Dövlət texniki baxışının əsas məqsədi aşağıdakılardır:

  • nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək;
  • nəqliyyat vasitələrinin mənsubiyyətini və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək;
  • nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısını almaq;
  • dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlılıq müddətinə, nəqliyyat vasitələrinin sahiblərindən alınan dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədlərin olmasına nəzarəti təmin etmək.

1.4. Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı bu Əsasnamənin 1.1-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə aşağıdakı qaydada həyata keçirilir:

1) «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə, həmçinin avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə — ildə bir dəfə;

2) həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrinə (bu bəndin 1-ci hissəsində göstərilənlər istisna olmaqla):

3) istehsal olunduqları vaxtdan dörd il keçdikdə — iki ildə bir dəfə;

4) istehsal olunduqları vaxtdan on il keçdikdə — ildə bir dəfə.

Qeyd. Bu bəndin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş müddətlər bitdikdən sonra növbəti il ərzində nəqliyyat vasitələri bu Əsasnamənin 1.1-ci bəndində göstərilən orqanlar tərəfindən dövlət texniki baxışının keçirilməsi üçün təqdim edilməlidir.

1.5. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur:

1) «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin ikinci hissəsinin 2-5-ci bəndlərində və üçüncü hissəsində nəzərdə tutulmuş nəqliyyat vasitələri, həmçinin avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələri — istehsal olunduğu vaxtdan bir il müddətində;

2) həmin Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu bəndin 1-ci hissəsində göstərilənlər istisna olmaqla) — istehsal olunduğu vaxtdan dörd il müddətində;

Qeyd. Nəqliyyat vasitələri bu bəndin 1-ci və 2-ci hissələrində nəzərdə tutulmuş müddətlərin qurtardığı il də daxil olmaqla, dövlət texniki baxışına cəlb olunmurlar.

1.6. Bu Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumu və vergilər yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilə bilər.

2. Dövlət texniki baxışının təşkili üzrə tədbirlər

2.1. Texniki baxışı keçirən orqan hüquqi şəxslərin təklifini nəzərə almaqla, hər il yanvar ayının 1-dək ərazi üzrə mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi barədə ümumi cədvəl tərtib edir. Həmin cədvəldə hüquqi şəxsin adı, nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilmə yeri, təqdim olunan günü qeyd edilir və onun surəti tabeçilik aidiyyəti üzrə yuxarı təşkilata göndərilir.

2.2. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim edilməsi qaydaları haqqında kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilir.

2.3. Nəqliyyat vasitələrinin dövlət texniki baxışı növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə keçirilir. Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçiriləcəyi yer (texniki nəzarət məntəqəsi, müayinə mərkəzi, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanması üçün lazımi şəraiti olan qarajlar, müəssisələr və s. ərazilər) texniki baxışı keçirən orqan tərəfindən müəyyən edilir.

2.4. Dövlət texniki baxışı müəssisələrdə keçirilərkən müəssisə rəhbərliyinin razılığı ilə nəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanmasına həmin müəssisənin vəzifəli şəxsləri və mühəndis-texniki işçiləri də cəlb edilməlidir.

3. Nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim olunma qaydaları

3.1. Nəqliyyat vasitələrinin sahibləri (səlahiyyətli olan şəxs), onlara məxsus nəqliyyat vasitələrini texniki baxış talonunda müəyyən edilən vaxtdan gec olmayaraq dövlət texniki baxışına texniki cəhətdən saz vəziyyətdə təqdim etməyə borcludur.

3.2. Nəqliyyat vasitələrinə dövlət texniki baxışı, nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq olunmuş etibarnaməsi olan şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edildikdən sonra həyata keçirilir:

1) nəqliyyat vasitəsini idarə etməyə hüquq verən sənəd;

2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;

3) nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə);

4) «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədlər;

5) Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsini təsdiq edən icbari sığorta şəhadətnaməsi.

Yuxarıda qeyd edilən sənədlərdən başqa digər sənədlərin tələb edilməsi qadağandır.

3.2-1. Nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan digər şəxs texniki baxışın keçirilməsi üçün internet vasitəsilə elektron formada müraciət edə və münasib vaxtı seçə bilər. Həmin şəxsə texniki baxışın keçirilməsi vaxtı və tarixi barədə məlumat verilir.

3.2-2. Nəqliyyat vasitələrinin dövlət texniki baxışını həyata keçirən orqanın rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində texniki baxışın keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Əsasnamənin 3.2-ci bəndində göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət texniki baxışını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi dövlət texniki baxışını keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.

3.3. Nəqliyyat vasitələrini dövlət texniki baxışının keçirildiyi yerə gətirmək mümkün olmadıqda (nasazlığına, ehtiyat hissələrinin olmadığına və s. görə) bu Qaydaların 3.1 bəndində müəyyən edilmiş müddət ərzində onun sahibi aidiyyəti üzrə texniki baxışı keçirən orqana yazılı ərizə ilə müraciət edir. Nəqliyyat vasitəsinə həmin orqan tərəfindən nəqliyyatın dayanacaq yerində baxış keçirilir və nasazlıq aradan qaldırılana qədər nəqliyyatın istismarı 1.1 bəndində qeyd olunan orqanların təlimatlarına müvafiq qaydada qadağan edilir.

4. Dövlət texniki baxışının keçirilmə qaydaları

4.1. Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması və axtarışda olan nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır.

4.2. Dövlət qeydiyyat şəhadətnaməsində, nəqliyyat vasitəsini istifadə və idarəetmə hüququ verən sənədlərdə saxtakarlıq əlamətləri, mühərrik, ban və şassi nömrələrinin nəqliyyat vasitələrini qeydiyyat sənədlərindəki yazılarla uyğunsuzluq, aqreqat və qovşaqların nömrələrinin silinməsi, yaxud onlara saxta nömrələrin vurulması halları aşkar edildikdə, sənədlər götürülür və nəqliyyat vasitələri müəyyən edilmiş qaydada saxlanılır. Aşkar edilmiş faktı sənədləşdirmək üçün şahidlərin iştirakı ilə akt tərtib edilir, sürücüdən (nəqliyyat vasitəsinin sahibindən) izahat alınır. Həmin faktla bağlı araşdırılmış ilkin materiallar baxılmaq üçün müvafiq təhqiqat orqanına göndərilir.

4.3. Xüsusi təyinatlı və əməliyyat xidmətinin nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən xüsusi işıq və səs siqnallarının mövcudluğu, sazlığı və onların quraşdırılmasının qanuniliyi, həmçinin nəqliyyat vasitələrinin rəng qrafikasının dövlət standartının tələblərinə uyğun olması yoxlanılır.

4.4. Qoşquların (yarımqoşquların) texniki vəziyyəti əsas nəqliyyat vasitəsinə (dartqıya) qoşulmuş vəziyyətdə yoxlanır.

4.5. Konservasiyaya qoyulmuş nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilərkən onların komplektliyi yoxlanılır. Nəqliyyat vasitəsinin sazlığına şübhə olduqda, təkərləri yük altında saxlamamaq üçün qoyulmuş dayaqlar çıxarılmadan, mühərrik və ötürücü aqreqatların texniki vəziyyəti yoxlanılır.

4.6. Bu Əsasnamənin 1.2 bəndinin tələblərindən birinə cavab verməyən nəqliyyat vasitələri nasaz hesab olunur və onların istismarı qüvvədə olan qanunvericiliyə əsasən qadağan edilir. Bu halda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununa 1 nömrəli əlavə ilə müəyyən olunmuş nasazlıqlar dəqiq göstərilərək (normalar, dərəcələr və s.) iki nüsxədə akt tərtib olunur, aktın bir nüsxəsi bu Əsasnamənin 3.2-ci bəndində göstərilən səlahiyyətli şəxsə təqdim edilir.

Texniki baxış zamanı nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların aradan qaldırılması barədə təminatlı texniki xidmət göstərən texniki təmir sahəsinin və ya stansiyasının sənədi (əgər belə xidmət həmin stansiya və ya sahə tərəfindən göstərilmişdirsə) təqdim olunduqda nəqliyyat vasitəsinə texniki baxış keçirilir.

4.7. Dövlət texniki baxışından keçmiş saz nəqliyyat vasitələrinə texniki baxışı keçirən orqan tərəfindən texniki baxış talonu verilir və həmin orqan tərəfindən texniki baxışın nəticəsinin müvafiq qaydada hesabatı aparılır. Talonun forması, tətbiq olunma qaydaları və hesabatı 1.1 bəndində nəzərdə tutulan orqanların təlimatı ilə müəyyən edilir.

4.8. Nəqliyyat vasitələrinə texniki xidmət yalnız nəqliyyat vasitələrinin sahibləri, xüsusi texniki biliyə və ixtisasa malik olan şəxslər və yaxud Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada texniki-təmir stansiyaları tərəfindən həyata keçirilir. Nəqliyyat vasitələrinin sayı 10 və daha artıq olan təsərrüfatlarda hüquqi və fiziki şəxslər nəqliyyat vasitələrinə təminatlı texniki xidməti bu məqsədlə təşkil etdikləri texniki-təmir sahələrində aparırlar.

4.9. Nəqliyyat vasitələrinin texniki baxışı iş günü ərzində fasiləsiz olaraq keçirilir.

5. Dövlət texniki baxışına hazırlıq və onun keçirilməsinə nəzarət

5.1. Nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsinə nəzarət bu Əsasnamənin 1.1 bəndində nəzərdə tutulan orqanlar tərəfindən aşağıdakı formalarda həyata keçirilir:

  • nəqliyyat vasitələrinin dövlət texniki baxışın keçirilməsi müddətinə və qaydalarına riayət olunmasının yoxlanması;
  • dövlət texniki baxışından keçmiş nəqliyyat vasitələrinin texniki vəziyyətinin və qeydiyyat məlumatlarının müəyyən edilmiş tələblərə uyğunluğunun seçmə yolu ilə (müəssisənin ərazisində, nəqliyyat vasitələri xəttə çıxarkən, qayıdarkən, həmçinin istismar prosesində) yoxlanması;
  • nəqliyyat vasitələrinə dövlət texniki baxışın nəticələri haqqında təsdiq edilmiş məlumatların müvafiq orqanların kartotekalarında uçotu aparılan nəqliyyat vasitələrinin sayı və qeydiyyat məlumatları ilə tutuşdurulması.

6. Dövlət texniki baxışının nəticələrinin sənədləşdirilməsi

6.1. Nəqliyyat vasitələrinə keçirilən dövlət texniki baxışın nəticələrinə görə hüquqi şəxslər tərəfindən dövlət texniki baxışı keçirən orqanın təsdiq etdiyi müvafiq akt blankları doldurulur və tələb olunan digər sənədlərlə birlikdə (nəqliyyat vasitələrinin sayı, dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd və s.) həmin orqana təqdim edilir.

6.2. Texniki baxışın yekun hesabatı 1.1 bəndində göstərilən orqanlar tərəfindən respublika üzrə ümumiləşdirildikdən sonra 1 ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabineti və Dövlət Statistika Komitəsinə təqdim edilir.

6.3. Texniki baxışın nəticəsinə görə nəqliyyat vasitələrinin texniki vəziyyəti rayonlar, şəhərlər üzrə təhlil olunaraq təsərrüfatlarda nəqliyyat vasitələrinin hazırlıq səviyyəsi, onların yararsız vəziyyətinin və baxışdan keçirilməməsinin səbəbləri araşdırılır, təhlil əsasında aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür.

7. Məsuliyyət

7.1. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 1 nömrəli Əlavəsi ilə istismarı qadağan edilən nəqliyyat vasitələrini idarə etməyə və onu vaxtında texniki baxışdan keçirmədən idarə etməyə görə nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qeyd. Şəxs nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 10 (on) gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən məsuliyyətə cəlb olunmur.

 

7.2. Nəqliyyat vasitəsinin sahibindən və ya sərəncam vermək hüququ olan digər şəxslərdən Qanunla nəzərdə tutulmayan sənədləri tələb etməyə, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində süründürməçiliyə yol verməyə və ya onların həllindən qanunsuz olaraq imtina etməyə görə texniki baxışı keçirən orqanların vəzifəli şəxsləri, həmçinin nəqliyyat vasitəsinin sazlığı haqqında sənədin verilməsində süründürməçiliyə yol verməyə, onların verilməsindən qanunsuz olaraq imtina etməyə, həmin sənədin və sənəddəki məlumatların həqiqətə uyğun olmamasına görə nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərən təmir sahəsinin və ya stansiyasının müvəkkil edilmiş şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında

 

Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında (1)

Qərar № 73

Bakı şəhəri, 20 aprel 2000-ci il

«Polis haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 noyabr tarixli, 205 nömrəli Fərmanının 1-ci bəndinin 7-ci, 8-ci, 9-cu və 10-cu abzaslarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə aylara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir.

1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların; kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları bu Qərarın 1 nömrəli əlavəsinə müvafiq müəyyən edilsin.

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normalar və dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara ərzaq məhsullarının topdan satış qiymətlərinə nəzarət komissiyasının müəyyənləşdirdiyi qiymətlər əsasında Daxili İşlər Nazirliyinin polis əməkdaşına ərzaq payı və ya ərzaq payı əvəzinə müvafiq pul kompensasiyası verilsin.

1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin.

1.4. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavələrin verilməsi üçün istifadə olunur. Verilən əlavələr həmin əməkdaşların təminat xərcliyinə və aylıq əməkhaqqı məbləğinə daxil edilmir.

1.5. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının («ASAN xidmət» mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək, maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür.

2. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış , sağlamlığına digər zərər dəymiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına və ya onun ailəsinə:

    • xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı həlak olduqda (vəfat etdikdə) ailəsinə, habelə öhdəsində olanlara dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin yetmiş misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur;
    • xidməti vəzifələrin icrası ilə əlaqədar polis əməkdaşı xidməti davam etdirməsinə imkan verməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda , xəstələndikdə dövlət büdcəsinin vəsaiti hesabına ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərclərinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir, daha sonra bu məbləğ təqsirli şəxslərdən tutulur.

2.1. Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış , sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə birdəfəlik kompensasiyaların müəyyən edilməsi üçün tələb olunan sənədlər bu qərarın 2 nömrəli əlavəsinə əsasən müəyyən edilsin.

3. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi qaydası bu qərarın 4 nömrəli əlavəsinə müvafiq olaraq müəyyən edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına polisdə xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar köç pulunun və birdəfəlik kompensasiyaların miqdarı və verilməsi Qaydası bu qərarın 3 nömrəli əlavəsinə əsasən müəyyən edilsin.

5. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 2000-ci il, № 4, 2-ci kitab, maddə 319) («VneshExpertService» LLC).

22 yanvar 2004-cü il tarixli, 4 nömrəli; 22 iyul 2004-cü il tarixli, 98 nömrəli; 25 noyabr 2004-cü il tarixli, 185 nömrəli; 20 iyul 2005-ci il tarixli, 144 nömrəli; 26 sentyabr 2006-cı il tarixli, 217 nömrəli; 11 may 2007-ci il tarixli, 74 nömrəli; 13 fevral 2008-ci il tarixli, 44 nömrəli; 9 noyabr 2009-cu il tarixli, 177 nömrəli; 14 aprel 2010-cu il tarixli, 68 nömrəli; 30 dekabr 2011-ci il tarixli, 215 nömrəli; 29 aprel 2014-cü il tarixli, 116 nömrəli; 8 may 2014-cü il tarixli, 138 nömrəli; 29 may 2014-cü il tarixli, 169 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).


 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 20 aprel tarixli,
73 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi
QAYDALARI

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarının xidmət xüsusiyyətlərini nəzərə alaraq təminat xərcliyi* və başqa ödənişlər aşağıdakı qaydada təyin edilir:

1. Fasiləsiz xidmət illərinə görə verilən haqq vəzifə və xüsusi rütbəyə görə maaşlardan hesablanaraq aşağıdakı məbləğdə ödənilir:

    • 1 ildən 2 ilə qədər fasiləsiz xidmət illərinə görə — 5 faiz;
    • 2 ildən 5 ilə qədər fasiləsiz xidmət illərinə görə — 10 faiz;
    • 5 ildən 10 ilə qədər fasiləsiz xidmət illərinə görə — 15 faiz;
    • 10 ildən 15 ilə qədər fasiləsiz xidmət illərinə görə — 20 faiz;
    • 15 ildən 20 ilə qədər fasiləsiz xidmət illərinə görə — 25 faiz;
    • 20 ildən 25 ilə qədər fasiləsiz xidmət illərinə görə — 30 faiz;
    • 25 ildən 30 ilə qədər fasiləsiz xidmət illərinə görə — 40 faiz;
    • 30 ildən yuxarı fasiləsiz xidmət illərinə görə — 50 faiz.

2. Məharət dərəcəsinə görə verilən əlavə, vəzifə maaşına hesablanaraq aşağıdakı məbləğdə ödənilir:

1) Ali, orta və böyük rəis heyətinə mənsub şəxslərə:

§  II məharət dərəcəsinə görə — 15 faiz;

§  I məharət dərəcəsinə görə — 25 faiz;

§  usta məharət dərəcəsinə görə — 35 faiz.

2) Sıravi və kiçik rəis heyətinə mənsub şəxslərə:

§  II məharət dərəcəsinə görə — 10 faiz;

§  I məharət dərəcəsinə görə — 15 faiz;

§  usta məharət dərəcəsinə görə — 25 faiz.

3. Şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi vəzifə maaşına hesablanaraq, aşağıdakı məbləğdə ödənilir:

§  1 ildən 3 ilə qədər — 10 faiz;

§  3 ildən 6 ilə qədər — 15 faiz;

§  6 ildən yuxarı — 20 faiz;

4. Post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrində atlara və ləvazimatına qulluğa və ayıltma məntəqəsində işləməyə görə əməkdaşların aylıq vəzifə maaşının 20 faizi məbləğində əlavə ödənilir.

5. Sürücülərə dərəcəyə görə əlavə vəzifə maaşına hesablanaraq, aşağıdakı məbləğdə ödənilir:

    • II dərəcəyə görə — 10 faiz;
    • I dərəcəyə görə — 25 faiz.

6. Xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyan əməkdaşlara gündəlik yemək xərci əvəzinə ödənişlərin məbləği və verilməsi müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

7. Tutduğu vəzifədən azad edilən daxili işlər orqanlarının əməkdaşlarına sərəncamda olduqları iki aydan artıq olmayan müddətdə tam həcmdə əmək haqqı (sonuncu vəzifə maaşı, xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə əlavə haqq və ərzaq payı əvəzinə verilən pul kompensasiyası) ödənilir.

8. Xidmətdən tərxis olunmaya görə ödəniş xüsusi rütbəsi olan əməkdaşlara aşağıdakı məbləğdə və qaydada ödənilir:

a) pensiya almaq hüququ olan yaş həddi, səhhəti və ya ştat ixtisarı ilə əlaqədar xidmətdən tərxis olunanlara vəzifə və rütbə maaşlarının beş aylıq məbləğində, başqa əsaslara görə tərxis edilənlərlə isə (barəsində qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqi haqqında qərara əsasən tərxis edilənlər istisna olmaqla) vəzifə və rütbə maaşlarının iki aylıq məbləğində;

b) pensiya almaq hüququ olmadan tərxis edilən xidmət müddəti dörd ildən az olanlara aylıq vəzifə və rütbə maaşlarının yarısı məbləğində, xidmət müddəti dörd il və daha çox olanlara aylıq vəzifə, rütbə maaşları və dörd ildən əlavə hər il üçün həmin maaşların beşdə biri məbləğində.

9. Müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və ya xəstə ailə üzvünə qulluğa görə xəstəlik vərəqəsi əsasında xidmətdən azad edilən, yaxud xəstəlik məzuniyyətində olan xüsusi rütbəli əməkdaşlara qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, altı aydan artıq olmamaq şərtilə xəstəlik gününədək aldıqları təminat xərcliyi saxlanılır.

Daxili işlər orqanları əməkdaşlarının müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və digər dövlətlərin ali və orta ixtisas xüsusi polis tədris müəssisələrində əyani təhsil alanlara:

    • sıravi və kiçik rəis heyətinə mənsub əməkdaşlara daxil olandan əvvəl son iş yerindəki vəzifə və xüsusi rütbə maaşları, fasiləsizxidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlar ödənilir;
    • orta ümumtəhsil məktəbini bitirmiş vətəndaşların sıralarından qəbul edilənlərə respublikada ali və orta ixtisas tədris müəssisələri üçün müəyyən edilmiş məbləğdə təqaüd ödənilir.

11. Daxili İşlər Nazirliyinin ibtidai hazırlıq kursuna çağırılmış əməkdaşlarına həmin müddətdə təyin olunduğu vəzifə maaşı və ərzaq payı və ya ərzaq payı əvəzinə pul kompensasiyası, təkmilləşdirmə və ixtisas artırmağa çağırılmış əməkdaşlara isə işlədiyi vəzifə üzrə aldıqları təminat xərcliyi ödənilir.

12. Daxili İşlər Nazirliyinin və respublikanın digər ali məktəblərində qiyabi təhsil alan əməkdaşlara imtahan sessiyası müddətində işlədikləri vəzifə üzrə aldıqları təminat xərcliyi saxlanılır.

13. Növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir.

Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir.

Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında ödənilir.

Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir.

14. Yüksəkliyə görə əlavə qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə, xüsusi rütbə maaşlarından, fasiləsiz xidmət illərinə və məharət dərəcəsinə görə əlavə haqlardan hesablanır.

15. digər əlavə haqlar və ödənişlər qanunvericiliklə müəyyən olunmuş məbləğdə vəzifə maaşından hesablanır.

16. Daxili İşlər Nazirliyinin əməkdaşlarına müavinətlərin verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və məbləğdə ödənilir.


* Təminat xərcliyi vəzifə və xüsusi rütbəyə görə maaşlardan, fasiləsiz xidmət illərinə görə haqdan, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və əməkdaşa verilən digər əlavələrdən ibarətdir.


 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 20 aprel tarixli,
73 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə

 

Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş(vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış , sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və onun ailəsinə birdəfəlik kompensasiyanın müəyyən edilməsi üçün tələb olunan sənədlər

1. Polis əməkdaşı həlak olduqda, vəfat etdikdə :

    • ölüm haqqında şəhadətnamə;
    • əməkdaşın ölümünün bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi;
    • ailə üzvlüyünü təsdiq edən arayış;
    • vərəsəlik hüququna malik ailə üzvünün ərizəsi.

2. Polis əməkdaşı əlillik dərəcəsi aldıqda:

    • Tibbi Sosial Ekspert Komissiyasının əlilliyin təyin edlməsi haqqında (əlilliyin qrupu, səbəbi və təyin edilməsi tarixini göstərməklə) arayışı;
    • əməkdaşın əlilliyinin bilavasitə xidməti vəzifəsinin icrası ilə bağlı olduğu haqqında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən olunmuş müvafiq xidmətin rəyi;
    • əməkdaşın raportu.

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2000-ci il 20 aprel tarixli,
73 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
3 nömrəli əlavə

 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına köç pulu və birdəfəlik kompensasiyaların ödənilməsi Qaydası və miqdarı haqqında

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşının xidməti yerdəyişmə və təyin olunması ilə bağlı yaşayış yerinin bir məntəqədən başqa məntəqəyə dəyişilməsi ilə əlaqədar ödənilən köç pulunun və birdəfəlik kompensasiyaların tərkibinə aşağıdakılar daxildir:

a) əməkdaşa və onun ailə üzvlərinə ödənilən nəqliyyat xərci;

b) yolda olan müddət üçün gündəlik xərc;

c) ev əşyalarının gətirilməsi üçün nəqliyyat xərci;

ç) əməkdaşa birdəfəlik kompensasiya;

d) əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya.

2. Polis əməkdaşına birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki vəzifə və xüsusi rütbə maaşlarından hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə əməkdaşın aldığı vəzifə və xüsusi rütbə maaşlarından hesablanır.

3. Köç pulu və birdəfəlik kompensasiyalar (50 km-dən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi xidmət yerinə getmək üçün aşağıda göstərilən yerdəyişmə və təyin olunma halları zamanı verilir:

a) Daxili İşlər Nazirliyinin bir orqanından başqa bir orqanına ştat vəzifəsinə təyin edilərkən;

b) Daxili İşlər Nazirliyinin orqanlarının daimi dislokasiya yerinin dəyişilməsi zamanı;

c) Daxili İşlər Nazirliyinin orqanlarında xidmət keçmək üçün ştat vəzifəsinə yeni təyin olunmuş əməkdaş başqa yaşayış məntəqəsinə köçərsə.

4. Xidməti yerdəyişmə və təyin olunması ilə əlaqədar bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə getmək üçün 50 km-dən çox yol qət edərkən, əməkdaşa və ailə üzvlərinə bu qayda ilə müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir.

II. Köç pulu və birdəfəlik kompensasiyaların miqdarı

1. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı miqdarda ödənilir:

a) əməkdaşa və onun ailə üzvlərinə nəqliyyat xərcləri, təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişin dəyəri miqdarında, nəqliyyatda sərnişinlərin dövlət icbari sığortası üzrə tədiyələr, biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yatacaq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla ödənilir;

b) əməkdaşa yerdəyişmə və təyinolunma zamanı 50 km-dən çox məsafə qət edilərsə, birdəfəlik kompensasiya 1 aylıq yeni təyin olunduğu vəzifə üzrə vəzifə maaşı və 1 aylıq xüsusi rütbə maaşı məbləğində;

c) Daxili İşlər Nazirliyinin orqanlarının dislokasiya yerinin dəyişməsi ilə əlaqədar olan yerdəyişmə vaxtı əməkdaşa məsafədən asılı olmayaraq vəzifə və xüsusi rütbə maaşlarının 50 faizi məbləğində;

ç) ailə üzvlərinin hər birinə bütün hallarda əməkdaşın 1 aylıq vəzifə və xüsusi rütbə maaşının 25 faizi məbləğində;

d) əməkdaşa 3000 kq-dək ev əşyalarını gətirmək üçün çəkdiyi faktiki xərc, yükün daşınması barədə qaimə təqdim edilməklə, müvafiq yükdaşıma müəssisələrinin müəyyən etdiyi tariflər müqabilində.

III. Yolda olan vaxt üçün gündəlik xərcin verilməsi

1. Xidməti yerdəyişmə və təyinolunma ilə əlaqədar olaraq, bir yaşayış məntəqəsindən başqa yaşayış məntəqəsinə gələrkən, əməkdaşa yolda olduğu bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları miqdarında vəsait verilir.

IV. Köç pulunun və birdəfəlik kompensasiyaların ödənilmə qaydası

1. Köç pulu və birdəfəlik kompensasiya əməkdaşa aşağıdakı qaydada ödənilir:

a) Ştat vəzifəsinə təyin edilərkən xidməti yerdəyişmə zamanı təyinolunma barədə əmr əsasında yeni iş yerində;

b) Daxili İşlər Nazirliyinin orqanının daimi dislokasiya yerinin dəyişilməsi zamanı müvafiq əmr əsasında orqanın yeni dislokasiya yerində.

2. Əməkdaşın ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin olunduğu gündən 1 il müddətinə əməkdaşın ailəsi köçüb onun xidmət etdiyi yerə gələrkən (əgər əməkdaş yeni xidmət yerində mənzil ilə təmin olunmayıbsa və yaxud uşaqları ali və orta ixtisas tədris müəssisələrinin əyani şöbəsində və ümumi orta təhsil məktəblərinin axırıncı siniflərində oxuyursa, mənzil ilə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən 1 il müddətinə) ödənilir.

3. Birdəfəlik kompensasiyalar əməkdaşın himayəsində olan aşağıdakı ailə üzvlərinə verilir:

a) yaşından və əmək qabiliyyətindən asılı olmayaraq arvadına (ərinə);

b) əməkdaşın himayəsində olan uşaqlara;

c) əməkdaşın Azərbaycan Respublikasının Mülki Məcəlləsində qadın və kişilər üçün nəzərdə tutulmuş pensiya yaşına çatmış və yaşından asılı olmayaraq I və II qrup əlil valideynlərinə.

4. Köç pulu və birdəfəlik kompensasiyalar əməkdaşın raportu, təyin olma barədə əmr, ailə üzvlərinin köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış əsasında verilir.

5. Köç pulu və birdəfəlik kompensasiyalar aşağıdakı hallarda ödənilmir:

a) Daxili İşlər Nazirliyinin təhsil müəssisəsinin əyani şöbəsini bitirdikdən sonra həmin müəssisənin ştat vəzifəsinə təyin olunan əməkdaşa;

b) əməkdaşın xidmət etdiyi yerə müvəqqəti olaraq gələn ailə üzvlərinə.

6. Verilmiş köç pulu və birdəfəlik kompensasiyalar əməkdaş yerdəyişmə və təyin olunmadan sonra işə başlamaqdan imtina edərsə qaytarılmalıdır.


 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 
2000-ci il 20 aprel tarixli,
73 nömrəli qərarına 
4 nömrəli əlavə

 

 

Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının məbləği və verilməsi
Qaydası

 

1. Daxili işlər orqanlarında (Daxili İşlər Nazirliyinin Daxili Qoşunları istisna olmaqla) xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq pul kompensasiyası hər ay aşağıdakı məbləğdə ödənilir:

  • Bakı şəhərində — 47 manat;
  • başqa şəhər və rayon mərkəzlərində — 33 manat;
  • digər yaşayış məntəqələrində — 27 manat.
  • Daxili işlər orqanları əməkdaşlarına onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün onlara yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə pul kompensasiyası ödənilir.

2. Daxili işlər orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə xidmət keçdiyi dövr ərzində kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün yaşayış məntəqəsindən asılı olaraq, pul kompensasiyasının verilməsi üçün tələb olunan sənədlər:

  • əməkdaşın raportu;
  • Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələrindən əməkdaşın xidmət etdiyi müvafiq daxili işlər orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində yaşayış sahəsinin olub-olmaması haqqında arayış;
  • yaşayış sahəsinin onun mülkiyyətçisindən və ya sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisindən (bundan sonra — müvəqqəti mənzil) kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş sənəd;
  • xidmət yeri üzrə yaşayış sahəsi ilə təmin olunub olunmaması haqqında arayış;
  • əməkdaşın ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin və ailə üzvlərinə aid olması barədə digər sənədlərin notariat qaydasında təsdiq edilmiş surəti;
  • əməkdaşın ailə üzvlərinin onun xidmət yerinə köçüb gəlməsi və yeni ünvanda qeydiyyata alınması barədə arayış.

3. Yeni xidmət yerinə gəlmiş daxili işlər orqanının əməkdaşı kirayədə yaşaması barədə raportla müraciət etdikdən sonra bu Qaydanın 2-ci bəndində müəyyən olunmuş sənədləri təqdim etməlidir. Kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası müvəqqəti mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq olunmuş sənədin imzalandığı gündən, lakin yeni vəzifəyə təyin olunma günündən tez olmayaraq, əməkdaşın xidmət etdiyi daxili işlər orqanının rəhbərinin kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyasının verilməsi barədə əmrindən sonra ödənilir.

4. Yuxarıda qeyd edilən sənədlər hər il yenidən toplanaraq, daxili işlər orqanının maliyyə xidmətinə təqdim edilməlidir.

5. Daxili işlər orqanı əməkdaşının ailə tərkibində dəyişiklik baş verdikdə o, bu barədə rəhbərliyə məruzə etməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədləri təqdim etməlidir.

6. Kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası əməkdaşın kirayə üçün faktiki ödədiyi haqq məbləğində, lakin bu Qaydanın 1-ci bəndi ilə müəyyən edilmiş məbləğlərdən artıq olmamaq şərti ilə ödənilir.

7. Daxili İşlər Nazirliyi tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş əməkdaşlara kirayəyə götürülmüş yaşayış sahəsindən istifadə haqqı (kirayə haqqı) üçün pul kompensasiyası ödənilmir.


 

(1) Bu qərar Nazirlər Kabinetinin 4 dekabr 2001-ci il tarixli 190 saylı qərarana əsasən daxili işlər orqanlarının digər əməkdaşlarına da şamil edilir 

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top