I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz


2011-ci ildə İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlərə dair məlumat



2011-ci ildə DİN-in İAQMİ əməkdaşları tərəfindən insan alverinə qarşı mübarizə sahəsində şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsi, bu növ cinayətlərin aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması sahəsində bir sıra işlər görülmüşdür.
Ölkəmiz Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasını 11 may 2010-cu il tarixdə təsdiq etdikdən sonra onun Azərbaycanda tətbiqi ilə bağlı zəruri tədbirlər görülmüşdür. Bununla əlaqədar, 2011-ci ilin 23-24 fevral tarixlərində paytaxtda Avropanın 7 ölkəsini təmsil edən ekspert qrupunun, habelə Avropa İttifaqının, ATƏT-in, Beynəlxalq Miqrasiya və Əmək təşkilatlarının nümayəndələrinin iştirakı ilə hakimlər, prokurorlar və vəkillər üçün “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Konvensiyasının implementasiyası mövzusunda təlimlər keçirilmişdir. 
İnsan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə yaradılmış Ədliyyə, Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik nazirliklərinin nümayəndələrindən ibarət İşçi Qrupun 3 may 2011-ci il tarixdə keçirilmiş iclasında ölkəmizdə insan alverinə, xüsusən onun məcburi əməklə müşayiət olunan formasına qarşı mübarizə tədbirlərinin daha da intensivləşdirilməsi, bu məqsədlə qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi, eləcə də Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının ölkəmizdə implementasiyası məsələləri müzakirə olunmuşdur.
16 may 2011-ci il tarixdə paytaxtda Avropa İttifaqı, ATƏT, BMqT, BƏT, Amerika Hüquqşünaslar Assosiasiyasının nümayəndələri və Respublika Vəkillər Kollegiyasının üzvlərinin iştirakı ilə keçirilmiş dəyirmi masada “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurasının Konvensiyası ilə müvafiq ölkə qanunvericiliyinin müqayisəli təhlili və digər məsələlər müzakirə edilmiş və faydalı fikir mübadiləsi aparılmışdır.
4 iyun 2011-ci il tarixdə "Qaynar xətt" telefon xidmətində çalışan operatorlara qurbanlarla danışıq və etik davranış qaydaları, qurbanlara məlumat-məsləhət verilməsi ilə bağlı təlim keçirilmiş, vəzifələri bir daha onlara izah edilmişdir. 
Beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr çərçivəsində insan alveri ilə mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi üzrə təlim keçirilməsinə xüsusi əhəmiyyət verilmişdir. 
Belə ki, Gəncə və Lənkəran şəhərlərində hüquq-mühafizə və digər dövlət qurumlarının əməkdaşları üçün keçirilmiş seminarda ATƏT-in Bakı Ofisinin İnsan Alverinə Qarşı mübarizə üzrə Proqram rəhbəri, ATƏT-in Strateci Məsələlər üzrə Polis Bölməsinin İnsan Alverinə qarşı mübarizə üzrə eksperti, Macar Milli Təhqiqat Bürosunun əməkdaşı, ATƏT-in Bakı Ofisinin Cəmiyyət Dəstəkli polis eksperti, Beynəlxalq Miqrasiya Təşkilatınin layihə rəhbəri, QHT, eləcə də KİV nümayəndələri iştirak etmişlər. 
ABŞ-ın "Dünya Ümidi" ("World Hope") Beynəlxalq Humanitar Təşkilatının nümayəndələri ilə birgə Abşeron rayonu Masazır qəsəbəsində yerləşən 56 №-li Kəlbəcər rayon qaçqın məktəbində təhsil alan 9-11-ci sinif şagirdləri üçün insan alveri mövzusunda təlim keçirilmiş, şagirdlərə insan alveri qurbanından bəhs edən "Günahkarlar, yoxsa günahsızlar" adlı film nümayiş etdirilmişdir. Həmin təşkilat tərəfindən respublikanın Ağdam, Ağcabədi, Şəki və İmişli rayonlarında keçirilmiş tədbirlərə də müvafiq dəstək verilmişdir.
29 sentyabr 2011-ci il tarixdə ABŞ-ın ölkəmizdəki Səfiri, ATƏT-in Bakı ofisinin rəhbəri və Daxili İşlər Nazirliyinin nümayəndəsinin iştirakı ilə paytaxtda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT arasında 2 proqramı özündə ehtiva edən qrant müqaviləsi imzalanmışdır. 
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 445 nömrəli  Fərmanı ilə "Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnsan alveri ilə Mübarizə üzrə Milli Komitəsi arasında insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu" təsdiq edilmiş, Memorandumun həyata keçirilməsi üzrə əlaqələndirici şəxs qismində DİN-in əməkdaşı müəyyən olunmuşdur.
GUAM-ın "Virtual mərkəzi" vasitəsilə insan alverinə qarşı mübarizə sahəsi üzrə üzv ölkələrlə məlumat mübadiləsi aparılmışdır.    
28 aprel 2011-ci il tarixdə Milli Fəaliyyət Planının iştirakçıları olan Ədliyyə, Xarici İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Milli Təhlükəsizlik, Səhiyyə, Gənclərİdman, Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Dövlət Sərhəd və Miqrasiya xidmətləri, Gömrük, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələrinin nümayəndələrindən ibarət İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupun iclası keçirilmiş, Milli Fəaliyyət Planının icrası vəziyyəti və digər məsələlər müzakirə olunmuşdur.
25 fevral və  2 sentyabr 2011-ci il tarixlərində Daxili İşlər Nazirliyi ilə  əməkdaşlıq edən QHT Koalisiyası ilə birgə iclas keçirilmiş, insan alverinin, o cümlədən məcburi əməyin qurbanı olmuş şəxslərin müəyyən edilməsi, onların xüsusi polis qurumuna istiqamətləndirilməsi, qurbanların yardımlara çıxışının təmin edilməsi, əhali arasında maarifləndirmə işinin davam etdirilməsi, habelə qarşılıqlı əməkdaşlığın perspektiv istiqamətləri müzakirə edilmişdir. Ötən ilin oktyabr ayında isə insan alverinə qarşı mübarizə  sahəsində fəal iştirak etmiş, Koalisiyasının üzvü olan 9 qeyri-hökumət təşkilatı DİN-in rəhbərliyi tərəfindən mükafatlandırılmışdır.
Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilmiş, əcnəbilərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu və ya müvəqqəti yaşadığı dövrdə Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına, həmçinin işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə almadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. 
İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupun üzvü olan dövlət qurumlarının müvafiq rəy və təklifləri əsasında "İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılmasına yönəlmiş dövlət Proqram"ı hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2011-ci il tarixli 81 nömrəli qərarı ilə təsdiq olunmuşdur.
Həmin qərarın tələblərinə, eləcə də beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınaraq məcburi əməyin qarşısının alınması istiqamətində də təşəbbüslər artırılmış, "İnsan alveri qurbanlarının müəyyən edilməsi Qaydaları (indikatorlar)"na uyğun olaraq insan alveri və məcburi əməyin qurbanlarının müəyyən edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin, İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri tərəfindən məcburi əməyin qurbanlarının müəyyən edilməsi ilə əlaqədar Bakının Qaradağ rayonunda yerləşən "Şıx", "Qızıl daş" və "Gülbaxt" daş karxanalarında birgə reydlər keçirilmişdir. Qeyd olunan müəssisələrdə işçilərlə aparılan sorğu zamanı məcburi əməyin qurbanları müəyyən olunmamışdır. Lakin istehsal vasitələrindən istifadə qaydalarının pozulması və bəzi işçilərlə əmək müqavilələrinin bağlanmaması halları aşkar olunaraq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq sənədləşmə aparılmışdır.
Eyni zamanda, bir sıra qeyri-hökumət təşkilatları ilə birgə işçi tərkibi əcnəbi və yerli fəhlələrdən ibarət olan ayrı-ayrı tikinti şirkətlərinin fəaliyyət göstərdiyi inşaat meydançalarında monitorinqlər keçirilmişdir. Sorğular zamanı fəhlələrin məcburi əməyə məruz qalması halları müəyyən edilməmişdir.
Bundan əlavə, Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdəki nümayəndəliyindən və "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyindən inşaat şirkətlərində çalışan Çin, Türkiyə və Əfqanıstan vətəndaşlarının məcburi əməyə cəlb edilməsi ilə bağlı daxil olmuş ayrı-ayrı müraciətlər əsasında müvafiq araşdırmalar aparılmış və şikayəti doğuran səbəblərin əsasən şirkət tərəfindən əmək haqlarının gecikdirilməsi və ya tam ödənilməməsi, eləcə də digər əmək mübahisələri ilə əlaqədar olduğu müəyyən edilmişdir.
Vətəndaşların, o cümlədən uşaqların pambıq və tütünçülük təsərrüfatlarında məcburi əməyə cəlb edilməsinin qarşısının alınması məqsədilə respublikanın Saatlı, İmişli, Sabirabad, Salyan, Zərdab, Ucar, Yevlax, Bərdə, Kürdəmir, Zaqatala, Balakən və s. rayonlarında fəaliyyət göstərən hüquqi və fiziki şəxslərə məxsus pambıq və tütün təsərrüfatlarında monitorinqlər keçirilmiş və onların məcburi əməyə cəlb edilməsi halları aşkar olunmamışdır.
İnsan Alverinə Qarşı Qeyri-hökumət Təşkilatları Koalisiyası ilə qarşılıqlı əlaqədə maarifləndirmə tədbirlərinin icrası üzrə xüsusi proqram əsasında 66 şəhər və rayonda maarifləndirmə tədbirləri təşkil edilərək insan alverinin, məcburi əməyin doğurduğu təhlükələr, qurbanların müəyyən edilməsi, onlarla rəftar, qurbanların xüsusi polis qurumuna istiqamətləndirilməsi və s. mövzularda seminarlar keçirilmiş, "Qaynar xətt" telefon xidmətinin reklam çarxları, sənədli-detektiv film nümayiş etdirilmiş, Sığınacağın fəaliyyəti, qeyri-hökumət təşkilatlarının Koalisiyası haqqında ətraflı məlumat verilmişdir. Belə tədbirlər respublikanın 34 orta ixtisas təhsil müəssisəsi və kolleclərində, eləcə də internat məktəblərində də keçirilmiş, bu tədbirlərə 8 minə yaxın müəllim-tələbə heyəti cəlb edilmişdir.  
Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycanda dövlət ailə, qadın və uşaq siyasəti" istiqaməti üzrə dövlət icra orqanlarının vəzifəli şəxsləri üçün təşkil edilmiş qısamüddətli ixtisasartırma kursunda, eləcə də DİN-in A.N.Heydərov adına Sıravi və kiçik rəis heyəti hazırlayan məktəbdə və Daxili İşlər Nazirliyinin Polis Akademiyasında tədris planına insan alverinə dair mövzularla əlaqədar 32 akademik saat əlavə edilməklə ümumilikdə 500-dək müdavim və dinləyicilərə "İnsan alveri və onun aradan qaldırılması yolları", "İnsan alveri cinayətlərinin araşdırılmasının təşkilati və metodiki təminatı", "İnsan alverinin profilaktikası" və s. mövzularda mühazirələr oxunmuşdur. 
Beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələr çərçivəsində xüsusi polis qurumunun əməkdaşları xarici dövlətlərdə keçirilən konfrans, treninqlərdə və seminarlarda  iştirak etmiş, Türkiyə, Rusiya, Avstriya, İtaliya, Polşa, Ukrayna, Belarus, Moldova və Gürcüstanın müvafiq sahədə iş təcrübəsini öyrənmişlər.
Beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılmasının vacibliyi, eləcə də ölkəmizdə bu sahədə görülən işlərə əhəmiyyət verilməsi baxımından ayrı-ayrı vaxtlarda Beynəlxalq Miqrasiya Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının, ABŞ-ın Azərbaycandakı Səfiri, habelə Səfirliyinin müşavir və mütəxəssisləri, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü və BMT-nin "İnsan alverinə qarşı" Lider Qadınlar Komissiyasının rəhbəri, ATƏT-in ekspertləri, Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşlər keçirilmiş, müzakirələr və təcrübə mübadiləsi aparılmışdır. 
İnsan alverinin, qanunsuz miqrasiyanın mahiyyəti və onların doğurduğu təhlükələr barədə xarici ölkələrdə yaşayan Azərbaycan Respublikası vətəndaşlarının maarifləndirilməsi, habelə ölkəmizin diplomatik nümayəndəlik və konsulluqlarının aidiyyəti əməkdaşlarının bu sahədə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə 1.500 ədəd maarifləndirici vəsait və 50 ədəd "İnsan alverinə qarşı mübarizəyə dair normativ hüquqi aktlar" toplusu Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilmişdir. Bundan əlavə, sərhəd və gömrük keçid məntəqələrində də insan alverinə qarşı mübarizə ilə bağlı 4.000 ədəd maarifləndirici materiallar paylanmışdır.
Bu növ cinayətlərin profilaktikasında xüsusi əhəmiyyət kəsb edən kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunmuşdur. Görülən işlər, əldə olunan nəticələr respublikanın müxtəlif telekanallarında (Az.TV, İTV, Xəzər, Spase, ATV, ANS və s.), ayrı-ayrı informasiya agentliklərində (APA.az, Trend.az., SİA.az, Mərkəz.az, Seqa.az, Qafqazinfo.az, QHT xəbər.az və s.) və mətbuat səhifələrində ("Xalq", "Şərq", "Bakı xəbər", "Yeni Azərbaycan", "Olaylar", "Həftə içi" və s.) işıqlandırılmışdır. Bu növ cinayətlərin profilaktikasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından görülən işlər, əldə edilən nəticələr respublikanın 50-dən çox kütləvi informasiya vasitəsində işıqlandırılmış, eləcə də mütəmadi olaraq xüsusi polis qurumunun veb saytında yerləşdirilmişdir.
Bu dövrdə Daxili İşlər və Təhsil nazirliklərinin dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatının ölkəmizdə həyata keçirdiyi layihə çərçivəsində orta ümumtəhsil müəssisələrində müəllimlər üçün insan alveri ilə bağlı 19 min ədəd yaddaş kitabçası, şagirdlər üçün 81 min ədəd cib kartı, 42 min ədəd buklet və 5.750 ədəd plakat, habelə kiçik həcmli filmlərdən ibarət disklər hazırlanaraq məktəblərdə paylanılmışdır.
2011-ci ildə həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlər nəticəsində insan alveri ilə bağlı 69 fakt qeydə alınmış, 20 cinayətkar ifşa edilmişdir. Ötən dövrdə insan alveri qurbanı olan 29 nəfər müəyyən olunmuş, insan alveri ilə məşğul olan 5 cinayətkar qrup ifşa edilərək zərərsizləşdirilmişdir. Hesabat dövründə insan alveri cinayəti törətdiklərinə görə 3 nəfər İnterpol kanalları vasitəsilə tutularaq respublikaya ekstradisiya olunmuş, istintaq və məhkəmə orqanlarına təhvil verilmişdir.
Ötən il "Qaynar xətt" telefon xidmətinə 15.768, o cümlədən insan alveri (7), xarici ölkələrdə işə düzəlmə (1.680), təhsil (494), əcnəbilərlə nikahdan ortaya çıxan problemlər (284) və sair məsələlər ilə əlaqədar 13.303 zəng daxil olmuş və müvafiq tədbirlər görülmüşdür.
Bu müddətdə 18 insan alverinin qurbanı öz arzusu ilə təhlükəsiz Sığınacağa yerləşdirilmiş, onlara tibbi, psixoloci, sosial və hüquqi yardımlar göstərilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən insan alverindən zərər çəkmiş 28 nəfərə reinteqrasiya dövründə birdəfəlik müavinətlər verilmişdir. Həmin şəxslərdən 15 nəfəri işlə (satıcı, dərzi və s.) təmin edilmiş, 13-ü peşə kurslarına istiqamətləndirilmişdir. 
Milli Fəaliyyət Planının iştirakçısı olan Səhiyyə Nazirliyi tərəfindən 25 insan alveri qurbanına müxtəlif tibbi xidmətlər göstərilmişdir. 
Valideyn himayəsindən məhrum olmuş və küçə həyatına məruz qalan uşaqların müəyyən edilməsi, onların qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi ilə təmin edilmələri üçün də zəruri tədbirlər görülür. Bu qəbildən olan uşaqlardan 8-i şəxsiyyət vəsiqəsi, 8-i isə doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Hesabat dövründə uşaqların məcburi əməyə cəlb edilməsi ilə bağlı faktlar qeydə alınmamışdır. Bu dövrdə insan alverinin qurbanı və potensial qurbanı olan 48 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir.
İnsan alverinin qurbanı və potensial qurbanı olan 29 nəfər sosial reabilitasiya və cəmiyyətə reinteqrasiya olunmaları məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Yardım Mərkəzinə istiqamətləndirilmişdir.
2011-ci ilin müvafiq olaraq fevral, avqust və noyabr aylarında "Təmiz Dünya" İctimai Birliyi və DİN İnsan Alveri Qurbanlarına Kömək Fondunun birgə təşkilatçılığı ilə Muğam Teatrında, "Park Bulvar"da və "La Villa" restorannında  bir sıra qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, ATƏT-in Bakı ofisinin, ABŞ-ın ölkəmizdəki Səfirliyinin nümayəndələri, iş adamları, habelə millət vəkillərinin  iştirakı ilə xeyriyyə aksiyaları keçirilmiş, tədbirlərdən toplanılmış vəsait İnsan alveri qurbanlarına Kömək Fondunun bank hesabına köçürülmüşdür.
İnsan alverinin profilaktikası, qurbanların müdafiəsi, təbliğat və maarifləndirmə işlərinin effektivliyinin artırılması, ümumilikdə Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası, qarşıda duran mühüm vəzifələrdən olmaqla onların yerinə yetirilməsi Azərbaycan Respublikasının qanunlarına, Dövlət Başçısının fərman və sərəncamlarına, ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun davam etdirilir.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsi

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top