"Be faithful to that which exists within yourself."
Andre Gide

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

Daxili İşlər Naziri və nazir müavinləri tərəfindən vətəndaşların qəbulu

1. Nazir - Usubov  Ramil  İdris  oğlu. Hər ayın ikinci həftəsinin şənbə günü saat 11.00-da. Qəbula hər ayın birinci həftəsinin cümə günü saat 10.00-dan saat 17.00-dək yazılmaq olar.

2. Nazir müavini - Eyvazov Vilayət Süleyman oğlu. Hər ayın birinci və üçüncü həftəsinin çərşənbə axşamı günləri saat 17.00-da. Qəbula həmin günlər saat 10.00-dan saat 13.00-dək yazılmaq olar.

3. Nazir müavini - Zalov  Oruc  İbrahim  oğlu. Hər ayın birinci və üçüncü həftəsinin cümə günü saat 17.00-da. Qəbula həmin günlər saat 10.00-dan saat 13.00-dək yazılmaq olar.

4. Nazir müavini - Əliyev İsmət  Rəşid oğlu. Hər ayın ikinci və axırıncı həftəsinin çərşənbə günü saat 17.00-da. Qəbula hər ayın ikinci və axırıncı çərşənbə günü saat 10.00-dan saat 13.00-dək yazılmaq olar.

5. Nazir müavini, Daxili Qoşunların Komandanı - Məmmədov Şahin İskəndər oğlu. Hər ayın birinci və üçüncü həftələrinin cümə axşamı günü saat  16.00-dan 18.00-dək. Qəbula həmin günlər saat 10.00-dan saat 13.00-dək yazılmaq olar. 


Müvafiq baş idarə və idarə rəisləri tərəfindən vətəndaşların qəbulu

Baş İstintaq və Təhqiqat İdarəsi. Rəis Mehrəliyev Sərvər Həşdər oğlu. Hər həftənin şənbə günləri saat 15.00-dan 18.00-dək.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi. Rəis Əzimov Seyfulla Səttar oğlu. Hər həftənin çərşənbə axşamı günü saat 16.00-dan 18.00-dək.

Baş Cinayət Axtarış İdarəsi. Rəis Şəkinski Emin Əkrəm oğlu. Hər həftənin çərşənbə axşamı və cümə günləri saat 15.00-dan 18.00-dək.

Baş Narkotiklərlə Mübarizə İdarəsi. Rəis Aslanov Həzi Arif oğlu. Hər həftənin çərşənbə axşamı və cümə günləri saat 16.00-dan 18.00-dək

Baş İctimai Təhlükəsizlik İdarəsi. Rəis Məmmədov Cavanşir Qəhrəman oğlu.Hər həftənin çərşənbə günü saat 17.00-dan 19.00-dək

Daxili Qoşunların Baş İdarəsi. Daxili Qoşunlar Komandanının 1-ci müavini, Qərargah rəisi - Xəlilov Şirin Heydər oğlu. Hər həftənin bazar ertəsi günləri saat 16.00-dan 18-dək

Nəqliyyatda Baş Polis İdarəsi. Hər həftənin şənbə günü saat 16.00-dan 18.00-dək

Baş Dövlət Yol Polisi İdarəsi. Rəis Zeynalov Ramiz Məhəmmədəli oğlu. Hər həftənin cümə günü saat 15.00-dan 17.00-dək

Baş Mühafizə İdarəsi. Rəis Əliyev Yaşar Ədilxan oğlu. Hər həftənin çərşənbə və şənbə günləri saat 14.00-dan 16.00-dək

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi. Rəis Əliyev Ərziman Mikayıl oğlu. Hər həftənin çərşənbə axşamı günü saat 16.00-dan 18.00-dək

Baş Kadrlar İdarəsi. Rəis Abbasov Rafiq Qoşunəli oğlu . Hər həftənin çərşənbə axşamı günü saat 18.00-dan 20.00-dək

Daxili Təhqiqatlar İdarəsi. Rəis Mirzəyev Sahib Cabbar oğlu: Hər həftənin cümə günü saat 11.00-dan 13.00-dək

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu. Rəis Təhməzov Mehman Vəli oğlu: Hər həftənin şənbə günü saat 11.00-dan 13.00-dək

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top