I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

Əsrlər boyu xalqımız böyük tarixi yol keçibdir.
Tariximizin hər səhifəsi bizim üçün əzizdir.
Şübhəsiz ki, tariximizin parlaq səhifələri də,
qaranlıq səhifələri də var, faciəli səhifələri də var

Heydər Əliyev



Azərbaycan ədliyyəsinin zəngin və keşməkeşli tarixini öyrənmək, bu orqanın ədalət mühakiməsinin həyata keçirilməsində, insanların hüquq və qanuni mənafelərinin qorunması sahəsində müsbət fəaliyyətini indiki və gələcək nəsillərə çatdırmaq, ədliyyə orqanlarının yaxşı ənənələrini qoruyub saxlamaqla bu işdə varisliyi təmin etmək, kadrları, xüsusilə kadrların gənc nəslini bu orqanın qabaqcıl ənənələri ruhunda tərbiyə etmək, ədliyyə fəaliyyətinin ictimaiyyət arasında təbliğini genişləndirmək məqsədilə Azərbaycan ədliyyəsinin tarixi Muzeyinin yaradılması haqqında 16 avqust 2001-ci il tarixdə Nazirlik üzrə əmr imzalanmışdır. Həmin əsrə əsasən ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə təşkil olunmuş xüsusi Komissiya tərəfindən qısa müddətdə tarixi araşdırmalar aparılaraq, müxtəlif sənəd və digər əşyalardan ibarət zəngin muzey fondu 

toplanılmış, 2001-ci il noyabrın 22-də - Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən təsis edilmiş ədliyyə işçilərinin peşə bayramı günündə muzeyin təntənəli açılışı olmuşdur.

İki zalda yerləşməklə, 20 bölmədən ibarət olan Muzeyin ilk ekspozisiyasında dünya məhkəmə tarixinin ibtidai icma quruluşundan bu günkü beynəlxalq məhkəmələrə qədər keçdiyi yol və s. barədə yığcam məlumatlar verilir.

Muzeyin 2-ci bölməsi qədim Azərbaycanın hüquq tarixinə həsr edilmişdir. Bölmədə bəşəriyyətin ən qədim kitablarından biri olan Avesta, həmçinin Azərbaycanın qədim xalq eposu Kitabi-Dədə Qorqud, dünya, eləcə də Azərbaycan hüquq tarixində mühüm rol oynamış müsəlman hüququnun əsas mənbəyi sayılan müqəddəs Qurani-Kərim haqqında məlumatlar əksini tapıb. Burada, həmçinin öz əsərlərində ədalət və qanunların cəmiyyətdəki rolu barədə dahi Azərbaycan şairləri Nizami, Füzuli, Nəsimi və başqa mütəfəkkirlərin fikirlərindən bəhs edilir. XV-XVIII əsrlərdə fəaliyyət göstərmiş Divanxana (Dövlət Şurası) və həmin dövrlərə aid ədalət mühakiməsi ilə bağlı digər məsələlər haqqında tarixi məlumatlar bu bölmədə cəmləşmişdir.

Muzeyin 3-cü bölməsi Azərbaycanın çar Rusiyası tərəfindən işğalından sonrakı dövrün (XIX əsrin əvvəllərindən 1917-ci ilədək) ədliyyə, məhkəmə və hüquq tarixinə həsr edilmişdir.

Çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycanın ədliyyə tarixinin ən şərəfli dövrü 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Bu dövr muzeyin 4-cü və 5-ci bölmələrində əks olunmuşdur.

Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuş və nazirlik indiki Səadət Sarayının binasında yerləşmişdir (üzlükdə).

Məhz həmin hadisələr haqqında məlumatlar və həmçinin, Nazirlər Şurasının 22 noyabr 1918-ci ildə qəbul etdiyi Nazirliyin Əsasnaməsi, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı sənədlər, fotoşəkillər və s. muzeyin bu bölmələrinin ekspozisiyasının əsas hissəsini təşkil edir.

S.Şaumyan başda olmaqla, daşnak silahlı birləşmələrinin və erməni quldur dəstələrinin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda və başqa regionlarda xalqımıza qarşı törətdikləri və 50 mindən artıq azərbaycanlının ölümünə səbəb olan milli qırğına dair sənədlər həmin dövrdə baş verən hadisələr barədə düzgün təsəvvür yaratmağa imkan verir.

Muzeyin 6-7-ci bölmələrndə 1920-ci il aprelin 27-28-də bolşevik Rusiyasının suveren Azərbaycan Respublikasının ərazisini işğal etməsi, Azərbaycan xalqının müstəqilliyinə son qoyması və Azərbaycan SSR Xalq Ədliyyə Komissarlığının 1920-30-cu illərdəki fəaliyyəti ilə bağlı sənədlər və eksponatlar yerləşdirilmişdir.

Azərbaycanda siyasi repressiyaları özündə əks etdirən məlumat və sənədlər muzeyin növbəti - 8-ci bölməsinin ekspozisiyasını təşkil edir. Burada göstərilir ki, həmin illərdə Azərbaycanda minlərlə insan, o cümlədən, Azərbaycanın görkəmli ictimai-siyasi xadimləri, həmçinin ədliyyə işçiləri məhv edilmiş, ölüm düşərgələrinə salınaraq, siyasi repressiyalara məruz qalmışdır.

İkinci dünya müharibəsi illərində Azərbaycan ədliyyəsi tarixi və Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın 1948-53-cü illərdə öz doğma yerlərindən deportasiya edilməsi, 1930-1940-cı illərin hüquq-mühafizə orqanları işçilərinin xidməti kabinetinin maketi, Azərbaycan ədliyyəsinin Böyük Vətən müharibəsindən sonrakı dövr (1945-1959-cu illər) tarixi barədə materiallar müvafiq olaraq 9-12-ci bölmələrdə yerləşdirilmişdir.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1959-cu il tarixli qərarı ilə Ədliyyə Nazirliyi növbəti dəfə ləğv edildikdən sonra Nazirliyin yenidən yaradılması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da Azərbaycanın ədliyyə tarixində yeni mərhələ başlanmışdır. Bununla bağlı sənədlər və s. materiallar muzeyin 13-cü bölməsinin ekspozisiyasını təşkil edir.

Azərbaycan xalqının milli azadlıq hərəkatında qanlı iz qoymuş 20 Yanvar faciəsi ilə bağlı materialların öz əksini tapdığı 14-cü bölmədəki ekspozisiyadan bir daha məlum olur ki, Sovet imperiyasının rəhbərləri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeritmiş, beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, xalqımıza qarşı ağır cinayətlər törətmişlər.

1987-ci ilin sonlarından başlayaraq, süni surətdə ortaya atılmış Dağlıq Qarabağ probleminin meydana çıxmasının əsl səbəbləri və kökləri barədə düzgün təsəvvür yaradan 15-ci bölmədəki materiallarda ölkə ərazisinin beşdə birinin Ermənistan tərəfindən işğal edilməsi nəticəsində Azərbaycanda 20 min nəfərdən artıq vətəndaşımızın həlak olması, ölkəmizə əvəzsiz mənəvi və təqribən 60 milyard ABŞ dolları məbləğində maddi ziyan dəyməsi barədə ətraflı məlumat verilir.

1988-ci ildən başlayaraq, Dağlıq Qarabağdan, o cümlədən Ermənistandan zorla qovulmuş soydaşlarımızın qarşılaşdıqları dözülməz vəziyyət və həmin dövrün hadisələrini əks etdirən materiallar muzeyin 15-ci bölməsində nümayiş etdirilir.

Muzeyin mərkəzi bölmələri (16, 17, 18-ci bölmələr) ümummilli lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda hakimiyyətə ikinci qayıdışından sonrakı dövrü əhatə edən çoxşaxəli fəaliyyətinə həsr olunmuşdur. Bu bölmələrdə təqdim olunan 1994-cü il (oktyabr) və 1995-ci il (mart) dövlət çevrilişi cəhdlərinin dəf edilməsində, yeni Konstitusiyanın qəbulunda, eləcə də ölkəmizin Avropa Şurasına qəbul olunmasında, dövlətimizin beynəlxalq nüfuzunun yüksəldilməsində ölkə başçısının titanik fəaliyyəti, həmçinin Azərbaycan dövlət müstəqilliyinin 10-cu ildönümü, ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə 9-10 noyabr 2001-ci il tarixdə Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı, Qurultayın İnsan hüquqları və beynəlxalq münasibətlər Komissiyasının ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Nazirlikdə keçirilmiş iclası ilə bağlı sənədlər, fotoşəkillər və digər materiallar muzeyin ekspozisiyasında xüsusi yer tutur. Məhz bu tarixi Qurultayın iştirakçıları muzeylə tanış olan ilk şəxslər olmuşlar.

Muzeyin növbəti - 19-cu bölməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin bugünkü fəaliyyətinə, ölkədə aparılan hüquqi islahatların tərkib hissəsi olan məhkəmə-hüquq islahatlarına həsr edilmişdir.

Həmçinin, burada ədliyyə nazirinin başçılığı ilə ədliyyənin beynəlxalq münasibətlərinin genişləndirilməsini, rəhbərliyin mühüm xarici səfərləri və mötəbər beynəlxalq tədbirlərdə iştirakı, xüsusən də ədliyyə nazirinin BMT-nin Cinayatkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 11-ci Konqresinin birinci Vitse-Prezidenti seçilməsi, eləcə də keçirdiyi görüşləri, Nazirliyin son illər xeyli genişlənən ikitərəfli əlaqələri, o cümlədən Türkiyə, Niderland, Fransa, İtaliya, Rusiya, Ukrayna, Litva, İran və başqa dövlətlərlə qarşılıqlı hüquqi əməkdaşlığını əks etdirən, Nazirlikdə və tabe qurumlarda görülən işlər, Nazirliyin idman şərəfini qoruyan idmançılarımızın uğurları və habelə hüquq siyasətinin həyata keçirilməsində aparıcı rol oynayan Ədliyyə Nazirliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı materiallar nümayiş etdirilir.

Azərbaycanın 1918-ci ildən başlayaraq bütün ədliyyə nazirlərinin və xalq ədliyyə komissarlarının siyahısı da xüsusi lövhədə xronoloji ardıcıllıqla muzeyin sonuncu - 20-ci bölməsində öz əksini tapmışdır.

Ədliyyə tarixi Nazirliyin Hüquq-Tədris Mərkəzində təşkil edilən kurslarda ayrıca mövzu kimi tədris olunur və dinləyicilər kurs çərçivəsində muzeylə tanış olurlar.

Muzeylə tanış olan qonaqlar, o cümlədən Türkiyə, Avstriya, İtaliya, Litva, Ukrayna ədliyyə nazirləri; digər dövlətlərin hökumət üzvləri, Tailandın və Çinin Baş prokurorları; Avstriyanın Ali Məhkəməsinin sədri, İNTERPOLUN Baş Katibi, BMT-nin İnsan hüquqları üzrə Komissarının müavini və yüksək səviyyəli rəsmiləri, Avropa Şurasının Baş Katibi, İnsan hüquqları üzrə Avropa Məhkəməsinin sədri, İnsan hüquqları üzrə Avropa Komissarı, ATƏT-in İnsan hüquqları və demokratik təsisatlar bürosunun direktoru, bir çox digər nüfuzlu beynəlxalqtəşkilatların yüksək səviyyəli nümayəndələri və xarici dövlətlərin görkəmli siyasi xadimləri xatirə kitabında ürək sözlərini yazaraq Azərbaycan ədliyyəsinin zəngin tarixi olduğunu vurğulamış, qısa müddət ərzində uğurlu hüquqi islahatların aparılması, həmçinin demokratiyanın inkişafı, insan hüquqlarının təminatı və məhkəmə sisteminin müasirləşdirilməsi sahələrində böyük nailiyyətlərin əldə olunduğunu qeyd etmişlər.

Ümumiyyətlə, muzeyin ekspozisiyası 700-dən çox müxtəlif sənəd, əşya, maket, poçt markası, orden-medal, odlu silah və digər materiallar, o cümlədən, 340 fotoşəkildən ibarətdir.

Muzey üçün tarixi və elmi əhəmiyyət kəsb edən sənəd və digər materialların toplanması işi hazırda da davam etdirilir. Bu işdə ədliyyə və məhkəmə orqanlarının bütün əməkdaşlarının, həmçinin ədliyyə veteranlarının yaxından köməyi xüsusilə vurğulanmalıdır.

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top