I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

Azərbaycan Respublikasında iqtisadiyyatın idarəetmə strukturunu təkmilləşdirmək, dövlət maliyyə intizamını gücləndirmək, dövlət büdcəsinə daxilolmaların yığılmasının səmərəliliyini daha da artırmaq məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1 Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını tə`min edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti 15 gün müddətində: Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında əsasnaməni hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Vergilər Nazirliyinin xərclər smetasını təsdiq etsin; bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti 
Heydər ƏLİYEV


Bakı şəhəri, 11 fevral 2000-ci il.
N 281

 

 

Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 12 iyun 2001-ci il.

№– 141-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (24 iyul 2001-ci il, №– 165).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2001-ci il, №– 7, maddə 443).

23 may 2006-cı il tarixli, 116-IIIQD nömrəli10 oktyabr 2006-cı il tarixli, 159-IIIQD nömrəli28 noyabr 2006-cı il tarixli, 178-IIIQD nömrəli22 dekabr 2006-ci il tarixli, 211-IIIQD nömrəli1 may 2007-ci il tarixli, 323-IIIQD nömrəli16 iyun 2007-ci il tarixli, 389-IIIQD nömrəli19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli1 fevral 2008-ci il tarixli, 538-IIIQD nömrəli1 aprel 2008-ci il tarixli, 581-IIIQD nömrəli28 aprel 2009-cu il tarixli, 807-IIIQD nömrəli1 fevral 2010-cu il tarixli, 951-IIIQD nömrəli11 may 2010-cu il tarixli, 1010-IIIQD nömrəli; 29 dekabr 2015-ci il tarixli Qanunlara əsasən dəyişikliklərlə.


Azərbaycan Respublikasının
12 iyun 2001-ci il tarixli
141-IIQ saylı Qanunu ilə
təsdiq edilmişdir

 

DÖVLƏT VERGİ ORQANLARINDA XİDMƏT HAQQINDA
Ə S A S N A M Ə

Bu Əsasnamə Azərbaycan Respublikasının Dövlət vergi orqanlarında (bundan sonra «vergi orqanları» adlanacaq) xidmətin qaydalarını və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.

I fəsil

ÜMUMİ MÜDDƏALAR

1. Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının (bundan sonra «vətəndaşlar» adlanacaq) dövlət qulluğunun xüsusi növüdür.

2. Vergi orqanlarında xidmət haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunundan, bu Əsasnamədən və vergi orqanlarında xidmətin qaydalarını tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir.

3. Vergi orqanları öz səlahiyyətləri çərçivəsində hüquq mühafizə orqanlarının səlahiyyətlərini həyata keçirirlər.

4. Bu Əsasnamədə vergi orqanlarının vəzifəli şəxsləri dedikdə vahid sistem təşkil edən Azərbaycan Respublikasının vergi orqanlarında vəzifəli tutan və bu Əsasnamədə nəzərdə tutulmuş qaydada xüsusi rütbələr verilmiş vətəndaşlar başa düşülür.

5. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələrinə uyğun olaraq xüsusi geyim forması və fərqlənmə nişanları müəyyən edilir.

Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanı geyim formasının və fərqlənmə nişanlarının nümunəsini, onların təchizat normasını və istifadə müddətlərini müəyyən edir. Xüsusi geyim forması pulsuz verilir.

6. Vergi orqanlarının vəzifəli şəxslərinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunə əsasında xidməti vəsiqələr verilir.

 

II fəsil

VERGİ ORQANLARINDA XİDMƏTƏ QƏBUL

7. İrqindən, milliyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dini mənsubiyyətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikası vətəndaşlarının vergi orqanlarında xidmət etmək hüququ vardır.

8. Vergi orqanlarına xidmətə qəbul «Dövlət qulluğu haqqında» Qanunla və bu Əsasnaməyə uyğun olaraq aparılır.

Bir qayda olaraq vergi orqanlarında xidmətə ali təhsil olan, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada yaşı 35-i keçməmiş vətəndaşlar qəbul edilirlər.

9. Vətəndaş aşağıdakı hallarda vergi orqanlarında xidmətə qəbul oluna bilməz:

1) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyəti və ya fəaliyyəti olmayan hesab edildikdə;

2) üzərindən məhkumluğu götürülmədikdə və ya ödənilmədikdə.

Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna ol-maqla) çağırış yaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nə-zərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

10. Vergi orqanlarının vəzifəli şəxslərinin:

1) vergi məsələləri üzrə üçüncü şəxslərin müvəkkili olmağa;

2) vergi işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə ilə yerinə yetirməyə;

3) təsərrüfat subyektlərinin idarə edilməsində bilavasitə və ya nümayəndə vasitəsilə iştirak etməyə;

4) tətillərdə və dövlət orqanlarının işin pozan digər hərəkətlərdə iştirak etməyə;

5) sahibkarlıq fəaliyyəti ilə (o cümlədən vasitəçilərin köməyi ilə) məşğul olmağa, üçüncü şəxslərə qanunvericilikdə nəzərdə tutulmayan hər hansı bir yardım göstərməyə və bunun müqabilində haqq almağa, imtiyazlar və xidmətlər əldə etməyə, əvəzçilik qaydasında istənilən haqqı ödənilən işi görməyə (elmi-pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa) ixtiyarı yoxdur.

11. Vergi orqanlarına xidmətə qəbul edilən şəxslər üçün, onların peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə 3 aya qədər sınaq müddəti müəyyən edilə bilər.

12. Sınaq müddəti vergi orqanının vəzifəli şəxsinin vergi orqanlarındakı xidmət stajına daxil edilir, xidmət illərinə görə əlavələrin ödənişində və pensiya təyin olunarkən nəzərə alınır.

Sınaq müddəti dövründə sınağın nəticəsi qənaətedici olmadıqda vergi orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnaməyə uyğun olaraq xitam verilir.

13. Vergi orqanlarında xidmətə qəbul zamanı baş rəis heyəti vəzifələrinə və ondan yuxarı vəzifələrə təyin olunanlara, habelə elmi dərəcəsi olan şəxslərə sınaq müddəti müəyyən edilmir.

14. Vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması, habelə vergi orqanları üçün mütəxəssislərin hazırlanması müvafiq icra hakimiyyəti orqanının tədris mərkəzində, Azərbaycan Respublikasının digər təhsil müəssisələrində habelə xarici dövlətlərin təhsil müəssisələrində müqavilə əsasında həyata keçirilə bilər.

 

III fəsil

VERGİ ORQANLARI VƏZİFƏLİ ŞƏXSLƏRİNİN XÜSUSİ RÜTBƏLƏRİ VƏ ONLARIN VERİLMƏ QAYDALARI

15. Vergi orqanlarının vəzifəli şəxslərinə tutduqları vəzifəsinə, ixtisasına və iş stajına görə xüsusi rütbələr verilir.

Vergi orqanlarının vəzifəli şəxslərinə verilən xüsusi rətbələr ilkin və növbəti rütbələrə bölünürlər.

16. Vergi orqanlarına xidmətə qəbul olunan vətəndaşlara və vergi orqanlarının vəzifəli şəxslərinə aşağıdakı göstərilən xüsusi rütbələr verilir (bundan sonra «xüsusi rütbə» adlanacaq):

1) 3-cü dərəcəli müfəttiş;

2) 2-ci dərəcəli müfəttiş;

3) 1-ci dərəcəli müfəttiş;

4) kiçik vergi xidməti müşaviri;

5) vergi xidməti müşaviri;

6) baş vergi xidməti müşaviri;

7) 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri;

8) 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri;

9) 1-ci dərəcəli dövlətə vergi xidməti müşaviri;

10) Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanlarının vəzifəli şəxslərinə 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş, 1-ci dərəcəli müfəttiş, kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri, baş vergi xidməti müşaviri və 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbələri əvəzinə müvafiq olaraq 3-cü dərəcəli hüquqşünas, 2-ci dərəcəli hüquqşünas, 1-ci dərəcəli hüquqşünas, kiçik ədliyyə müşaviri, ədliyyə müşaviri, baş ədliyyə müşaviri və 3-cü dərəcəli dövlət ədliyyə müşaviri xüsusi rütbələri verilir.

17. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanlarının vəzifəli şəxslərinə verilən xüsusi rütbələr Azərbaycan Respublikası məhkəmə və müvafiq icra hakimiyyəti orqanları  əməkdaşlarına qanunvericiliklə verilən xüsusi rütbələrə və ixtisas dərəcələrinə bərabər tutulur.

18. Vergi orqanlarının vəzifəli şəxslərinin tutduqları vəzifələr və bu vəzifələrə müvafiq xüsusi rütbələr aşağıdakılara bölünür:

1) kiçik rəis heyəti 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş, 1-ci dərəcəli müfəttiş;

2) baş rəis heyəti kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri və baş vergi xidməti müşaviri;

3) ali rəis heyəti: 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri və Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri.

19. Ali rəis heyətinə rütbələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Vergi orqanlarının kiçik və baş rəis heyəti üçün nəzərdə tutulan xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

20. Vergi orqanlarında bu Əsasnamənin qüvvəyə mindiyi günə kimi xidmət edən vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrin verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

21. Vergi orqanlarının vəzifəli şəxsinə növbəti xüsusi rütbə o, ştat üzrə tutdüğu vəzifəyə görə nəzərdə tutulmuş rütbəyə uyğun olduqda və əvvəlki xüsusi rütbədə müəyyən edilmiş xidmət illəri bitdikdə verilir.

22. Vergi orqanlarının vəzifəli şəxsləri üçün rütbələrdə xidmət illəri aşağıdakı kimi müəyyən edilir:

3-cü dərəcəli müfəttiş – 2 il;

2-ci dərəcəli müfəttiş – 2 il;

1-ci dərəcəli müfəttiş – 3 il;

kiçik vergi xidməti müşaviri – 3 il;

vergi xidməti müşaviri – 4 il.

Baş vergi xidməti müşaviri və daha yüksək rütbələr üçün xüsusi rütbələrdə xidmət illəri müəyyən edilmir.

23. Xüsusi şəxsi xidmətlərinə görə vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə ona vermiş xüsusi rütbə üçün müəyyən olunmuş xidmət illərinin yarısı keçdikdən sonra, bu tutduğu vəzifəyə görə ştat üzrə nəzərdə tutulmuş xüsusi rütbədən bir pillə yüksək olmamaq şərti ilə vaxtından əvvəl verilə bilər.

Növbəti xüsusi rütbənin vaxtından əvvəl və vergi orqanının vəzifəli şəxsinin tutduğu vəzifə üçün nəzərdə tutulan xüsusi rütbüdən bir pillə yuxarı verilməsinə vergi orqanlarında xidmət müddətində yalnız 2 dəfə yol verilə bilər.

24. Vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbədə xidmət illəri onlara bu rütbənin verildiyi gündən başlayaraq hesablanır.

25. 3-cü dərəcəli müfəttiş, 2-ci dərəcəli müfəttiş və 1-ci dərəcəli müfəttiş, kiçik vergi xidməti müşaviri, vergi xidməti müşaviri və baş vergi xidməti müşaviri xüsusi rütbələri olan vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi rütbələri, onlar xidməti vəzifələrini yerinə yetirərkən xidməti intizam qaydalarını pozduqlarına görə aşağı salına bilər.

26. Vergi orqanlarının vəzifəli şəxslərinin bu Əsasnamənin 46-cı maddəsinə uyğun olaraq intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə xidmət müddəti, bərpa olunmuş xüsusi rütbədə xidmət illərinə əlavə edilmir.

27. Xarici rütbəsi aşağı salınmış vergi orqanının vəzifəli şəxsinin attestasiyasının nəticələri müsbət olduqda o, ştat üzrə tütduğu vəzifədən asılı olmayaraq öz əvvəlki xüsusi rütbəsinə bərpa olunur.

28. İntizam tənbehi tətbiq edilmiş vergi orqanının vəzifəli şəxsinə növbəti xüsusi rütbə, həmin şəxsin üzərindən intizam tənbehi götürülənədək verilmir.

29. Vergi orqanlarının vəzifəli şəxsləri, habelə istefada olan şəxslər ancaq məhkəmənin qərarı ilə xüsusi rütbədən məhrum edilə bilərlər.

30. Vergi orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

31. Vergi orqanlarının kiçik və baş rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rətbələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

 

IV fəsil

VERGİ ORQANLARI VƏZİFƏLƏRİ ŞƏXSLƏRİNİN HÜQUQLARI VƏ VƏZİFƏLƏRİ

32. Vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrinə, digər normativ hüquqi aktlarına, habelə bu Əsasnaməyə uyğun olaraq öz səlahiyyətləri daxilində vəzifələr yerinə yetirir və müəyyən hüquqlardan istifadə edirlər.

33. Vergi orqanının vəzifəli şəxsinin aşağıdakı hüquqları vardır:

vergi orqanında tutduğu vəzifəyə dair hüquq və vəzifələrini müəyyən edən sənədlərlə tanış olmaq;

müəyyən edilmiş qaydada xidməti vəzifələrini yerinə yetirmək üçün zəruri olan məlumat və sənədlər almaq:

xidməti vəzifələrinə uyğun olaraq qərarlar qəbul etmək və ya onların hazırlanmasında iştirak etmək;

xidmət illərinə görə, xidmətin nəticələr və ixtisasının səviyyəsi nəzərə alınmaqla, əmək haqqının artırılmasına və vergi orqanlarında xidməti yüksəlişə;

şəxsi işində olan materiallarla tanış olmaq və zəruri hallarda özü haqqında olan dəyişikliklərlə bağlı şəxsi işinə əlavələr etmək;

maddi həvəsləndirmə və inkişaf fondunun vəsaitləri hesabına öz ixtisasını artırmaq və təkmilləşdirmək;

xidmət illəri nəzərə alınmaqla pensiya təminatına;

şərəf və ləyaqətini alçaldan məlumatların təkzib edilməsi üçün xidməti araşdırmaların aparılmasını tələb etmək;

həmkarlar iqttifaqlarında birləşmək;

vergi orqanlarının vəzifəli şəxslərinin iclaslarında iştirak etmək;

müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələrxidməti silah tətbiq etmək.

Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı vergi orqanlarında istifadə olunan xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatların siyahısını müəyyən edir.

Vergi orqanlarının vəzifəli şəxslərinin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hüquqları da vardır.

34. Vergi orqanının vəzifəli şəxsi aşağıdakıları etməyə borcludur:

Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ aktlarına riayət etmək;

fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etmək;

vergi orqanlarının rəislərinin səlahiyyətləri çərçivəsində verdikləri əmr və sərəncamları yerinə yetirmək;

xidməti vəzifələri hüdudlarında fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxmaq;

vergi orqanlarında müəyyən edilən daxil intizam və xidməti informasiya və rəftar qaydalarını gözləmək, vəzifə təminatlarını yerinə yetirmək;

dövlət sirrini və qanunla müəyyən edilmiş digər sirrləri qorumaq, xidməti vəzifələrini yerinə yetirərkən ona məlum olmuş məlumatları açıqlamamaq.

35. Vergi orqanının vəzifəli şəxsinin tutduğu vəzifəyə dair vəzifə borcları vəzifə təlimatları ilə müəyyən edilir.

36. Vergi orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən dövlət nümayəndəsi kimi təmsil olunur və dövlətin mühafizəsi altında olurlar. Qanunla səlahiyyət verilmiş müvafiq orqanlar və vəzifəli şəxslər istisna olmaqla, onların fəaliyyətinə heç kəsin müdaxilə etmək hüququ yoxdur.

37. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə təyin olunması zamanı onların öz əsas ixtisası, yaxud ona yaxın olan ixtisas sahəsi üzrə yenidən hazırlığı aparıla bilər.

38. Təşkilati-ştat təbdirlərinin həyata keçirilməsi ilə əlaqədar vəzifədən azad olunmuş vergi orqanının vəzifəli şəxsi 3 ay müddətinə, əmək haqqı saxlanılmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həmin orqanın sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə uzadıla bilər. Bu müddətdə vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, əsas və əlavə məzuniyyətlərdə olduğu müraciət daxil edilmir.

39. Vergi orqanının vəzifəli şəxsinin həmin vergi orqanında və ya digər yerə xidmətə keçirilməsinə vergi orqanının vəzifəli şəxsinin razılığı ilə yol verilir.

40. Vergi orqanlarının vəzifəli şəxsləri xidmət üzrə aşağıdakı hallarda başqa işə keçirilirlər:

vəzifəli şəxsin yüksək vəzifəyə keçirilməsi;

vəzifəli şəxsdən daha məqsədyönlü istifadə edilməsi ilə;

vəzifəli şəxsin sağlamlığa və ya yaş həddi nəzərə alınmaqla digər vəzifəyə keçirilməsi.

41. Xidməti vəzifə ilə bağlı barəsində cinayət işi qaldıran, habelə xidməti vəzifələrini yerinə yetirərkən kobud pozuntulara yol verən vergi orqanının vəzifəli şəxsləri istintaq və ya xidməti araşdırma başa çatana qədər tutduğu vəzifələrdən müvəqqəti olaraq kənar edilə bilərlər. Həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifələrinə qaytarıldıqda onlara işdən kənarlaşdırılıldıqları müddət ərzində verilməmiş əmək haqqı ödənilir.

42. Vergi orqanlarının vəzifəli şəxsləri digər hüquqi-mühafizə orqanların xidmətə keçirilərkən onların vergi orqanlarında xidmət illəri göstərilən orqanlarda xidmət illərinə daxil edilir.

Digər hüquq-muhafizə orqanlarından vergi orqanlarına xidmətə qəbul edilmiş vəzifəli şəxslərin həmin orqanlarda xidmət illəri vergi orqanlarında xidmət illərinə daxil edilir.

 

V fəsil

XİDMƏTİ İNTİZAM VƏ HƏVƏSLƏNDİRMƏ

43. Vergi orqanlarının vəzifəli şəxsləri öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təminatlarına, habelə müvafiq icra hakimiyyəti orqanının və bilavasitə tabe olduqları rəislərin əmr və göstərişlərinə əməl edirlər.

44. Vergi orqanlarının nümunəvi daxili intizam qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

45. Xidmətdə yüksək müvəffəqiyyətlərə, uzun müddət qüsursuz xidmətə görə vergi orqanlarının vəzifəli şəxslərinə aşağıdakı həvəsləndirmə tədbirləri görülür:

1) təşəkkür elan edilməsi;

2) fərdi qaydada mükafatlandırılması;

3) müvafiq icra hakimiyyəti orqanının fəxri fərmanı ilə təltif edilməsi;

4) növbəti xüsusi rütbənin vaxtından əvvəl verilməsi;

5) növbəti xüsusi rütbənin tutduğu vəzifə üçün nəzərdə tutulandan bir pillə yuxarı verilməsi;

6) tətbiq edilmiş intizam tənbehinin vaxtından əvvəl ləğv edilməsi.

45-1. Vergi orqanlarının vəzifəli şəxsləri xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim oluna bilərlər.

46. Vergi orqanının vəzifəli şəxsi xidməti intizam qaydalarını pozduqda ona aşağıdakı intizam tənbehlərindən biri tətbiq edilə bilər:

1) töhmət;

2) sonuncu xəbərdarlıqla şiddətli töhmət;

3) 6 ay müddətinə aşağı vəzifəyə keçirmə;

4) xüsusi rütbəni bir pillə aşağı salma;

5) vergi orqanlarında xidmətinə xitam verilmə.

46-1. Vergi orqanının vəzifəli şəxsi “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. 

47. İntizam tənbehinin qüvvədə olduğu müddətdə vergi orqanlarının vəzifəli şəxslərinə bu Əsasnamənin 45-ci maddəsində nəzərdə tutulan (6-cı bənd istisna olmaqla) həvəsləndirmə tədbirləri tətbiq edilə bilməz.

48. İntizam tənbehi verilərkən vergi orqanının vəzifəli şəxsinin əvvəlki peşəkarlıq səviyyəsi və xidmətə münasibəti, törətdiyi xətanın ağırlığı və xarakteri, xətanın törətdiyi zaman mövcud olmuş hallar nəzərə alınmalıdır. İntizam tənbehi verilməmişdən əvvəl, vergi orqanının vəzifəli şəxsindən yazılı izahatın verilməsi tələb edilməlidir. Zəruri hallarda izahatda göstərilən məlumatların yoxlanılması həyata keçirilir və bu yoxlamanın nəticəsindən asılı olaraq qərar qəbul edilir.

Vergi orqanının vəzifəli şəxsinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

49. İntizam tənbehi, intizam tənbehini tətbiq etməyə səlahiyyəti olan vergi orqanının müvafiq vəzifəli şəxsinə xidməti intizam pozulduğu məlum olduğu andan 20 gün müddətində, xidməti araşdırmanın aparılması, cinayət işi və ya inzibati xəta haqqında işin qaldırılması hallarında isə müvafiq olaraq araşdırmanın qurtardığı, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən inzibati və ya cinayət işinə baxılması və onun barəsində son qərar qəbul edilməsi günündən etibarən bir ay müddətində tətbiq edilə bilər.

50. İntizam tənbehi, intizam xətası törətmiş vergi orqanının vəzifəli şəxsinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt, habelə törədilmiş xətadan 6 ay, müvafiq təftiş və ya yoxlamanın nəticələrinə görə isə onun törədildiyi gündən 2 ildən artıq vaxt keçdikdən sonra tətbiq edilə bilməz. Vergi orqanının vəzifəli şəxsinin məzuniyyətdə, ezamiyyətdə və xəstə olduğu vaxt, habelə cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraat vaxtı bu müddətə daxil edilmir.

51. Vergi orqanının vəzifəli şəxsinə verilmiş intizam tənbehi tətbiq olunmamışsa, onun üzərindən götürülür və o, tənbeh almamış hesab olunur.

52. İntizam tənbehi tətbiq edilmiş vergi orqanlarının vəzifəli şəxsləri müvafiq icra hakimiyyəti orqanına, habelə məhkəməyə şikayət etmək hüququna malikdirlər.

53. Həvəsləndirmə və intizam tənbehi tədbirlərini tətbiq etmək hüquqları olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfəindən müəyyən edilir.

Vergi orqanının vəzifəli şəxsinə onun birbaşa rəisinin səlahiyyətlərinə daxil olmayan həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq etmək lazım gəlirsə, bu zaman müvafiq icra hakimiyyəti orqanı qarşısında həmin rəis tərəfindən vəsatət qaldırılır.

54. Vergi orqanlarının rəisləri həvəsləndirmə tədbirlərinin və intizam tənbehlərinə tətbiqi üzrə onlara verilmiş səlahiyyətləri aşarsa, qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

VI fəsil

VERGİ ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN ATTESTASİYASI VƏ FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

55. Kadrların peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətlərinin qiymətləndirilməsi, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarmaq məqsədilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanının vəzifəli şəxslərinin attestasiyası keçirilir.

Vergi orqanlarının vəzifəli şəxslərinin attestasiyası zamanı onların xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri nəzərə alınır. Vergi orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qiymətləndirilməsi "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

56. Yalnız müvafiq vəzifədə azı 1 il xidmət edən və 3 ildə bir dəfədən çox olmayaraq 5 (beş) ildə bir dəfədən çox olmayaraq vergi orqanının vəzifəli şəxslərinin attestasiyası keçirilə bilər.

57. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan attestasiya komissiyası vergi orqanlarının vəzifəli şəxsinin tutduğu vəzifəyə uyğun gəldiyi və ya uyğun gəlmədiyi, habelə işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə, 1 (bir) ildən sonra təkrar attestasiyadan keçmək şərtilə tutduğu vəzifəyə uyğun gəldiyi haqqında 3 (üç) qiymətdən yalnız birini verir. Bununla yanaşı attestasiya komissiyası buqiymətində vergi orqanlarının vəzifəli şəxsinin başqa vəzifədə istifadə edilməsinin məqsədə müvafiqliyi barədə tövsiyyə verə bilər.

57-1. Attestasiya olunan vergi orqanlarının vəzifəli şəxslərinə onların xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.

57-2. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar 1 (bir) nüsxədə tərtib edilən, sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.

 

VII fəsil

VERGİ ORQANINDA XİDMƏTİN ŞƏRTLƏRİ

58. Vergi orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tam iş vaxtı şamil edilir.

59. Xidmət şəraitindən asılı olaraq vergi orqanlarının vəzifəli şəxslərinin bəzi kateqoriyalarına qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

60. Müstəsna hallarda vergi orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirməklə əlaqədar Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə nəzərdə tutulan qaydada iş vaxtından artıq işlərə, həmçinin gecə vaxtı, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işə cəlb oluna bilərlər.

Belə hallarda onların əməyi Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

61. Vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada əsas vəzifələri ilə yanaşı digər vəzifələri müvəqqəti icra etməyə görə əlavə əmək haqqının ödənilməsi hüququna malikdirlər.

62. Vergi orqanlarının vəzifəli şəxslərinə aşağıda göstərilən məzuniyyətlər verilir:

1) hər il verilən əsas məzuniyyət;

2) əlavə məzuniyyətlər;

3) sosial məzuniyyətlər;

4) təhsili davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti;

5) ödənişsiz məzuniyyət.

Məzuniyyət müddəti təqvim günü ilə hesablanır.

63. Vergi orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə illik əsas məzuniyyət verilir.

64. Xidmətin birinci ili üçün vergi orqanlarının vəzifəli şəxslərinin əsas məzuniyyət hüququ onların xidmətə daxil olduqları andan etibarən 6 ay xidmətindən sonra yaranır.

Xidmətin ikinci və sonrakı illəri üçün məzuniyyət təqvim ilinin istənilən vaxtında, məzuniyyətlərin verilməsi növbəsində müvafiq surətdə verilə bilər.

65. Vergi orqanlarının vəzifəli şəxslərinin keçirilmiş məzuniyyətini növbəti xidmət ili üçün verilən əsas məzuniyyətlə birləşdirmək olar.

66. Xidməti zərurətlə əlaqədar olaraq məzuniyyətdə olan vergi orqanının vəzifəli şəxsi məzuniyyətdən geri çağırıla bilər. Məzuniyyətdən geriçağırma müvafiq əmrlə rəsmiləşdirilir. Belə halda məzuniyyətdən geri çağırılan vəzifəli şəxsə işə başladığı gündən etibarən əməkhaqqı hesablanır və istifadə edilməmiş məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istisrahət gunləri verilir.

67. Vergi orqanlarının vəzifəli şəxslərinə aşağıdakı hallarda vergi orqanlarında xidmət illərinə görə ödənişli əlavə məzuniyyət verilir;

1) 5 ildən 10 ilədək xidmət illərinə görə – 3 təqvim günü;

2) 10 ildən 15 ilədək xidmət illərinə görə – 5 təqvim günü;

3) 15 ildən 20 ilədək xidmət illərinə görə – 10 təqim günü;

4) 20 il və daha çox xidmət illərinə görə – 15 təqvim günü.

68. Vergi orqanlarının vəzifəli şəxslərinin əlavə məzuniyyəti onların arzusu ilə növbəti xidməti ili üçün verilən əsas məzuniyyətlə cəmlənərək birlikdə verilə bilər.

69. Əsas məzuniyyətdən istifadə etməmiş vergi orqanlarının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi halları istisna olmaqla məzuniyyətin pulla əvəz edilməsinə yol verilmir.

70. Vergi orqanlarının vəzifəli şəxslərinə sosial, yaradıcılıq və təhsil, habelə ödənişsiz məzuniyyətlərin verilməsi qaydası və onların müddəti Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilir.

71. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə vergi orqanlarının vəzifəli şəxslərinə növbəti olaraq verilən geyim formasının ödənilməsinə yol verilir.

72. Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrindən asılı olaraq aşağıda göstərilən miqdarda xüsusi rütbələr üzrə maaşlar müəyyən edilir:

Azərbaycan Respublikasının Həqiqi dövlət vergi xidməti müşaviri – 60 manat miqdarında;

1-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 54 manat miqdarında;

2-ci dərəcəli dövlət vergi xidməti müşaviri – 51 manat miqdarında;

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) – 48 manat miqdarında;

baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) – 45 manat miqdarında;

vergi xidməti müşaviri (ədliyyə müşaviri) – 42 manat miqdarında;

kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) – 39 manat miqdarında;

1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) – 36 manat miqdarında;

2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) – 33 manat miqdarında;

3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) – 30 manat miqdarında.

73. Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifə maaşlarına bu orqanlarda xidmət illərinə görə aşağıda göstərilən miqdarda əlavələr müəyyən edilir:

1 ildən 5 ilədək – 21 manat miqdarında;

5 ildən 10 ilədək – 24 manat miqdarında;

10 ildən 15 ilədək – 27 manat miqdarında;

15 ildən 20 ilədək – 30 manat miqdarında;

20 ildən 25 ilədək – 39 manat miqdarında;

25 ildən 30 ilədək – 45 manat miqdarında;

30 ildən yuxarı – 60 manat miqdarında.

74. Vergi orqanlarının vəzifəli şəxslərinin dövlət tərəfindən icbari şəxsi sığortalanması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

VIII fəsil

VERGİ ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN XİDMƏTİNƏ XİTAM VERİLMƏSİ ÜÇÜN ƏSASLAR VƏ PENSİYA TƏMİNATI

75. Vergi orqanının vəzifəli şəxsinin xidmətinə aşağıdakı hallarda xitam verilə bilər:

1) öz təşəbbüsü ilə;

2) pensiyaya çıxmaq hüququ verən xidmət illərinə görə;

3) təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin vergi orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina etdikdə;

4) tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə attestasiya komissiyasının qiyməti olduqda, əgər vəzifəli şəxsin vergi orqanlarında onun ixtisasına uyğun olan digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya belə vəzifəyə keçirilmədən göstərilən şəxs imtina etdikdə, habelə sınağın nəticəsi qənaətedici olmadıqda;

5) xidməti intizamı bir dəfə kobud şəkildə pozduqda və ya xidməti vəzifələrini müntəzəm surətdə yerinə yetirilmədikdə;

6) Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə;

7) Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq tərəflərin iradəsindən asılı olmayan hallarda;

8) Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

Bu maddənin 3 - 7-ci bəndlərində göstərilən əsaslara görə vergi orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə həyata keçirilir. [if

76. Vergi orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir.

77. Vergi orqanlarında xidmətə vergi orqanının vəzifəli şəxsinin təşəbbüsü ilə xitam verildikdə, o, 1 ay qabaqcadan birbaşa tabe olduğu rəisini bu barədə yazılı surətdə xəbərdar etməlidir.

78. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən vergi orqanında xidmət edən vəzifəli şəxslərin pensiya təminatı xüsusi rütbəli şəxslər üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir.

Vergi orqanlarında dövlət qulluğunda çalışan vəzifəli şəxslərə dövlət qulluqçuları üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş pensiya təminatı şamil edilir.

 

IX fəsil

VERGİ ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN VERGİ ORQANLARINDA XİDMƏTƏ VƏ VƏZİFƏYƏ BƏRPA EDİLMƏSİ

79. Vergi orqanlarında xidmətinə xitam verilməsi və ya başqa vəzifəyə keçirilməsi barədə qərarla razı olmayan vergi orqanının vəzifəli şəxsinin həmin qərardan müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət hüququ vardır.

80. Vergi orqanlarında vəzifəyə bərpa olunmaq üçün əsas müvafiq icra hakimiyyəti orqanının əmri və ya qüvvəyə minmiş məhkəmə qərarıdır.

Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifəyə bərpası onların əvvəllər tutduqları vəzifəyə bərabər olan vəzifəyə və ya onların razılığı ilə digər vəzifəyə təyin olunmaq yolu ilə həyata keçirilir.

81. Xidmətinə xitam verildiyi gündən bərpa olunma gününə kimi keçmiş müddət vergi orqanlarında xidmətə bərpa edilmiş vergi orqanının vəzifəli şəxsinin xidmət illərinə daxil edilir və bu müddət üçün ona çatası əmək haqqı ödənilir.

 

X fəsil

YEKUN MÜDDƏALAR 

82. Vergi orqanlarının maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsi və bu orqanların büdcədənkənar fondu hesabına həyata keçirilir.

83. Vergi orqanlarında xidməti tənzimləyən normativ hüquqi aktların pozulmasına görə vergi orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

««Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi bardədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunu tətbiq etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnaməyə uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Əsasnaməyə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- həmin Əsasnamənin 5-ci maddəsində nəzərdə tutulmuş geyim formasının və fərqlənmə nişanlarının təchizat normasını və istifadə müddətlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- həmin Əsasnamənin 14-cü maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılmasını, maliyyələşdirilməsini, təyinatına uyğun bina, müasir avadanlıq və digər zəruri təşkilati-texniki vasitələrlə təchiz olunmasını təmin etsin, onun Əsasnaməsini və strukturunu təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- həmin Əsasnamənin 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında fiziki qüvvə, xüsusi vasitələr və xidməti silah tətbiq etmək hüququ olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin vəzifəli şəxslərinin siyahısını hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- həmin Əsasnamənin 33-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş vergi orqanlarında istifadə olunan xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatın siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- Öz səlahiyyətləri daxilində həmin əsasnamədən irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin əvvəlində, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında və 78-ci maddəsində nəzərdə tutulmuş vergi orqanlarının vəzifəli şəxslərinə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin İbtidai Araşdırılması Departamentinin vəzifəli şəxsləri aiddir.

3. Müəyyən edilsin ki:
- «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 5-ci maddəsində (geyim formasının və fərqlənmə nişanlarının nümunəsinin müəyyənləşdirilməsinə dair), 16-cı maddəsinin ikinci hissəsində, 17-ci maddəsinin əvvəlində, 1-cü maddəsinin birinci cümləsində, 20-ci maddəsində, 30-cu maddəsində, 33-cü maddəsinin birinci hissəsinin axırıncı abzasında  və 78-ci maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti həyata keçirir;
- həmin Əsasnamənin 5-ci maddəsində (geyim formasının və fərqlənmə nişanlarının təchizat normasını və istifadə müddətlərinin müəyyənləşdirilməsinə dair), 6-cı və 33-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- həmin Əsasnamənin 8-ci maddəsinin ikinci hissəsində, 14-cü maddəsində, 19-cu maddəsinin ikinci cümləsində, 31-ci maddəsində, 38-ci maddəsində, 43-cü maddəsində, 44-cı maddəsində, 45-ci maddəsinin 3-cü bəndində, 52-ci maddəsində, 53-cü maddəsinin birinci və ikinci hissələrində, 55-ci maddəsində, 57-ci maddəsində, 71-ci maddəsində, 75-ci maddəsinin ikinci hissəsində, 76-cı maddəsində, 79-cu maddəsində, 80-cı maddəsinin birinci hissəsində və 82-ci maddəsində nəzərdə tutulmuş  «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
- həmin Əsasnamənin 17-ci maddəsində «məhkəmə və» sözlərindən sonra «müvafiq icra hakimiyyəti orqanları» dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi başa düşülür.

4. «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 20-ci maddəsinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinin mövcud fərdi rütbələri həmin Əsasnamə ilə nəzərdə tutulmuş xüsusi rütbələrə aşağıdakı qaydada bərabər tutulsun:

Ali dövlət vergi xidməti müşaviri  Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri
1-ci dərəcəli baş dövlət vergi xidməti müşaviri 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri
2-ci dərəcəli baş dövlət vergi xidməti müşaviri 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri

 

3-cü dərəcəli baş dövlət vergi xidməti müşaviri 

3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri)
1-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri)
2-ci dərəcəli böyük dövlət vergi xidməti müşaviri vergi xidməti müşaviri (ədliyyə müşaviri)
3-cü dərəcəli böyük dövlət vergi xidməti müşaviri kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri)
1-ci dərəcəli dövlət vergi xidməti müşaviri  1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas)
2-ci dərəcəli dövlət vergi xidməti müşaviri   2-ci dərəcəli müfəttiş  (2-ci dərəcəli hüquqşünas)
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas)

5. «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin 30-cu maddəsinə əsasən vergi orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı təsdiq edilsin (əlavə olunur).

6. «Azərbaycan Respublikası dövlət vergi orqanlarının tanınma nişanı, vəzifəli şəxslərin qeyim forması və fərqləndirmə nişanları haqqında» Əsasnamə təsdiq edilsin (əlavə olunur).


Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri , 19 iyul 2001-ci il          

Əlavə 1

Azərbaycan Respublikasının Prezidentinin 2001-ci il 19 iyul tarixli fərmanı ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının vergi xidməti orqanlarının ali rəis heyəti üçün nəzərdə tutulan vəzifələr və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısı

Vəzifənin adı  Xüsusi rütbənin adı  Vəzifələrin sayı
Azərbaycan Respublikası Vergilər Nazirliyinin  mərkəzi aparatı
Azərbaycan Respublikasının vergilər naziri Azərbaycan Respublikasının həqiqi dövlət vergi xidməti müşaviri 1
Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri 1
Azərbaycan Respublikası vergilər nazirinin müavini 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri 3
Azərbaycan Respublikası vergilər nazirinin müşaviri 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri 2
Azərbaycan Respublikası Vergilər Nazirliyinin mərkəzi aparatının baş idarə rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri 4
Vergilər Nazirliyinin sisteminə daxil olan vergi orqanları və təşkilatları
Naxçıvan MR-in vergilər naziri 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri 1
Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi 3-cü dərəcəli dövlət ədliyyə müşaviri 1
Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri 1
Tədris mərkəzinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri

1

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

№–32

 Bakı şəhəri, 4 fevral 2014-cü il

Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını гəhbəг tutaraq, "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə'" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 dekabr tarixli 135 nomrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləğlərinə müvafiq qaydada bu qərarın 3 nömrəli əlavələrinə uyğun olaraq müəyyən edilsin.

  2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşlarının məbləğləri bu qərarın 4 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilsin.

  3. Bu qərarın əlavələrində nəzərdə tutulmayan vəzifələr üzrə maaşlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmaqla, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilir.

  1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, vergi orqanları işçilərinin vəzifə maaşlarının artırılması ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görsün.

  2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı müvafiq qərar qəbul etsin.

  3. "Azərbaycan Respublikası vergi orqanlarının bəzi məsələləri haqqında "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 noyabr tarixli 219 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №–11, maddə 1046; 2011, №–7, maddə 748) 1-5-ci hissələri ləğv edilsin.

  4. Bu qərar 2014-cü il yanvann 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri
Artur Rasi-zadə

 

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevra! tarixli 32 nömrəli qərarına 1 nömrəli alavə

Azərbaycan Respubiikası Vergilər Nazirliyinin aparatının işçilərinin aylıq vəzifə maaşları

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Aparatın rəhbəri

1010

Aparatın rəhbərinin müavini

940

Baş idarənin, təminedici idarənin və şöbənin rəisi

890

Baş idarənin, təminedici idarənin və şöbənin rəisinin 1-ci müavini

770

Baş idarənin, təminedici idaranin və şöbənin rəisinin müavini, yardımçı idarənin və şöbənin rəisi

760

Baş idarənin, təminedici idarənin tərkibində olan idarə, şöbə rəisi

750

Nazirin müşaviri, nazirin köməkçisi

730

Baş idarənin, təminedici idarənin tərkibində olan idarə və şöbənin rəisinin müavini, yardımçı idarə və şöbənin rəisinin müavini

710

Baş mühasib, bölmə rəisi, yardımçı idarənin tərkibində olan şöbənin rəisi, baş idarənin tərkibində olan idarənin tərkibindəki şöbənin rəisi

620

Baş dövlət vergi müfəttişi, baş mütəxəssis, baş təhqiqatçı, baş əməliyyat müvəkkili, baş iqtisadçı, baş hüquqşünas, mətbuat katibi

540

Böyük dövlət vergi müfəttişi, böyük mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük hüquqşünas, böyük mühasib, böyük iqtisadçı

530

Aparıcı mütəxəssis, aparıcı iqtisadçı

520

Dövlət vergi müfəttişi, mütəxəssis, mexanik, təhqiqatçı, əməliyyat müvəkkili, iqtisadçı hüquqşünas, mühasib

510

 

Azərbaycan Respublikası Vergilar Nazirliyi yanında olan vergi orqanları işçilərinin aylıq vəzifə maaşları

 

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Orqanın rəhbəri

550

Orqanın rəhbərinin birinci müavini

440

Orqanın rəhbərinin müavini

420

İdarənin, şöbənin rəisi

350

İdarə, şöbə rəisinin müavini

330

Bölmə rəisi, baş mühasib, idarənin tərkibində olan şöbənin rəisi

325

Baş dövlət vergi müfəttişi, baş iqtisadçı, baş mütəxəssis, baş təhqiqatçı, baş hüquqşünas, baş əməliyyat müvəkkili, baş müvəkkil, baş kriminalist, xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, idarənin tərkibində olan şöbə rəisinin müavini

320

Böyük dövlət vergi müfəttişi, böyük iqtisadçı, böyük müstəntiq, böyük hüquqşünas, aparıcı mütəxəssis, böyük təhqiqatçı, böyük əməliyyat müvəkkili, böyük müvəkkil, böyük kriminalist, xüsusilə mühüm işlər üzrə müstəntiq

315

Dövlət vergi müfəttişi, iqtisadçı, təhqiqatçı, hüquqşünas, müstəntiq, əməliyyat müvəkkili, müvəkkil, mütəxəssis, müstəntiq-metodist, kriminalist

310

Aparatın rəhbəri Ağa-Bala Hacıyev





Агəгbаусал Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarına 2 nömrəli əlavə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin yerli vergi orqanları işçilərlnin aylıq vəzifə maaşları

 

(manatla

Vəzifələrin adı

Bakı şəhəri üzrə

Gəncə, Sumqayıt şəhərləri üzrə

Ərazi vergi departamentləri, idarələri və filialları üzrə

Şəhər, rayon şöbələri üzrə

1

2

3

4

5

Vergi orqanının rəhbəri

540

530

520

500

Vergi orqanı rəhbərinin birinci müavini

430

420

410

390

Vergi orqanı rəhbərinin müavini

400

390

380

360

Vergi orqanının tərkibində idarə rəisi, şöbə rəisi

345

340

335

325

Vergı orqanının tərkibində idarə, şöbə rəisinin müavini

325

320

315

305

 

 

300

 

Vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəisi, bölmə rəisi, baş mühasib

320

315

310

Baş mütəxəssis, baş dövlət vergi müfəttişi, baş təhqiqatçı, baş hüquqşünas, baş idarənin, vergi orqanının tərkibindəki idarənin tabeliyində olan şöbə rəisininmüavini

315

310

 

305

295

 

Böyük dövlət vergi müfəttişi, aparıcı mütəxəssis, böyük mütəxəssis, böyük mühasib, böyük təhqiqatçı, böyük hüquqşünas

310

305

300

290

Dövlət vergi müfəttişi, mütəxəssis, təhqiqatçı, hüquqşünas, mübasib

305

300

295

285



Aparatın rəhbəri Ağa-Bala Hacıyev

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü 4 fevral tarixli 32 nömrəli qərarına 3 nömrəli əlavə

 

Vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Arxiv müdiri, sürücü

220

İnspektor (müfəttiş), təsərrüfat və anbar müdiri, operator, katibə-teleqrafçı, dispetçer, komendant, texnik, rabitəçi

210

Kargüzar, arxivçi, ekspeditor, katibə-makinaçı, katib (katibə)

205

Kuryer

200

Xidməti otaqları yığışdıran, yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digər xidmət heyəti

155

 


Aparatın rəhbəri Ağa-Bala Hacıyev

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəlı qararına 4 nömrəli əlavə

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tadris Mərkəzinin işçilərinin aylıq vəzifə maaşları

Vəzifələrin adı

Aylıq vəzifə maaşı (manatla)

Tədris Mərkəziııin rəisi

890

Tədris Mərkəzi rəisinin 1-ci müavini

770

Tədris Mərkəzi rəisinin müavini

760

Kafedra müdiri, şöbə rəisi

750

Bölmə rəisi, baş mühasib

620

Dosent, baş elmi işçi, baş müəllim, baş iqtisadçı, baş mütəxəssis

540

Elmi işçi, aparıcı mütəxəssis

520

Müəllim, mütəxəssİs

510

Xəzinədar

210


Aparatın rəhbəri
 Ağa-Bala Hacıyev

 

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top