Əliyev Namiq Tofiq oğlu
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
1960-cı ildə Gəncə şəhərində anadan olub, 1983-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Hüquqi psixologiya fakultəsini bitirdikdən sonra 1 il Azərbaycan Respublikası Elmlər Akademiyasında elmi işçi vəzifəsində çalışıb. 1984-1986-cı illərdə SSRİ Prokurorluğun Elmi-tədqiqat institunda təcrübə keçmiş və 1990-cı ildə həmin institutun aspiranturasını bitirərək hüquq elmləri namizədi dərəcəsinə yiyələnmişdir. 1991-2004-cü illər ərzində Respublika Prokurorluğunda Azərbaycan Respublikası Prokurorunun köməkçisi, Kadr idarəsinin prokuroru, Polis orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini, Vətəndaşların ərizə, şikayətlərinə baxılması və qəbulu idarəsinin rəis müavini, Ədliyyə, milli təhlükəsizlik, gömrük, vergi və sərhəd qoşunları orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2004-cü il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini təyin edilmişdir.
Ailəlidir. 2 övladı var.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
N.T.Əliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında
Namiq Tofiq oğlu Əliyev Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 fevral 2004-cü il
№– 89