İlkin Etibar oğlu Vəliyev
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
28 may 1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur.
2001-ci ildə Azərbaycan Qərb Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fakultəsini bitirmişdir.
2001-2002-ci illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.
2002-2004-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinin auditi baş idarəsidə dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.
2004-2009-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsində baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.
2009-2010-cu illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəis müavini işləmişdir.
2010-2011-ci illərdə Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsinin rəis müavini işləmişdir.
2011-2013-cü illərdə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsinin rəisi vəzifəsində çalışmışdır.
2013-2015-ci və 2015-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi, 2015-ci ildə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəis müavini vəzifələrində çalışmışdır.
2016-cı ilin fevral-mart aylarında Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi vəzifəsində çalışmışdır.
09.02.2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə tərtif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 29 mart, 2016-cı il tarixli Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İ.E.Vəliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İlkin Etibar oğlu Vəliyevin Azərbaycan Respublikası vergilər nazırinin müavini təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 mart 2016-cı il
№– 1927