Vergilər Nazirliyinin Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviri
Ələkbər Comərd oğlu Məmmədov
Baş vergi xidməti müşaviri
1960-cı ildə Kürdəmir rayonunda doğulub. 1977-ci ildə Sumqayıt şəhər 23 saylı ümumtəhsil orta məktəbini əla qiymətlərlə bitirib. 1984-cü ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu ingilis və alman dilləri ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1984-1985-ci illərdə Ukraynanın Odessa şəhərində həqiqi hərbi xidmətdə - hərbi tərcüməçi kimi qulluq edib. 1986-1987-ci illərdə Sumqayıt şəhərində müxbir kimi çalışıb. 1987-1991-ci illərdə Almaniyada hərbi tərcüməçi olub. 1992-ci ildən özəl sektorda çalışıb.
1996-cı ildə ikinci ixtisasa – hüquqşünaslıq ixtisasına yiyələnib.
2015-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dünya İqtisadiyyatı” ixtisası üzrə yenidənhazırlanma təhsilini bitirib.
1996-1998-ci illərdə Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru və Azərbaycan Respublikası Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsinin Haqsız Rəqabətə qarşı Mübarizə və İstehlakçıların hüquqlarının müdafiəsi idarəsinin rəisi vəzifələrində çalışıb.
1999–2009-cu illərdə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti vəzifəsində çalışıb və 2001–2009-cu illərdə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin vitse-prezidenti olub.
2009-cu ildən 2011-ci ilin avqust ayına kimi Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin sədri olub.
16 avqust 2011-ci il tarixindən Azərbaycan Respublikası Vergilər Nazirlyinin Beynəlxalq münasibətlər, vergi ödəyicilərinə xidmət və tədris sahələri üzrə nazirin müşaviri, Beynəlxalq münasibətlər və tədris sahələri üzrə nazirin müşaviri – Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifələrində çalışıb.
18 fevral 2016-ci il tarixindən Tədris və insan resurslarının inkişafı sahələri üzrə nazirin müşaviri vəzifəsinda çalışır.
Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Tədris-metodiki Şuranın sədridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2015-ci il tarixli 1038 nömrəli Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, 02 dekabr 2015-ci il tarixində Vergilər Nazirliyinin “Fəxri Fərmanı” ilə təltif edilmişdir.
Müşavirin vəzifələri:
- Müvafiq sahə üzrə vergi siyasətinin və vergi inzibatçılığının formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- Müvafiq sahə üzrə Vergilər Nazirliyinin struktur vahidlərinə (bundan sonra – strukturlar) funksional nəzarəti həyata keçirir;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunması, müvafiq sahə üzrə strukturların əsasnamələrində nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin göstərilməsi işlərinin təşkilinə nəzarət edir;
- Müvafiq sahənin və müvafiq sahə üzrə strukturların inkişafı istiqamətində zəruri tədbirlər görür;
- Nazirin xüsusi tapşırıqlarının yerinə yetirilməsini təmin edir;
- Müvafiq sahə üzrə strukturlar tərəfindən əsasnamələri ilə müəyyən edilmiş vəzifələrinin həyata keçirilməsi və verilmiş göstəriş və tapşırıqların icrasının təmin edilməsi vəziyyətinə nəzarət edir;
- Müvafiq sahə üzrə strukturların iş planlarının tərtib edilməsinə və icrasına nəzarət edir;
- Müvafiq sahə və müvafiq sahə üzrə strukturların fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsinə və bu təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanmasına nəzarət edir;
- Vergi orqanlarının fəaliyyəti, o cümlədən müvafiq sahə üzrə verilmiş xüsusi göstəriş və tapşırıqların icrası ilə bağlı meydana çıxan problemlərlə əlaqədar vergi orqanlarına əməli köməklik göstərir;
- Müvafiq sahə üzrə görülmüş işlərin, həmçinin müvafiq strukturların fəaliyyətinin nəticələrini təhlil edir, ümumiləşdirir və bu barədə müvafiq qaydada nazirə məlumat verir;
- Müvafiq sahə üzrə strukturlar tərəfindən hazırlanan və nazirliyin adından göndərilən müvafiq sənədləri, o cümlədən vətəndaş müraciətlərinə verilən cavabları nazirin əmrlərində nəzərdə tutulmuş hallarda imzalayır;
- Qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirrinin və xidməti fəaliyyətlə bağlı əldə edilmiş məlumatların qorunmasına nəzarət edir;
- Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirir.