Məhəmməd Nəcməddin oğlu Sadıqov
Vergilər nazirinin müşaviri
vergi xidməti müşaviri
Müşavirin vəzifələri:
- Müvafiq sahə üzrə vergi siyasətinin və vergi inzibatçılığının formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- Müvafiq sahə üzrə Vergilər Nazirliyinin struktur vahidlərinə (bundan sonra – strukturlar) funksional nəzarəti həyata keçirir;
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunması, müvafiq sahə üzrə strukturların əsasnamələrində nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyətin göstərilməsi işlərinin təşkilinə nəzarət edir;
- Müvafiq sahənin və müvafiq sahə üzrə strukturların inkişafı istiqamətində zəruri tədbirlər görür;
- Nazirin xüsusi tapşırıqlarının yerinə yetirilməsini təmin edir;
- Müvafiq sahə üzrə strukturlar tərəfindən əsasnamələri ilə müəyyən edilmiş vəzifələrinin həyata keçirilməsi və verilmiş göstəriş və tapşırıqların icrasının təmin edilməsi vəziyyətinə nəzarət edir;
- Müvafiq sahə üzrə strukturların iş planlarının tərtib edilməsinə və icrasına nəzarət edir;
- Müvafiq sahə və müvafiq sahə üzrə strukturların fəaliyyəti üzrə beynəlxalq təcrübənin öyrənilməsinə və bu təcrübənin tətbiqi ilə əlaqədar təkliflərin hazırlanmasına nəzarət edir;
- Vergi orqanlarının fəaliyyəti, o cümlədən müvafiq sahə üzrə verilmiş xüsusi göstəriş və tapşırıqların icrası ilə bağlı meydana çıxan problemlərlə əlaqədar vergi orqanlarına əməli köməklik göstərir;
- Müvafiq sahə üzrə görülmüş işlərin, həmçinin müvafiq strukturların fəaliyyətinin nəticələrini təhlil edir, ümumiləşdirir və bu barədə müvafiq qaydada nazirə məlumat verir;
- Müvafiq sahə üzrə strukturlar tərəfindən hazırlanan və nazirliyin adından göndərilən müvafiq sənədləri, o cümlədən vətəndaş müraciətlərinə verilən cavabları nazirin əmrlərində nəzərdə tutulmuş hallarda imzalayır;
- Qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirrinin və xidməti fəaliyyətlə bağlı əldə edilmiş məlumatların qorunmasına nəzarət edir;
- Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirir.