Aparatın rəhbəri: Əfəndiyev Ağasəməd Veyis oğlu,
Vergi xidməti müşaviri
Vergilər Nazirliyi Aparatının funksiyaları:
- Vergilər Nazirliyində və yerli vergi orqanlarında kargüzarlığın aparılması, arxiv işinin təşkili, vətəndaşların qəbulu, protokolla bağlı qaydaları müəyyən etmək, bu sahələrin yoxlanılmasını təşkil etmək və icra intizamına nəzarəti təmin etmək;
- Müvafiq sahədə Vergilər Nazirliyinin struktur vahidi və bölmələrinə metodoloji rəhbərliyi həyata keçirmək;
- Vergilər Nazirliyində sənəd təminatını, vahid sənədləşmə qaydalarını müəyyən etmək, sənədlərlə işin təşkilinə, axtarış sistemlərinin qurulmasına, sənədlərin icrasına və arxivə verilməsi üçün hazırlanmasına nəzarət etmək;
- Təcili və xüsusi əhəmiyyət kəsb edən sənədlər, o cümlədən vətəndaşların müraciətləri ilə bağlı vergilər naziri tərəfindən verilmiş tapşırıqların icrasına nəzarət etmək;
- Aparatın fəaliyyət istiqamətlərinə uyğun olaraq daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;
- İcra intizamının pozulması hallarını aşkar etmək, icra intizamı üzrə intizam xətasına yol vermiş əməkdaşlar barəsində xidməti araşdırma apararaq Vergilər Nazirliyinin rəhbərliyinə təqdimatlar vermək;
- Vətəndaşların qəbulunu təşkil etmək;
- Vergilər Nazirliyində keçirilən müşavirələrdə, iclaslarda, görüşlərdə, qəbullarda protokol xidmətini və vergilər nazirinin rəsmi səfərlərinə hazırlıq işlərinin görülməsini təmin etmək;
- Kollegiya iclasları və vergilər naziri tərəfindən keçirilən müşavirələrin, görüşlərin hazırlanmasını və keçirilməsini təşkil etmək;
- Vergilər Nazirliyinin inkişaf konsepsiyasının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- Vergilər Nazirliyinin digər struktur vahidləri və bölmələrinin müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.