I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

 

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsi

İdarənin rəisi: Musayeva Samirə Fəxrəddin qızı
Baş vergi xidməti müşaviri

Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin funksiyaları:

- Vergilər Nazirliyinin inkişaf konsepsiyasını hazırlamaq və onun həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

- Vergi siyasətinin əsas istiqamətlərini müəyyən etmək, vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə təhlil və araşdırmalar aparmaq;

- Vahid vergi siyasətinin həyata keçirilməsi istiqamətində Vergilər Nazirliyi ilə Azərbaycan Respublikasının qanunverici və mərkəzi icra hakimiyyəti orqanları arasında əlaqələndirmə işini təşkil etmək;

- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunması, vergilərin və digər daxilolmaların hesablanması, vaxtında və tam məbləğdə dövlət büdcəsinə köçürülməsi sahəsində hüquq pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;

- Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrində vergilərlə bağlı normativ-hüquqi aktların və digər normativ sənədlərin tətbiqinə metodiki rəhbərlik etmək;

- Vergilər Nazirliyinin, onun struktur vahidləri və bölmələrinin Əsasnamələrinin hazırlanması və təkmilləşdirilməsini həyata keçirmək;

- Vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində araşdırmalar aparmaq, Vergilər Nazirliyinin struktur vahidləri və bölmələri tərəfindən həyata keçiriləcək tədbirləri müəyyən etmək və onların icrasına metodiki rəhbərlik etmək;

- Vergi sisteminin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirmək və bu sahədə tədqiqatlar aparmaq;

- Strateji araşdırma və tədqiqatlar sahəsində həyata keçiriləcək vergi siyasətinin prioritet istiqamətlərini müəyyən etmək və bu sahədə təkliflər vermək;

- Dövlət proqramlarında və digər rəsmi sənədlərdə Vergilər Nazirliyinə həvalə edilmiş tədbirlərin icrasını təşkil etmək və bu sahədə görülmüş işlər barədə hesabatların aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;

- Avropa İttifaqına inteqrasiya siyasəti çərçivəsində aidiyyəti üzrə Vergilər Nazirliyi tərəfindən həyata keçiriləcək tədbirlərin nazirlik daxilində koordinasiyasını təşkil etmək və bu sahədə vergi sisteminin inkişafı istiqamətində strateji araşdırmalar və tədqiqatlar aparmaq;

- Bələdiyyələrə yerli (bələdiyyə) vergilərin və ödənişlərin düzgün hesablanması, tam və vaxtında ödənilməsi, habelə vergi qanunvericiliyinə tam və dəqiq riayət edilməsi sahəsində metodiki rəhbərliyi həyata keçirmək;

- Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrinin iş planlarının tərtib edilməsinə və icrasına nəzarət etmək, fəaliyyətin qiymətləndirilməsi ilə əlaqədar məlumatları təhlil etmək və müəyyən olunmuş hesabat dövrü üzrə məlumatları ümumiləşdirərək Nazirliyin rəhbərliyinə təqdim etmək üçün hesabat hazırlamaq;

- Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrinin, vergi əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsinə və qiymətləndirmə proseslərinin avtomatlaşdırılmasına, habelə bu sahədə meyarların hazırlanmasına metodiki rəhbərlik etmək və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi üzrə tədbirləri həyata keçirmək.

 

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top