Vergilər Nazirliyi Vergi risklərinin təhlili və nəzarəti baş idarəsi
Rəis vəzifəsini müvəqqəti icra edən:
Vəliyev İlkin Etibar oğlu
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
Baş idarənin vəzifələri
- Vergilər Nazirliyində avtomatlaşdırılmış informasiya sisteminin təmin edilməsi ilə əlaqədar olaraq müvafiq icra hakimiyyəti orqanları və təşkilatları ilə (bunda sonra- aidiyyəti qurumlarla) Vergilər Nazirliyinin struktur bölmələri və vahidləri arasında işləri əlaqələndirmək məqsədilə təşkilati işləri təmin etmək;
- İnformasiya təchizatının idarə edilməsini və proqram təminatının müasir tələblərə uyğunlaşdırılması məqsədi ilə təkmilləşdirilmələrin aparılmasını üçün mövcud məlumat bazasının aidiyyəti qurumlarda olan məlumat bazasına inteqrasiyası ilə bağlı təşkilati işləri təmin etmək;
- Vəzifəli şəxslər tərəfindən təqdim edilən maliyyə xarakterli məlumatların bazasını yaratmaq, bu məlumatların qorunmasını və mübadiləsini təmin etmək;
- İnformasiya təchizatının çeşidliyinin artırılmasını məqsədilə aidiyyəti qurumlarla əlaqələrin təşkili, bu sahədə qiymətləndirmə və monitorinqlərin aparılmasını, məlumat mübadiləsinin təşkili üçün Vergilər Nazirliyinin rəhbərliyinə təqdim edilməsi məqsədilə təkliflər hazırlamaq;
- Vergilər Nazirliyinin müvafiq proqram təminatında olan vergilərin hesablanması ilə bağlı uyğunsuzluqların mütəmadi olaraq təkmilləşdirilməsini, onların vergitutma baxımından qiymətləndirilməsini və optimallaşdırılmasını təmin etmək;
- İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində işlərin müasirləşdirilməsi üçün nazirliyin rəhbərliyinə təkliflər vermək;
- Vergidən yayınma hallarının qarşısının alınması, vergitutma bazasının genişləndirilməsi və əlavə vergi potensialının müəyyən edilməsi sahəsində tədbirlər görmək və onlara nəzarəti təşkil etmək;
- Bəyannamələrin kameral yoxlanılması zamanı vergi qanunvericiliyinin pozulması və vergidən yayınma hallarını doğuran səbəbləri araşdırmaq, nazirliyin informasiya bazası və digər məlumatlar, habelə vergi ödəyiciləri tərəfindən təqdim edilmiş bəyannamə və hesabat məlumatları əsasında qarşılıqlı əlaqələrin təhlillərini aparmaq, kənarlaşma aşkar edildiyi halda aidiyyəti üzrə zəruri tədbirlərin görülməsi barədə nəzarət işlərini təşkil etmək, kameral vergi yoxlamalarına nəzarəti həyata keçirmək, vergi nəzarəti tədbirlərinin keçirilməsi üçün və vergilərin ödənilməsindən yayınan ödəyicilər barədə rəhbərliyə təklif vermək;
- Vergi ödəyicilərinin qarşılıqlı əlaqələrini və vergidən yayınma riski ehtimal olan vergi ödəyiciləri barədə məlumatlarını təhlil etmək;
- Dövlət büdcəsindən maliyyələşən təşkilatlar üzrə fəaliyyət göstəricilərini təhlil etmək və vergi daxilolmalarına nəzarət etmək;
- Dövlət əsaslı vəsait qoyuluşu üzrə müəyyən olunan vəsaitləri təhlil etmək və vergi ödəyiciləri üzrə vergidən yayınma risklərini təhlil etmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.