"Be faithful to that which exists within yourself."
Andre Gide

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

 

Vergilər Nazirliyi Hüquq baş idarəsi

Rəis: Balakişiyeva Yeganə Nəsir qızı
Kiçik vergi xidməti müşaviri 

Vergilər Nazirliyi Hüquq baş idarəsinin funksiyaları:

- Vergilər Nazirliyini iddiaçı, cavabdeh, zərərçəkmiş və üçüncü şəxs qismində bütün məhkəmə instansiyalarında təmsil etmək, qanunvericiliyin tələblərinə uyğun olmayan məhkəmə qərarlarından şikayətlərin verilməsini təmin etmək;

- vergi orqanlarının iddiaçı, cavabdeh və zərərçəkmiş şəxs qismində iştirak etdiyi işlər üzrə fəaliyyətinə nəzarət etmək;

- müvafiq sahədə vergi orqanlarının vergi qanunvericiliyinin tətbiqi ilə bağlı nöqsanlarının qarşısının alınması məqsədilə treninqlərin keçirilməsini və göstəriş məktublarının hazırlanmasını təmin etmək;

- Vergilər Nazirliyinin rəhbərliyinə imzalanmaq üçün təqdim edilmiş əmr, sərəncam, təlimat və digər hüquqi aktların və sənədlərin layihələrinin qanunauyğunluğuna baxmaq və müvafiq rəy və ya viza vermək;

- vergi orqanlarında hüquqi işlərin təşkilinə metodiki köməklik göstərmək;

- vergi orqanlarında onların fəaliyyəti zamanı qanunvericiliyin dürüst və eyni qaydada tətbiqi ilə bağlı çətinliklər yarandıqda və həmin çətinliklər hüquqi aktlarda olan ziddiyyətli və aydın olmayan məqamlarla əlaqədar olduqda, müvafiq struktur vahidlərinin müraciətlərinə münasibət bildirmək;

- vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlərin aşkar edilməsi, qarşısının alınması və açılması sahəsində dövlət vergi orqanlarının Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti və digər hüquq-mühafizə orqanları ilə əlaqələndirmə fəaliyyətini təşkil etmək;

- vergi nəzarətinin keçirilməsinə köməklik göstərilməsi barədə daxil olmuş müraciətlərin icrasının təmin edilməsi üçün aidiyyəti üzrə göndərilməsini təmin etmək;

- vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı aşkar edilmiş və  istintaq aidiyyəti digər hüquq-mühafizə orqanlarının səlahiyyətinə aid olan cinayətlərə dair materialların aidiyyəti orqanlara göndərilməsini təmin etmək;

- məhkəmələrdən və hüquq-mühafizə orqanlarından, o cümlədən xarici dövlətlərin hüquq-mühafizə qurumlarından Vergilər Nazirliyinə daxil olan sorğuların və qərarların baxılıb icrasının təmin edilməsi üçün aidiyyəti üzrə göndərilməsini təmin etmək;

- vergi cinayətlərinin ibtidai araşdırılması Departamentindən daxil olmuş prosessual qərarların öyrənilməsi və aidiyyəti vergi orqanlarına göndərilməsini təmin etmək;

- vergi ödəyicilərindən və vətəndaşlardan Vergilər Nazirliyinə daxil olmuş ərizə və şikayətlərə baxılmasının nəticəsi üzrə hazırlanmış qərar və cavab məktubları layihələrinin qanunvericiliyin tələblərinə uyğunluğuna münasibət bildirmək;

- müvafiq sahədə metodiki sənədləri hazırlamaq və bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı nazirliyin rəhbərliyinə təkliflər vermək;

- səlahiyyətinə aid edilmiş məsələlər üzrə vergi orqanlarına tövsiyələr vermək, müvafiq sahədə vergi orqanlarına əməli köməklik göstərmək;

- Vergilər Nazirliyinin inkişaf konsepsiyasının həyata keçirilməsində öz səlahiyyətləri daxilində iştirak etmək;

- idarənin fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənmək və qabaqcıl  təcrübənin tətbiqi ilə bağlı nazirliyin rəhbərliyinə təkliflər vermək.

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top