Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət baş idarəsi
Rəis: Rəfiyev Mahir Əhmədağa oğlu,
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət baş idarəsinin funksiyaları:
- Vergi qanunvericiliyinə riayət edilməklə könüllü əməl etmənin təmin
olunması məqsədilə, vergi ödəyicilərinin, ümumilikdə əhalinin vergi qanunvericiliyi vəinzibatçılığı barədə məlumatlandırılmasını, maarifləndirilməsini və təbliğat işlərinin aparılmasını təşkil etmək;
- Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət mərkəzi, Çağrı Mərkəzi,
rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələri vasitəsilə xidmət göstərmək, səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə baş idarəyə hüquqi və fiziki şəxslərdən daxil olmuş müraciətlərə baxılmasını təmin etmək;
- Baş idarənin və funksional tabeliyində olan strukturların işini təşkil etmək, onların fəaliyyətinə nəzarət etmək, müəyyən edilmiş qaydalara uyğun olaraq qiymətləndirmə və monitorinq keçirmək;
- Müvafiq sahədə təhlillər aparmaq, beynəlxalq təcrübəni öyrənmək və müvafiq sahənin təkmilləşdirməsi istiqamətində Vergilər Nazirliyinin rəhbərliyinə təkliflər vermək;
- Müvafiq sahədə normayaratma fəaliyyətindən irəli gələn vəzifələri həyata keçirmək.