Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi
Zaur İntiqam oğlu Fətizadə
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
Baş idarənin funksiyaları:
- Digər ölkələrin vergi qanunvericiliyinin öyrənilməsi və təcrübə mübadiləsinin aparılması, həmin dövlətlərin səlahiyyətli vergi orqanları ilə əlaqələrin qurulması, qarşılıqlı səfərlərin və görüşlərin təşkil edilməsi;
- Beynəlxalq və regional vergi təşkilatlarının işində səmərəli iştirakın təmin edilməsi;
- Vergi məsələlərinə dair beynəlxalq müqavilələrin layihələrinin hazırlanması, həmin müqavilələrin tətbiqi ilə bağlı vergi işçilərinin və vergi ödəyicilərinin məlumatlandırılması;
- Müxtəlif beynəlxalq tədris kurslarında, seminarlarda və digər tədbirlərdə vergi işçilərinin peşəkar səviyyəsinin artırılmasına dair işlərin aparılması.