Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsi
Rəis: Məmmədzadə Zeynalabdin Yunsur oğlu,
Vergi xidməti müşaviri
Baş idarənin vəzifələri:
- Vergi orqanları tərəfindən hesablanmış vergilər və faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların (bundan sonra - vergi borcları) və vaxtında təqdim edilməmiş vergi bəyannamələrinin (hesabatların) alınması, vergi orqanları ilə icra qurumları arasında işin təşkili sahəsində yerli vergi orqanlarına metodiki rəhbərliyi həyata keçirmək, vergi cinayətlərinin təhlili və araşdırılması sahəsində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə (bundan sonra - Departament) metodiki köməklik göstərmək;
- Vergi borclarının alınması işini təşkil etmək və nəticələri təhlil etmək
- Vergi ödəyicisi vergi borclarını Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, vergi orqanları tərəfindən effektiv inzibatçılıq tədbirlərinin həyata keçirilməsi, o cümlədən vergi ödəyicilərinin əmlakının (borc yönəldilə bilinəcək real əmlakının) siyahıya alınması işini təşkil etmək;
- Borclu vergi ödəyicilərinin əmlakının siyahıya alınması haqqında qərarların icrasına və protokolların tərtib edilməsinə nəzarət etmək;
- Vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməyən hüquqi və fiziki şəxslərdə vergi orqanları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti tədbirlərinə nəzarət etmək;
- Vergi orqanları tərəfindən siyahıya alınmış əmlaklar barəsində Vergi Məcəlləsinin 89.2-ci və 89.11-ci maddələrinə əsasən müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyəti daşıdıqları barədə vergi ödəyicilərinə göndərilməli (təqdim edilməli) olan xəbərdarlıqların hazırlanması işinə nəzarət etmək;
- Özəlləşdirilən müəssisələrin borclarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada silinməsi ilə əlaqədar hazırlıq işlərini yerinə yetirmək;
- Ümidsiz borcların qanunvericiliklə müəyyən edilmiş qaydada, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında silinməsi işinə nəzarət etmək və nəticələri təhlil etmək;
- Vergi borclarının məhkəmə qaydasında və (və ya) icra qurumları vasitəsilə alınması məqsədi ilə sənədlərin aidiyyəti üzrə göndərilməsi işinə nəzarət etmək;
- Vergi borclarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə əlaqədar sənədlərin aidiyyəti üzrə göndərilməsi işinə nəzarət etmək;
- Vaxtında təqdim edilməmiş vergi bəyannamələrinin (hesabatların) vergi orqanları tərəfindən alınması işini təşkil etmək və nəticələri təhlil etmək;
- Müvafiq sahə üzrə funksional vəzifələrin icrası ilə bağlı qəbul edilmiş inzibati tənbeh etmə haqqında qərarların vergi ödəyicilərinə təqdim edilməsi və həmin qərarlarla tətbiq edilmiş inzibati cərimələrin alınması üçün İnzibati Xətalar Məcəlləsinin 150.1-150.4-cü maddələrinin tələblərinin yerinə yetirilməsi işinə nəzarət etmək və nəticələri təhlil etmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək.