Vergilər Nazirliyi Maliyyə-təsərrüfat idarəsi
Rəis: Əfəndiyev Rahim Veyis oğlu
Baş vergi xidməti müşaviri
Vergilər Nazirliyi Maliyyə-təsərrüfat idarəsinin funksiyaları:
- Nazirliyin Aparatının və vergi orqanları aparatının saxlanılmasına fərdi və icmal smeta xərclərinin layihəsinin tərtib edir, həmin layihələrin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim olunmasını və baxılarkən müdafiəsini tə'min edir.
- Ştat vahidlərinin planlaşdırılması və vergi orqanları üzrə bölgüsünə dair təkliflər hazırlayır, nazirliyin mərkəzi aparatının, vergi orqanlarının ştat cədvəllərini və onların saxlanılmasına dair xərc smetalarını ştat cədvəllərinə müvafiq təsdiq olunmasını tə'min edir.
- Büdcədənkənar fonda daxil olmuş vəsaitlərin müəyyən olunmuş qaydada maddi həvəsləndirmə və inkişaf fondu üzrə və habelə vergi orqanlarının şəxsi hesabları üzrə uçotunun aparılmasını tə'min edir,
- Mərkəzləşdirilmiş qaydada maliyyələşdirilməsi aparılan məsələlər üzrə vergi orqanlarından daxil olmuş yazışmalara baxır və onların müəyyən edilmiş qaydada həll edilməsini tə'min edir.