Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsi
Rəis: Mirsəlimov Mehdi Ramiz oğlu
Vergi xidməti müşaviri
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsinin funksiyaları:
- İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələr və analitik informasiya sahəsində təhlil və təşkilati tədbirləri həyata keçirir;
- Ölkədə aparılan vergi siyasəti, vergi qanunvericiliyi, Vergilər Nazirliyinin fəaliyyətinin məqsədi, istiqamətləri və nəticələri, vergi sahəsindəki yeniliklər barədə mütəmadi olaraq ictimaiyyətə məlumat verir;
- Vergilər Nazirliyinin fəaliyyətinə dair məsələlər üzrə press-relizləri, məlumat bülletenlərini, Nazirlik adından rəsmi bəyanatları hazırlayır və KİV-də yayımlayır, vergi məsələləri ilə bağlı ictimaiyyətə Vergilər Nazirliyinin rəsmi mövqeyini çatdırır;
- Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin mətbuat konfranslarını və brifinqlərini, onların kütləvi informasiya vasitələrində çıxışlarının və müsahibələrinin hazırlanmasını həyata keçirir;
- Vergilər nazirinin və digər rəhbər vəzifəli şəxslərin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin informasiya təminatını təşkil edir;
- Vergilər Nazirliyinin təsis etdiyi mətbu orqanlarının redaksiyalarının tematik planlarının hazırlanmasına və həyata keçirilməsinə yaxından kömək edir, dövriliyinə riayət olunmasına nəzarət edir.