İnformasiya texnologiyaları şöbəsi
Rəis: Eyyub Tofiq oğlu İbrahimov
Baş vergi xidməti müşaviri
İnformasiya texnologiyaları şöbəsinin funksiyaları:
- Qanunvericiliyə uyğun olaraq kommersiya (vergi) sirrinin və xidməti məlumatların qorunmasının təmin edilməsi.
- Vergi sistemində informasiya texnologiyalarının təkmilləşdirilməsi konsepsiyasının hazırlanması və onun həyata keçirilməsinin təmin edilməsi.
- İnformasiya texnologiyaları və proqram təminatı ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi ilə bağlı təkliflərin hazırlanması.
- Proqram təminatı və kommunikasiya xidmətləri göstərən müvafiq qurumlarla nazirliyin struktur bölmələri və vahidləri arasında işin əlaqələndirilməsi.
- Vergilər Nazirliyinə təklif edilmiş yeni proqram və kommunikasiya xidmətlərinin təhlil edilməsi və onların nəticəsi barədə rəhbərliyə təkliflərin verilməsi.