Vergilər Nazirliyinin Mühasibat uçotu şöbəsi
Rəis: Hacıyeva Səfiyyə Tofiq qızı
Baş vergi xidməti müşaviri
Mühasibat uçotu şöbəsinin funksiyaları:
- Vergilər Nazirliyinin inkişaf konsepsiyasını hazırlamaq və onun həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
- Vergilər Nazirliyinin aparatının bütün fəaliyyət dövründə mühasibat uçotunu fasiləsiz həyata keçirmək;
- Vergilər Nazirliyinin aparatının saxlanılması üçün dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə və səmərəli istifadə edilməsini və xərclərin təsnifat kodları üzrə uçotunu həyata keçirmək;
- Vergilər Nazirliyinin büdcədənkənar vəsaitinin təyinatı üzrə və səmərəli istifadə edilməsini və xərclərin təsnifat kodları üzrə uçotunu həyata keçirmək;
- Vergilər Nazirliyinin aktiv və öhdəliklərinin uçotunun həyata keçirilməsinin təmin olunması və onlara nəzarəti təşkil etmək;
- Vergi orqanlarının xidməti istifadəsi üçün alınmış malların Vergilər Nazirliyinin struktur vahidləri və bölmələrinin tələblərinə uyğun olaraq bölüşdürülməsini təmin etmək;
- Müvafiq qanunvericiliyə uyğun olaraq əsas vəsaitlərin, qeyri-maddi aktivlərin və dövriyyə vəsaitlərinin inventarizasiyalarının keçirilməsi, əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və onların nəticələri üzrə köhnəlmiş və yararsız hala düşmüş inventarların silinməsi barədə nazirliyin rəhbərliyinə təkliflər vermək;
- Vergilər Nazirliyinin tabeliyində olan qurumlar tərəfindən mühasibat uçotunun aparılması üzərində metodik rəhbərliyi həyata keçirmək;
- Maliyyə və mühasibat uçotu qanunvericliyinə uyğun olaraq, nazirliyin tabeliyində olan qurumların maliyyə-təsərrüfat fəaliyyətində material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə, dövlət əmlakının qorunmasına nəzarət etmək;
- İlkin uçot sənədlərini, mühasibat uçotu registrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
- Vergilər Nazirliyi və onun tabeliyində olan qurumlarda mühasibat uçotunun avtomatlaşdırılması və tətbiq olunan mühasibat uçotu proqramlarının təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək;
- Vergilər Nazirliyi üzrə mühasibat uçotunun beynəlxalq və milli standartlara uyğun təşkilini həyata keçirmək;
- Vergilər Nazirliyinin aparatının işçilərinə əmək haqlarının (dövlət məvaciblərinin) və digər ödəmələrin (o cümlədən ezamiyyə xərclərinin) düzgün hesablanmasını və vaxtında ödənilməsini, habelə əmək haqlarından (dövlət məvaciblərinin) və digər ödəmələrdən vergi və tutulmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
- Bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədi ilə zəruri tədbirlər görmək;
- Vergilər Nazirliyinin maddi məsul şəxslərinin fəaliyyətini yoxlamaq, yoxlama nəticəsində aşkar edilmiş pozuntular barədə arayışlar hazırlamaq və təkliflər vermək;
- Vergilər Nazirliyi və onun tabeliyində olan qurumlar üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunması nəzərdə tutulan məlumat və hesabatları, o cümlədən icmallaşdırılmış maliyyə hesabatlarını hazırlamaq və Maliyyə-təsərrufat idarəsi ilə razılaşdırmaqla müvafiq orqanlara göndərilməsi üçün Vergilər Nazirliyinin rəhbərliyinə təqdim etmək;
- Maliyyə, büdcə, ştat, kassa və digər norma və intizamlara riayət etmək;
- Maliyyə-təsərrüfat və mühasibatlıq sahələri üzrə nazirin müşavirinin verdiyi göstəriş və tapşırıqların vaxtında və düzgün şəkildə icrasını təmin etmək.