I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

 

Büdcə proqnozlarının icrası üzrə nazirin müşaviri - Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi vəzifəsinin müvəqqəti icraçısı

Məmmədov Habil Amil oğlu
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri


Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin funksiyaları:

  •  

    - Vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunmasına, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə, habelə dövlət rüsumlarının tutulması və aidiyyəti üzrə ödənilməsi vəziyyətinə nəzarət etmək;

    - Həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı müvafiq strukturların fəaliyyətini əlaqələndirmək və müvafiq nəzarət tədbirlərində onların birgə iştirakını təmin etmək məqsədilə tədbirlər görmək;

    - Vergi ödəyicilərinin fəaliyyət göstəricilərini təhlil etmək, qarşılıqlı əməliyyatlarını araşdırmaq və vergidən yayınma riski ehtimalı olan vergi ödəyicilərini müəyyənləşdirməklə müvafiq tədbirlərin görülməsini təmin etmək;

    - Vergi orqanlarında uçota durmayan və ya “Fərqlənmə nişanı” almadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri aşkar edildikdə, həmin vergi ödəyiciləri barədə müvafiq tədbirlər görmək;

    - Respublika ərazisində fəaliyyət göstərən vergi ödəyicilərində keçirilmiş səyyar vergi yoxlamaları və operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə əsasən tərtib edilmiş aktların, aktlar üzrə çıxarılmış qərarların, kameral vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər barədə qərarın, habelə qanunvericiliklə müəyyən edilmiş digər hallarda departamentin qərarının surətini vergi ödəyicilərinə təqdim etmək (göndərmək);

    - Büdcə gəlirləri üzrə proqnoz tapşırıqların yerinə yetirilməsi və vergi ödəyicilərinin real vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillər və araşdırmalar aparmaq, müvafiq tədbirlərin görülməsini təmin etmək;

    - Vergi ödəyicilərinə onların hüquq və vəzifələri barədə məlumatlar, müəyyən edilmiş hesabat formalarının doldurulması, vergilərin hesablanması və ödənilməsi qaydaları barədə izahlar vermək;

    - Hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin və digər ödənişlərin uçotunu aparmaq və həmin məlumatların vergi ödəyicilərinin uçot-məlumat bazasına işlənilməsini təmin etmək;

    - Vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), o cümlədən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən vergi ödəyicilərinin, iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələrin uçotunu aparmaq;

    - Kommersiya qurumlarının dövlət qeydiyyatı, vergi ödəyicilərinin uçotu, bəyannamələrin kameral yoxlanılması, səyyar vergi yoxlaması, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsini və ödənilmiş vəsaitlərin şəxsi hesab vərəqələrinə daxil edilməsi işlərini təşkil etmək və bu zaman vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;

     - Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan Sazişlərin müddəalarına uyğun olaraq vergilərin tətbiqi və alınması mexanizmləri haqqında Protokolların hazırlanması ilə əlaqədar müvafiq təkliflər vermək;

    - Vergi ödəyicilərinə xidmət mərkəzlərinin fəaliyyətini, o cümlədən burada vergi ödəyicilərinə vergi orqanları tərəfindən həyata keçirilən müvafiq xidmətlərin göstərilməsini təşkil etmək;

    - İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmiş protokolların (materialların) baxılması üçün aidiyyəti orqanlara göndərilməsini təmin etmək, departamentin inzibati tənbeh tətbiq etmə haqqında çıxardığı qərarı vergi ödəyicisinə təqdim etmək (göndərmək), inzibati xəta haqqında protokol və qərar üzrə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin etmək;

    - Nəzarət əhatəsinə daxil olan ərazidə malların (işlərin, xidmətlərin) bazar qiymətləri barədə məlumatların toplanması və Vergilər Nazirliyinin məlumat bazasına işlənilməsini təmin etmək;

    - Daxil olmuş ərizələrə əsasən nəzarət-kassa aparatlarının uçota alınmasını, uçotdan çıxarılmasını, qeydiyyat vərəqələrinin verilməsini və bu məlumatların vaxtında vergi ödəyicilərinin uçot məlumat bazasına işlənməsini təmin etmək;

    - Vergi ödəyicilərindən vergi orqanı ilə elektron sənəd mübadiləsinin aparılması barədə ərizələri qəbul etmək, müvafiq müqavilə bağlamaq və onlara istifadəçi kodu, şifrə və parolu təqdim etmək, habelə “ASAN imza”nın verilməsini həyata keçirmək;

    - Aidiyyəti üzrə keçirilən səyyar və kameral vergi yoxlamaları, operativ vergi nəzarəti tədbirləri, kommersiya qurumlarının qeydiyyatı, vergi ödəyicilərinə xidmət və vergi ödəyicilərinin uçotu barədə vergi ödəyicilərinin etirazları ilə əlaqədar onların müraciətlərinə (şikayətlərinə) baxmaq, zəruri hallarda onların qəbulunu təşkil etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;

    - Vətəndaşların qəbulunun, kargüzarlıq və arxiv işlərinin aidiyyəti hüquqi aktların tələblərinə uyğun həyata keçirilməsini təmin etmək, ona ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək;

    - Vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulmasını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlər görmək;

    - Vergi ödəyicilərinin müraciətləri əsasında “Vergi partnyorluğu Sazişi”nin normativ hüquqi sənədlərin tələblərinə uyğun şəkildə bağlanılması işini təşkil etmək;

    - Departamentdə “Vergilər Nazirliyinin Daxili Nəzarət Prosedurları”, “Vergi orqanlarında daxili nəzarət sisteminin təşkili Qaydaları”na və Vergilər Nazirliyinin digər təşkilati-sərəncam sənədlərinə uyğun olaraq öz səlahiyyətləri daxilində daxili nəzarəti təşkil etmək;

    - Dövlət satınalmalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirmək və bu barədə aidiyyəti dövlət orqanlarına məlumat vermək;

    - Qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

  •  

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top