I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

 

Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamenti

Rəis: Şirinov Natiq Telman oğlu
Baş vergi xidməti müşaviri 

Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin funksiyaları:
 

- Vergi ödəyicilərinin fəaliyyət göstəricilərini təhlil etmək, qarşılıqlı əməliyyatlarını araşdırmaq və vergidən yayınma riski ehtimalı olan vergi ödəyicilərini müəyyənləşdirməklə müvafiq tədbirlərin görülməsini təmin etmək;

- Hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin və digər ödənişlərin uçotunu aparmaq və həmin məlumatların vergi ödəyicilərinin uçot-məlumat bazasına işlənilməsini təmin etmək;

- Büdcə gəlirləri üzrə proqnoz tapşırıqların yerinə yetirilməsi və vergi ödəyicilərinin real vergi potensialının müəyyən edilməsi istiqamətində təhlillər və araşdırmalar aparmaq, müvafiq tədbirlərin görülməsini təmin etmək;

- Vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əməl olunmasına, vergi bəyannamələrini və digər hesabat sənədlərini, o cümlədən dövlət rüsumuna dair hesabatların vaxtında verilməsinə, vergilərin və digər daxilolmaların düzgün hesablanmasına, dövlət büdcəsinə tam və vaxtında ödənilməsinə nəzarət etmək;

- Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan Sazişlərin müddəalarına uyğun olaraq, vergilərin tətbiqi və alınması mexanizmləri haqqında Protokolların hazırlanması ilə əlaqədar müvafiq təkliflər vermək;

- Hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan Sazişlər üzrə “Əlavə dəyər vergisinin sıfır faiz dərəcə ilə tutulması haqqında” Sertifikatları hazırlamaq və karbohidrogen fəaliyyəti ilə məşğul olan müəssisələrə təqdim edilməsini təmin etmək;

- Müasir idarəetmə alətləri tətbiq etməklə ədalətli, çevik, effektiv və səmərəli vergi nəzarətini həyata keçirmək, vergi ödəyiciləri üzrə vergi öhdəliklərinin yerinə yetirilməsini təhlil etmək və müvafiq tədbirlərin görülməsini təmin etmək;

- Vergi ödəyicilərinin, onların filiallarının, nümayəndəliklərinin və ya digər təsərrüfat subyektlərinin (obyektlərinin), o cümlədən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçən vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin uçotunu aparmaq;

- Vergi ödəyicilərinə vergi yoxlaması və vergi nəzarəti tədbirlərinin nəticələrinə əsasən tərtib edilmiş aktların, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda tərtib olunan inzibati xəta haqqında protokolların, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda Departamentin qərarının surətini vergi ödəyicilərinə təqdim etmək (göndərmək);

- Vergi ödəyicilərinə onların hüquq və vəzifələri barədə məlumatlar, müəyyən edilmiş hesabat formalarının doldurulması, vergilərin hesablanması və ödənilməsi qaydaları barədə izahlar vermək;

- Vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası məbləğlərinin qaytarılması və ya əvəzləşdirilməsi, habelə onlardan düzgün tutulmayan vergi, faiz, maliyyə sanksiyası məbləğlərinin, inzibati cərimələrin və dövlət rüsumunun geri qaytarılması ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək;

- Malların (işlərin, xidmətlərin) bazar qiymətləri barədə məlumatların toplanması və Vergilər Nazirliyinin məlumat bazasına işlənilməsini təmin etmək;

- Vergi qanunvericiliyinin pozulması hallarına dair məlumatları toplamaq, təhlil etmək və qiymətləndirmək, belə halların baş verməsinə gətirib çıxaran səbəblərin və şəraitin aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

- Vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək vergi nəzarəti tədbiri zamanı araşdırmaq və tədbir başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək;

- İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmiş protokolların (materialların) baxılması üçün aidiyyəti orqanlara göndərilməsini təmin etmək, Departamentin inzibati tənbeh tətbiq etmə haqqında çıxardığı qərarı vergi ödəyicisinə təqdim etmək (göndərmək), inzibati xəta haqqında protokol və qərar üzrə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin etmək;

- Vergi ödəyicilərinin müraciətləri əsasında “Vergi partnyorluğu Sazişi”nin normativ hüquqi sənədlərin tələblərinə uyğun şəkildə bağlanılması işini təşkil etmək, vergi ödəyicisi tərəfindən “Vergi partnyorluğu Sazişi” ilə müəyyən edilmiş öhdəliklərə əməl edilməsinə nəzarət etmək, vergi orqanının “Vergi partnyorluğu Sazişi” üzrə öhdəliklərinin icrasını təmin etmək;

- Məhkəmə orqanlarında iddiaçı, üçüncü şəxs və ya cavabdeh, cinayət işləri üzrə mülki iddiaçı və ya zərərçəkmiş şəxs qismində iştirak etmək, vergi orqanının mənafeyinə uyğun olmayan qərarlardan şikayətlərin verilməsini təmin etmək;

- Dövlət satınalmalarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirmək və bu barədə aidiyyəti dövlət orqanlarına məlumat vermək;

- Qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top