Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti
Rəis: İsmayılov Vüqar İsmət oğlu
Ədliyyə müşaviri
Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin funksiyaları:
- Vergi ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlər üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlama, təhqiqat və istintaq aparmaq, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək.
- Vergi ödəməkdən yayınma və vergi orqanlarının səlahiyyətlərinə aid edilmiş digər cinayətlərə qarşı mübarizə sahəsində vergi orqanlarının hüquq-mühafizə orqanları ilə, o cümlədən, xarici dövlətlərin hüquq-mühafizə qurumları ilə işgüzar münasibətlər yaratmaq.
- Zəruri hallarda xidməti vəzifələrinin icrası zamanı vergi orqanlarının əməkdaşlarının şəxsi təhlükəsizliyini təmin etmək üçün müəyyən edilmiş qaydada tədbirlər görmək.
- Qeyd olunan vəzifələrin həyata keçirilməsi üçün Departamentə Azərbaycan Respublikası CM-nin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq) və 213-cü (Vergi ödəməkdən yayınma), 213.1 (Aksiz vergisini ödəməkdən yayınma) maddələri üzrə cinayət işlərinin təhqiqatı və istintaqı başlanması, habelə Azərbaycan Respublikası prezidentinin "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında" 28.09.2002-ci il tarixli Fərmanı ilə CM-nin 192,193, və 213-cü maddələrilə cinayət işləri başlandıqda bu cinayətlərin ibtidai istintaqı zamanı həmin məcəllənin daha 26 maddəsində nəzərdə tutulan cinayətlər üzrə, o cümlədən, 178-ci (Dələduzluq), 179-cu (Mənimsəmə və ya israf etmə), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309-cu (Vəzifə səlahiyyətini aşma), 311-ci (Rüşvət alma), 312-ci (Rüşvət vermə), 313-cü (Vəzifə saxtakarlığı), 314-cü (Səhlənkarlıq) və iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərlə bağlı digər maddələr üzrə ibtidai istintaqın aparılması səlahiyyəti də Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə verilmişdir.