Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamenti
Rəis: Yunusov Məhəmməd İlham oğlu,
Vergi xidməti müşaviri
Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin funksiyaları:
- “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na uyğun olaraq Vergilər Nazirliyinin səlahiyyətlərinə dair sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, məlumatlandırma və məsləhət xidməti göstərilməsi, müraciətlərin qəbulu və yönəldilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyət göstərmək;
- Vergilər Nazirliyinin Çağrı Mərkəzinin fasiləsiz fəaliyyət göstərməsini təşkil etmək, o cümlədən daxil olacaq müraciətlərin proqnozlaşdırılmasını, növbə qrafiklərinin hazırlanması və icrasına nəzarəti və real vaxtda idarəetməni həyata keçirmək;
- Vergilər Nazirliyinin Çağrı Mərkəzinin səsli menyusu vasitəsi ilə müraciət edən şəxslərə müvafiq xidmətlərin göstərilməsini və vergi ödəyicilərinin mesaj xidməti vasitəsi ilə məlumatlandırılmasını, yeni layihələrin tətbiqi imkanlarının araşdırılmasını və həyata keçirilməsini təşkil etmək;
- Vergilər Nazirliyinin Çağrı Mərkəzində əsas fəaliyyət göstəricilərini tətbiq etməklə təhlillər aparmaq, hesabatlar hazırlamaq, funksional istiqamətinə uyğun beynəlxalq təcrübəni öyrənmək, fəaliyyətin təkmilləşdirilməsi və əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin artırılması istiqamətində tədbirlər görmək;
- Vergi qanunvericiliyi və inzibatçılığı barədə daxil olmuş sənədlərin layihəsinə münasibət bildirmək, vergi qanunvericiliyində və inzibatçılığında ziddiyyətlərin olduğu aşkarlandıqda onların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirmək;
- Vergilər Nazirliyinin Çağrı Mərkəzinin, eləcə də təmsilçilərin göstərdiyi xidmətlərin keyfiyyətinin qiymətləndirilməsini və monitorinqini həyata keçirmək;
- Müvafiq sahədə vergi siyasətinin formalaşmasında iştirak etmək, bununla bağlı Vergilər Nazirliyinə təkliflər vermək və bu siyasətin həyata keçirilməsini təmin etmək;
- Müvafiq sahənin inkişafını təmin etmək;
- Müvafiq sahədə normayaratma fəaliyyətini həyata keçirmək;
- Departamentdə müvafiq sahə üzrə təşkilati və nəzarət tədbirlərini həyata keçirmək;
- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.