I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Rights.az

Azərbaycan Respublikası qanunvericilik toplusu. Məcəllələr, Rüsumlar, Tariflər, Qaydalar və onların izahı

Qanunlar, Sənəd nümunələri,ərizələr, icra orqanları,nazirliklər,məhkəmələr,prokurorluglar

Xoş gəlmisiniz

1. Əsas sosial - iqtisadi göstəricilərin indeksləri, əvvəlki ilə nisbətən, faizlə
                     
  2005 2006 2007 2008 2009 2010 2011 2012 2013 2014
Ümumi Daxili Məhsul (ÜDM) 126.4 134.5 125.0 110.8 109.3 105.0 100.1 102.2 105.8 102.8
Sənaye məhsulu 133.5 136.6 124.0 106.0 108.6 102.6 95.0 97.7 101.8 99.3
Kənd təsərrüfatı məhsulu 107.5 100.9 104.0 106.1 103.5 97.8 105.8 106.6 104.9 97.4
Əsas kapitala investisiyalar 117.2 115.2 119.8 131.8 81.6 121.2 127.3 118.5 115.1 98.3
Nəqliyyat sektorunda yük daşınması 109.4 113.5 115.1 109.3 104.0 103.2 103.6 103.6 103.4 101.9
Nəqliyyat sektorunda sərnişin daşınması 104.8 106.3 108.0 108.2 106.9 104.5 107.5 108.4 108.0 104.7
İnformasiya və rabitə xidmətləri 138.1 123.0 127.3 129.8 113.5 129.7 113.3 115.9 110.7 115.1
Pərakəndə əmtəə dövriyyəsi 113.0 113.5 114.9 115.5 108.7 108.8 110.2 109.6 109.9 110.0
İaşə dövriyyəsi 126.1 128.3 135.7 134.9 117.1 116.3 122.6 118.8 116.0 118.2
Əhaliyə göstərilən pullu xidmətlər 126.1 142.1 133.8 129.7 112.5 110.8 107.8 108.0 108.2 107.2
Bir işçinin orta aylıq əmək  haqqı 124.3 120.6 144.8 127.2 108.6 111.2 109.9 109.4 106.7 104.6
Əhalinin gəlirləri 122.3 126.5 142.7 142.4 109.0 113.3 119.2 113.9 108.0* 104.8
Əhalinin xərcləri  117.3 126.1 137.1 141.3 109.6 110.5 115.2 110.7 114.1* 111.6
Əhalinin sərəncamında qalan gəlirlər 123.4 125.1 143.1 145.2 111.3 114.2 119.2 114.3 107.2* 105.1
Adambaşına düşən ÜDM 124.9 133.0 123.4 109.3 107.9 103.7 98.8 100.8 104.4 101.5
İstehlak qiymətləri  109.6 108.3 116.7 120.8 101.5 105.7 107.9 101.1 102.4 101.4
*) ilkin məlumatlar                      

Konstitusiya

Maddə 13. Mülkiyyət

I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

Qaynar xətt nömrələri

Daxili İşlər Nazirliyi-102

Fövqəladə Hallar Nazirliyi-112

Vergilər Nazirliyi-195

İqtisadi İnkişaf Nazirliyi-195-2

Ədliyyə Nazirliyi-195

İnsan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin Qaynar xətti-152

Qeydiyyat və Notariat Baş İdarəsi-1650

Dövlət Miqrasiya Xidməti-919

Dövlət Gömrük Komitəsi-195

Yanğın xidməti-101

Polis-102

Təcili yardım-103

 

Sənəd nümunələri

İddiya ərizələri, şikayət nümunələri, əmək müqaviləsi,

Sənədlər

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

 

Konstitusiya

Təqsirsizlik prezumpsiyası prinsipi

 

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.

 

Maddə 5. Yol hərəkəti sahəsində hüquqi şəxslərin vəzifələri

I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:

1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;

2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;

3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindəəmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;

4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;

5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;

6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.

II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.

 

Yol Hərəkəti haqqında qanun

Go to top