I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

 

Vergilər Naziri
I dərəcəli dövlət vergi xidməti müşaviri

Fazil Əsəd oğlu Məmmədov


1964-cü ildə Şamaxı rayonunda anadan olub.

1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib.

1987-89-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb.

1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit texnikumunda müəllim, kafedra müdiri işləyib.

1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib.

1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri təyin olunub.

1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.

1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib.

2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib.

Ailəlidir, üç övladı var.

 

Go to top