"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
İbtidai araşdırma
Cinayət işi üzrə ibtidai istintaq və təhqiqat növündə məhkəməyədək aparılan icraat.

 

İcarə
Əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etmək.
 
İcarə müddəti
Tərəflər arasında icarəyə verilmiş (icarəyə götürülmüş) aktivdən istifadə barəsində razılaşdırılmış müddət.
 
İcarə müqaviləsi
İcarəyə verənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd.
 
İcarə ödəmələri
İcarəçi tərəfindən icarə müddəti ərzində müqaviləyə əsasən hissə-hissə həyata keçirilən ödəmələr.
 
İcbari sığorta
Qanunla nəzərdə tutulan sığorta.

 

İcmal büdcə
Dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin (büdcədənkənar əməliyyatlar da daxil olmaqla) və büdcədənkənar dövlət fondlarının gəlir və xərclərini funksional və iqtisadi təsnifata uyğun paraqraflar səviyyəsində əks etdirən maliyyə sənədi.
 
İcmal maliyyə hesabatları
Vahid bir hüquqi şəxsin maliyyə hesabatları kimi təqdim edilən qrupun maliyyə hesabatları.
 
İcraçı
İş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar.
 
İcraçı
İş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar.
 
İctimai birlik
Təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatı.
 
İctimai informasiya
Qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilər.
 
İdarə
-Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. -İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. -İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. -İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. -Dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.

 

İdentikləşdirmə
Heyvanların və heyvandarlıq müəssisələrinin, heyvan mənşəli məhsulların emalı, saxlanması və satışı obyektlərinin, həmçinin heyvanlar üçün yem və baytarlıq təyinatlı bioloji preparatlar istehsalçılarının uçota alınması (kodlaşdırılması).
 
İdman
Müxtəlif fiziki hərəkətlər kompleksi vasitəsilə sistematik olaraq şəxsin fiziki hazırlığının təkmilləşdirilməsinə, mübariz və mənəvi keyfiyyətlərinin formalaşmasına, yarışlarda nəticələr göstərilməsinə yönəldilmiş fiziki tərbiyənin tərkib hissəsi.
 
Go to top