Термин | Определение |
---|---|
Babl | 1) Uğursuz, baş tutmamış maliyyə əməliyyatı. 2) Müflis elan olunmuş müəssisə. |
Bağlanış | 1) əməliyyat gününün axırında fond birjasında hazırkı buraxılışa dair son əməliyyatın qiyməti; 2) qiymətli kağızların yeni buraxılışının təqdim olunduğu günü, bütün maraqlı tərəflərin son görüşü; 3) mühasibat balansının hazırlanıb, yekunlaşdırılması. |
Bağlı (konvertasiya olunmayan) Valyuta | bir ölkə daxilində dövr edən və başqa valyuta ilə dəyişdirilməyən milli valyutadır. |
Bağlı Depozit | müştərinin banka bağlı və ya möhürlənmiş şəkildə verdiyi əşya ilə bağlı bank əməliyyatıdır. Bankın həmin əşyanı açmaq ixtiyarı yoxdur. |
Balans | müəssisənin müəyyən vaxt ərzindəki maliyyə vəziyyətini əks etdirən maliyyə hesabatının bir növüdür. |
Balans Cədvəli | iki hissəyə ayrılmış cədvəl olub, bir tərəfində passivlər (kapital), digər tərəfində aktivlərdir. Balansda passivlərin və aktivlərin cəmi bərabər olur |
Balans Dəyəri | şirkətin mühasibat hesablarında qeyd edilmiş aktivlərin dəyəri. |
Balans Gəliri (itkisi) | müəssisənin bütün təsərrüfat əməliyyatlarının və balans bəndlərinin qiymətləndirilməsi nəticəsində müəyyən edilmiş, məhsulların realizasiyasından, əsas vəsaitlərdən, müəssisənin digər əmlakından və realizasiyadan kənar gəlirlərdən bu əməliyyatlar zamanı çəkilən bütün xərcləri çıxdıqdan sonra qalan maliyyə nəticələrinə deyilir. |
Balans Hesabatı | müəssisənin, firmanın konkret bir dövrə, tarixə aktivlərinin, passivlərinin və xüsusi kapitalının xalis dəyərinin yekun hesabatıdır. |
Balans İtkiləri | məhsulların realizasiyasından, əsas vəsaitlərdən və müəssisənin digər əmlaklarından, həmçinin realizasiyadan kənar əməliyyatlardan olan itkilərin cəmidir ki, bu da həmin əməliyyatlar üzrə ümumi xərclərdən çəkilir. |
Balans Kəsiri | balansın xərc hissəsinin məbləğinin gəlir hissəsinin məbləğini üstələməsi |
Balans Modeli | tənlik və ya tənliklər sistemi şəklində qurulan, balans nisbətini, daxil olan (istifadə edilən, alınan) və bölüşdürülən, işlədilən məhsulu xarakterizə edən iqtisadi-riyazi modeldir, iqtisadiyyatın bütün sahələrində istifadə edilən iqtisadi modeldir. |
Balans Mənfəəti | müəssisənin, firmanın əsas vəsaitlərinin bütün 33 obyektlərinin balans cədvəllərində əks etdirilən və onun balansına daxil edilən dəyəridir |
Balans Transferti | mülk sahibi tərəfindən şəxsiyyəti göstərmədən adlı kağızı imzalamaqla, mülkiyyət hüququnun verilməsi sənədidir. |
Balansdankənar Hesab | 1) bankın mühasibat uçotunda bankın aktivlərinə aid olmayan dəyərlər, habelə pul sənədləri və əməliyyat aparılması üçün sərəncamlar nəzərə alınan hesabdır. 2) valyutanı geri almaq hüququ verən bank hesabıdır. Bu hesabda satılmış valyuta vəsaitlərinin manatla miqdarı göstərilir. |