Термин | Определение |
---|---|
Camaşırxana | Xidmət obyekti olub xüsusi avadanlıqlarla təmin olunmaqla sifariş əsasında paltarların, yataq ləvazimatlarının, iaşə obyektləri üçün süfrələrin, əl dəsmallarının və s. yuyulması ilə məşğul olur. |
Canlı yayım | Teleradio verilişlərinin əvvəlcədən lentə alınmadan birbaşa ötürülməsi. |
Çap məhsulu | Poliqrafiya müəssisələrində çap texnikası vasitəsilə hazırlanan dövri mətbu nəşrlər, nəşriyyat məhsulları (elektron nəşrlərdən başqa) və bütün növlərdən olan poliqrafiya məhsullarının məcmusu. |
Cari icarə | Maliyyə icarəsindən fərqli olan istənilən icarə. |
Cari kreditlər | Müqavilədə nəzərdə tutulmuş tarixlərə əsas məbləği və faizləri ödənilən kreditlər. |
Cari öhdəliklər | Bir il ərzində, yaxud adi (normal) əməliyyat dövründə (bu dövr bir ildən çox olmamaqla) ödənişi nəzərdə tutulan alınmış ssudalar, qiymətli kağızlar, verilmiş veksellər və s. öhdəliklər. |
Casusluq | Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilmə. |
Çay | Yarpağı, tumurcuqları və zərif gövdəsi emal ediləndən sonra çay içkisi kimi istehlak olunan həmişəyaşıl çoxillik subtropik bitki |
Çay məhsulları | Çay yarpağının emalı yolu ilə istehlak üçün hazırlanmış məxməri, preslənmiş, tozvari və qatılaşdırılmış çay növləri |
Çay sənayesi | Ç ay yarpağını ilkin emal edən, onun yarpağından çay məhsulları istehsal edən və qablaşdıran yeyinti sənayesi sahəsi |
Çay əkini materialları | Ç ay plantasiyalarının salınmasında, bərpasında və təmirində istifadə edilən veqetativ və generativ üsullarla çoxaldılan tinglər |
Çayçılıq | |
Çek | Orderli qiymətli kağız olub, ifadə etdiyi pul məbləğinin çek sahibinə ödənilməsi barədə çek verənin banka verdiyi və heç nə ilə şərtləşdirilməyən yazılı sərəncamından ibarətdir. |
Çeşni | Toxunması nəzərdə tutulmuş xalçanın kompozisiyasının, naxış tərtibatının rəssam tərəfindən hazırlanmış texniki layihəsi. |
Cinayət | Cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi. |