Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrin verilməsi
Xidməti həyata keçirən orqan:
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti
Tələb olunan sənədlər
İş icazəsi almaq üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:
1. ərizə-anket;
2. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun və ya digər sərhədkeçmə sənədinin surəti;
3. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
4. nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
5. Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surəti;
6. işəgötürən:
6.1. hüquqi şəxs olduqda – hüquqi şəxsin nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
6.2. fiziki şəxs olduqda – fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
7. əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması haqqında tibbi arayış.
Qeyd 1: Tibbi arayışlarla əlaqədar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Bakı şəhəri, Tbilisi prospekti 3166 ünvanında yerləşən Respublika Diaqnostika Mərkəzinə və ya Bakı şəhəri, Nərimanov rayonu, A.Molla Cümə küç., 11 “B” ünvanında yerləşən Beynəlxalq Tibb Mərkəzinə (İnternational Medical Centre) müraciət edə bilərlər.
Qeyd 2: İş icazəsi 1 il müddətinə, əmək müqaviləsinin 1 ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. İş icazəsinin müddəti hər dəfə 1 ildən çox olmamaq şərti ilə uzadıla bilər. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış ərizə ilə müraciət etməlidir. İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən ərizə-anketi, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin nəzərdə tutulan işi yerinə yetirmək üçün tələb edilən ixtisasa malik olduğunu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surətini, Azərbaycan Respublikasının ərazisində başqa əsaslarla olan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində qalmasına hüquq verən müvafiq sənədin surətini, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin (insanın immunçatışmazlığı virusu infeksiyası, hepatit B və C virusları) daşıyıcısı olmaması haqqında tibbi arayışı təqdim etməlidir.
Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə Dövlət rüsumunun məbləği:
|
|
3 ayadək |
350 manat |
6 ayadək |
600 manat |
1 ilədək |
1000 manat
|