I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası

Tələb olunan sənədlər:    
 
  • Avtomobilin texniki pasportu;
  • Şəxsiyyət vəsiqəsi.

 

Xidmət haqqı (bir illik):

Avtonəqliyyat vasitəsinin növü

Sığorta haqqı (manat)

Fiziki şəxslər üçün

Hüquqi şəxslər üçün

1

 Minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə

   

 - 50 sm3 – 1500 sm3

50

60

 - 1501 sm3 – 2000 sm3

75

90

 - 2001 sm3 – 2500 sm3

100

120

 - 2501 sm3 – 3000 sm3

125

150

 - 3001 sm3 – 3500 sm3

150

180

 - 3501 sm3 – 4000 sm3

175

210

 - 4001 sm3 – 4500 sm3

200

240

 - 4501 sm3 – 5000 sm3

225

270

 - 5000 sm3 – dən çox

250

300

2

 Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə

 

 

 9 – 16

150

180

 16 – dan artıq

200

240

3

 Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə

 

 

 3500 kq-dan çox olmadıqda

150

180

 3501 kq – 7 000 kq

200

240

 7000 kq – dan yuxarı

250

300

4

Motosikletlər və motorollerlər

50

60

5

Qoşqular və yarımqoşqular

25

30

6

Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələr

50

60

7

Trolleybuslar və tramvaylar

100

120

 

 

Müddət:                                                                Dərhal

 


Qeyd1:   Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının bərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 
Qeyd2: Avtonəqliyyat vasitələrinin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası icbaridir:
   
 Qeyd3:





Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:
  • Fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 (əlli min) manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 (beş min) manat;
  • Üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 (beş min) manat.
 Qeyd4:


Azərbaycan Rеspublikasının ərazisinə tranzit məqsədilə daxil olan xarici ölkədə qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sahibləri ilə müvafiq icbari sığorta müqavilələri bir ay müddətinə bağlanılır və sığorta haqları yuxarıda göstərilən müvafiq avtonəqliyyat vasitəsinə görə hesablanan bir illik sığorta haqqının 25 faizi həcmində müəyyən edilir.
 Qeyd5:

 Avtonəqliyyat sahiblərinə, sığorta ilə bağlı hadisə baş vermədikdə, hər il dövlət tərəfindən 5% endirim olunur (il ərzində sığortalanmış günlərin sayı 275-dən çox olmalıdır).
Go to top