I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Mənzillər üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, texniki pasportların verilməsi

Xidmətlə bağlı ödəniş sahəsi:
 
 

Mənzillər üzərində hüquqların dövlət qeydiyyatı hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.

 

Notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mənzillərə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər:

  • ərizə;
  • ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə (hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir);
  • alqı-satqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, nikah kontraktı və s.;
  • daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 

Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışı olan mənzillərin hərrac vasitəsilə əldə edildiyi halarda mənzillər üzərində mülkiyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər:

  • ərizə;
  • ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə (hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir);
  • qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
  • ipoteka qoyulmuş əmlakın hərracda satış halı istisna olmaqla, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamə;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 

Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarışı olan mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən itirilmiş, yararsız hala düşmüş və ya təmamilə məhv olmuş sənədlərin dublikatının verilməsi üçün tələb olunan sənədlər:

  • ərizə;
  • ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə (hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir);
  • mətbu nəşrlərdə dərc edilmiş elan;
  • Bakı şəhəri üzrə Bakı şəhər Baş Polis İdarəsinin tapıntılar bürosundan, regionlarda isə müvafiq rayon Polis idarələri tərəfindən verilən arayış
  • yararsız hala düşmüş mülkiyyət hüququnu təsdiq edən sənədin əsli;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd. 

 

Dövlət rüsumunun məbləği:

Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi

30 manat

(10 iş gününə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayı şəhərlərində və Abşeron rayonunda 6 iş gününə verildikdə 30 manat x/h, 3 iş gününə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 6 iş gününə verildikdə 26 manat x/h, 3 iş gününə verildikdə 30 manat x/h )

Vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında əldə edilmiş daşınmaz əmlakın qeydiyyatı

20 manat

(10 iş gününə verildikdə 20 manat x/h, Bakı, Gəncə, Sumqayı şəhərlərində v Abşeron rayonunda 6 iş gününə verildikdə 30 manat x/h, 3 iş gününə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 6 iş gününə verildikdə 26 manat x/h, 3 iş gününə verildikdə 30 manat x/h )

 

Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi

10 manat (x/h 20 manat)

Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar

Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.

Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar mülkiyyət şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu tutulmur.

Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur. 

 

Mənzillərə texniki pasportların verilməsi

Mənzillərə texniki pasportlar aşağıdakı sənədlər əsasında verilir:

-   ərizə (müraciət);

-   ərizə verən şəxsin şəxiyyətini təsdiq edən sənəd;

-   mülkiyyət hüququnu təsdiq edən sənəd (olduğu halda);

-   daşınmaz əmlakın texniki göstəricilərinə dair texniki sənədlər (olduğu halda);

-   dövlət rüsumunun ödənilməsi barədə sənəd.

 

Dövlət rüsumunun məbləği:

-   mənzillərə dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün – 50 manat (Bakı, Gəncə, Sumqayıt şəhərlərində və Abşeron rayonunda 14 günə verildikdə 30 manat x/h, 7 günə verildikdə 40 manat x/h, digər şəhər və rayonlarda 14 günə verildikdə 26 manat x/h, 7 günə verildikdə 30 manat x/h);

-   mənzillərə dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi – 10 manat.

Qeyd:

Mənzillərin texniki iventarlaşmasının aparılması üçün ümumi sahəsi 50 m2-ə qədər olduqda 12 manat x/h alınır, və ümumi sahəsi 50-m2-dən çox olduqda artıq hər 1 m2 sahə üçün əlavə - 0.20 manat x/h tutulur.

Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqları qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər.

Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların və texniki pasportların itirilməsi zamanı onların dublikatının verilməsi üçün Bakı şəhəri üzrə Bakı şəhər Baş Polis İdarəsinin tapıntılar bürosundan, regionlarda isə müvafiq rayon Polis idarələri tərəfindən verilən arayış və qəzetdə həmin sənədin itirildiyinə dair elan olan səhifə təqdim olunmalıdır.

Daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsinə görə 20 manat x/h tutulur.

Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması (bu bölmənin xidmət haqqı I bölmənin müvafiq tariflərinə 0,2 əmsal tətbiq edilməklə, lakin minimum məbləğ 14,0 manatdan az olmamaqla hesablanır) (baş vermiş dəyişikliklər 30 %-dən çox olduğu hal istisna olmaqla).

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi və fiziki şəxslərə məxsus daşınmaz əmlakın sığortası icbaridir. 

Məlumat üçün bildiririk ki, daşınmaz əmlakın icbari sığortası “ASAN xidmət” mərkəzlərində həyata keçirilə bilər. 

Go to top