Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən fərdi yaşayış evlərinin yerləşdiyi qanuni istifadə olan həyətyanı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı üçü
tələb olunan sənədlər bunlardır:
- ərizə;
- fərdi yaşayış evinə aid dövlət reyestrindən çıxarış və ya qeydiyyat vəsiqəsi;
- xidmətin arxivində hüquq müəyyənedici sənəd (ilkin torpaq ayırma sənədləri) olmadıqda, torpaq sahəsinin qanuni istifadəyə verilməsi barədə hüquq müəyyənedici sənəd (ilkin torpaq ayırma sənədləri);
- fərdi yaşayış evinin texniki pasportu;
- torpaq sahəsinin planı və ölçüsü;
- dövlət rüsumunun ödənilməsi barədə qəbz.