Bu sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən daşınmaz əmlak üzərində hüquqların qabaqcadan qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır:
- ərizə (müraciət);
- tikintiyə icazə sənədləri, tikintinin plan-cizgisi, təsdiq edilmiş layihə, inşaat pasportu;
- hüquq əldə edənə kreditin verilməsi və ya bina sahibinin hesabına kreditin köçürüləcəyi haqqında müqavilə yaxud mənzilin və ya qeyri-yaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd və ya mənzil sertifikatı.
- dövlət rüsumunun ödənilməsi barədə qəbz.