“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 30 (otuz) manat, 26.1.2-ci maddəsinə görə daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 50 (əlli) manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulur. Həmin Qanunun 26.3-cü maddəsinə əsasən, dövlət reyestrindən arayışın verilməsi üçün 10 manat dövlət rüsumu ödənilməlidir.
«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur.