Tikili və həyətyanı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması üçün aşağıdakı sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə təqdim edilməlidir:
- ərizə
- tikilinin yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə olduğunu təsdiq edən sənədlər
- tikilinin qanuni əsaslarla əldə edilməsini və ya qanunvericiliklə müəyyən edilmiş qaydada inşa edilməsini təsdiq edən sənədlər
- şəxsiyyəti təsdiq edən sənəd (hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, notariat qaydasında təsdiqlənmiş etibarnamə də əlavə edilməlidir).
- dövlət rüsumunun ödənilməsi barədə qəbz