Mənzil-tikinti kooperativi tərəfindən inşa edilmiş binada yerləşən mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün aşağıdakı sənədlər tələb olunur:
- ərizə
- ərizəçinin MTK üzvləri sırasına qəbul olunmasını təsdiq edən kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış
- kooperativ mənzil üçün payın tam ödənilməsini təsdiq edən maliyyə arayışı
- notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi
- binanın istismara qəbul edilməsi haqqında qəbul komissiyasının aktı
- ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd
- dövlət rüsumunun ödənilməsi barədə qəbz
01 oktyabr 2009-cu il tarixdən etibarən mənzillərə orderlərin verilməsi dayandırılıb.