
Daşınmaz əmlak satışının sadələşdirilmiş vergiyə cəlb edilməsi
Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən notarius tərəfindən ödəmə
mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunur.
Aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsindən vergi tutulmur:
•fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi,
•daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi,
•daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması,
•əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi.
Vergi yaşayış və qeyri-yaşayış sahələrinin hər kvadratmetri üçün 15 manat olmaqla aşağıda göstərilən qaydada hesablanır:
VM= S x ZƏ x 15 manat
VM – ödənəcək verginin məbləği
S – daşınmaz əmlakın sahəsi (m²-lə)
ZƏ - Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş zona əmsalı
|
ZONALAR |
ZONA ƏMSALI |
|
BAZA MƏBLƏĞİ |
VERGİ MƏBLƏĞİ |
|
|
|
|
|
|
|
|
BAKI ŞƏHƏR |
İ |
|
|
|
|
|
|
|
|
ZONA 1 |
4,0 |
|
15 manat |
60 manat |
|
ZONA 2 |
|
3,0 |
|
|
45 manat |
ZONA 3,4 |
2,2 |
|
|
33 manat |
|
|
|
|
|
|
|
ZONA 5,6 |
|
1,8 |
|
|
27 manat |
ZONA 7,8,9 |
1,5 |
|
|
22,5 manat |
|
|
|
|
|
|
|
ZONA 10,11,12 |
1,2 |
|
|
18 manat |
|
|
|
|
|
|
|
|
|
DİGƏR REGİONLAR |
|
||
|
|
|
|
|
|
Gəncə, Sumqayıt və Xırdalan |
1,5 |
|
15 |
22,5 manat |
|
Abşeron rayonunun qəsəbə və |
1,2 |
|
15 |
18 manat |
|
kəndləri (Xırdalan şəhəri istisna |
|
|
|
|
|
olmaqla), Şirvan, Mingəçevir, |
|
|
|
|
|
Naxçıvan, Lənkəran, Yevlax, Şəki |
|
|
|
|
|
və Naftalan |
|
|
|
|
|
digər rayon |
(şəhər) və qəsəbələr |
0,5 |
|
15 |
7,5 manat |
(kəndlər) |
|
|
|
|
|

Qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı isə vergi məbləği əlavə 1,5 əmsal tətbiq edilməklə hesablanır:
VM = S x ZƏ x 15 manat x 1.5
1.5 – qeyri-yaşayış sahələri üçün tətbiq olunan əmsal
----------------
Misal 1: Qurbanov Fərid “İçərişəhər” metro stansiyasının (Zona 1) yaxınlığında yerləşən və sahəsi 100 m2 olan mənzildə 3 il yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin mənzilin satışı zamanı sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
100 m2 x |
15 manat |
|
x 4 = 6000 manat |
|||
|
|
|
|
|
Zona |
|
|
|
|
Baza |
|
|
|
Mənzilin |
|
|
||||
sahəsi |
|
|
məbləğ |
|
əmsalı |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Misal 2: Tural Sultanovun mülkiyyətində 6-cı zonada sahəsi 300 m2 qeyri-yaşayışsahəsi - zirzəmi var. Həmin zirzəmi təqdim etdiyi zaman sadələşdirilmiş vergi məbləği aşağıdakı kimi hesablanır:
300 m2 x |
15 manat |
x 1,8 |
x 1.5 = 12150 manat |
|||||
|
|
|
|
|
|
|
|
|
|
|
Baza |
|
|
|
|
Qeyri- |
|
|
|
|
Zona |
|
|
|||
Zirzəminin |
|
|||||||
sahəsi |
|
məbləğ |
|
əmsalı |
|
|
yaşayış |
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
Misal 3: Fiziki şəxs mülkiyyətində olan və Bakı şəhəri üzrə 2-ci zonada (3,0 əmsal) yerləşən 100 kvadrat metr sahəsi olan mənzilini və 3-cü zonada (2,2 əmsal) yerləşən 150 m2sahəsi olan ticarət obyektini təqdim etmişdir.
Alqı-satqı əməliyyatlarını rəsmiləşdirən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi aşağıdakı kimi hesablanır:
Mənzilin satışı üzrə: 100 m2 x 15 man. x 3 zona əmsalı =4.500 manat;
Ticarət obyektinin satışı üzrə: 150 m2 x 15 man. x 2,2 zona əmsalı x 1.5 əmsal =7.425 manat.
Cəmi ödənilməli vergi: 11.925 manat.
Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergialqı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən hesablanaraq tutulur, 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödənilir və bu barədə “Yaşayış və qeyri- yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş verginin bəyannaməsi” hesbat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilir.
2