I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

Sürücülük vəsiqələrinin verilməsi qaydaları 

Sürücülük vəsiqəsi almaq istəyən şəxs Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin ərazi üzrə qeydiyyat-imtahan məntəqəsinə ərizə ilə müraciət etməlidir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 
1)Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin qeydiyyata alınması haqqında vəsiqə və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
2)müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil planlarında və proqramlarında nəzərdə tutulan həcmdə hazırlıq  keçməsi barədə təhsil müəssisəsinin sənədi və ya müstəqil hazırlıq keçməsi ilə əlaqədar DYP  orqanında qeydiyyata götürülməsi barədə sənəd;
3)Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada tibbi arayış;
4)müvafiq dövlət rüsumunun (20 manat – imtahanların qəbulu üçün) ödənilməsi qəbzi.
Sürücülük vəsiqəsi DİN Baş DYP İdarəsinin ərazi üzrə qeydiyyat-imtahan məntəqələrində yol hərəkətinin qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanları müvəffəqiyyətlə vermiş şəxslərə, onlar tərəfindən qanunvericiliklə müəyyənləşdirilmiş dövlət rüsumunun (18 manat məbləğində) ödənilməsi barədə qəbz təqdim edildikdə həmin orqan tərəfindən bir gün ərzində verilir. Sürücülük vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti  tərəfindən müəyyən edilmiş «Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

Go to top