Sürücülük vəsiqəsinin dəyişdirilməsi qaydaları
Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:
1)onun etibarlılıq müddətinin qurtarması;
2)sahibinin soyadı, adı və ya atasının adının dəyişdirilməsi;
3)onun yazılarında dəqiqsizlik müəyyən edilməsi;
4)onun yararsız hala düşməsi;
5)onun itirilməsi;
6)yeni nümunəsinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiqi nəticəsində ölkədə sürücülük vəsiqələrinin dəyişdirilməsi.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında və 18 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edildikdə, əvvəllər malik olduğu bütün kateqoriyalar saxlanılmaqla, imtahansız Azərbaycan Respublikası DİN Baş DYP İdarəsinin ərazi üzrə qeyldiyyat-imtahan məntəqəsi tərəfindən bir gün ərzində həyata keçirilir.
Sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halında, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə cərimə ödənilir.
Əsli mütləq tələb olunan sənədlər:
1)sürücülük vəsiqəsi;
2)şəxsiyyət vəsiqəsi.
Nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün ərizə forması
ASAN xidmətlərə müraciət etməklə sürücülük vəsiqənizi dəişdirə bilərsiniz.