İndi söz açacağımız mövzudan demək olar ki, kimsə bəhs etməyib. Və biz də “Avtostop press” olaraq bu haqda oxucularımızı məlumatlandırmağı özümüzə borc bildik: yol nəqliyyat hadisələri baş verən zaman məsələlər necərəsmləşdirilməlidir?Şübhəsiz ki, burada kiçik sayılan qəzalaradan söhbət gedir. Və belə suallar heç vaxt aktuallığını itirmir. (İnsan ölümü, ağır bədən xəsarəti və dövlət əmlakına vurulmuş ziyanlar məhkəmə yolu ilə həll olunur). Məsələn, bir sürücü hərəkətzamanı qarşıdakı avtomobil ilə ara məsafəsi saxlamadığına görə qəza törədibsə onun cəzası necə olmalıdır?Əslində İnzibati Xətalar Məcəlləsində yol nəqliyyat hadisənin rəsmiləşdirilməsi göstərilməyib. Bütün bunlar “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair Təlimat”ın 3.9-cu bəndində öz əksini tapıb.
Qəza baş verdikdə sürücünün nə edəcəyi barədə jurnalımızın 10-cu nömrəmizdə məlumat vermişik. İndi isə hadisənin rəsmiləşdirilməsinə diqqət çəkək.İlk olaraq qeyd edim ki, baş verniş qəzada əgər günahkarın kim olduğunu iştirakçı sürücülər öz aralarında razılıq əsasında müəyyənləşdiriblərsə, dəymiş ziyan 1.000 manat dəyərində ölçülürsə və avtomobillərin hər biri hərəkət edə biləcək durumdadırsa bu zaman Yol Patrul Xidməti (YPX) çağırılmır.Amma bu o demək deyil ki, hadisə gizlədiliməlidir. Xeyr. Bu barədə DYP-yə məlumat verilməlidir.
Şübhəsiz ki, məlumatın verilməsindən sonra proseslərin necə davam edəcəyi hamı üçün çox mararqlıdır. Bundan sonra nə olur?
3.9. Xətəlar nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə yol-nəqliyyat hadisəsinin sxemi tərtib olunur və
protokol əlavə edilir. (Təlimata 3 nömrəli əlavə). Sxemdə nəqliyyat vasitələrinin hadisədən sonrakı vəziyyətini bərpa etmək imkanı verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən dövlət yol polisi əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və hal şahidləri tərəfindən imzalanır.
Sürücülərə “Nəqliyyat vasitələrinin zədələnməsi barədə” arayış verilir (Təlimata 4 nömrəli əlavə).
Beləliklə hadisə yerinə gələn inspektor dərhal hadisə yerinə baxış keçirir (və ya təhlükəsizlik kamerasında hadisəyə baxır. Bu sizin video-registratorun görüntüsü də ola bilər) . İnzibati protokol tərtib olunur və ona hadisənin sxemi əlavə edilir. Və ardınca isə sizdən izahat alınır . Vəssəlam.
Günahkar müəyyən edildikdən sonar ona törətdiyi inzibati xətanın cəriməsi yazılır. Ara məsafəsini pozubsa, ara məsafəsinin pozulmasının cəriməsi, yəni (İXM 327.1) 40 manat cərimə tətbiq edilir. Əgər hadisə dairəvi hərəkət təşkil olunmuş yolayrıcında baş veribsə, o zaman yolayrıcının keçilmə qaydasının pozulması kimi rəsmiləşdirilir. Amma unutmamalıyıq ki, bu hadisələrin rəsmiləşdirilməsi yalnız maddi ziyan vurulduqda olur. Yəni, insan tələfatı baş vermədikdə. Hadisə zamanı xəsarət alan olmayıbsa rəsmləşdirilmə məhz göstərdiyimiz qaydada aparılır. Lakin hadisə zaman yüngül bədən xəsarəti alan varsa və qayda pozuntuları 327.1-327.6, 328 və 330-cu maddələrinə uyğun gəlirsə, onda sizə 200 manat cərimə tətbiq edilir. Və ya sürücülük hüququ 1 ilə qədər məhdudlaşdırılır. Yüngül bədən xəsarətinin alınıb-alınmaması isə tibbi ekspertizanın rəyindən sonra müəyyənləşir.
Bu isə "Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 269 saylı qərarı ılə nizamlanır. Nə vaxtsa qarışıqlığın baş verməsini istəyirsinizsə bu siyahını özünüzdə möhkəm saxlayın. Çünki hadisə baş verdikdə həkim rəyi əsasdır.
Yüngün bədən xəsarəti isə bunlardır:
-
sağlamlığın qısa müddətdə (21gündən az) pozulmasına səbəb olan xəsarətlər;
-
11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı;
-
burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı;
-
əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla);
-
cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar;
-
baş beyin silkələnməsi;
-
sağlamlığı qısa müddətə pozan digər zədələnmələr;
-
əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr.
Göstərilən belə hallar törənibsə həkim rəyinə əsasən sizə ya 200 manat cərimə, ya da sürücülük hüququnun bir ilə qədər məhdudlaşdırılma cəzası verilə bilər. Az-ağır və ya ağır bədən xəsarəti isə artıq işin məhkəməyə getməsinə əsasdır.
Hadisə yerini tərk etməyə gəldikdə isə proseslər bir qədər fərqlidir. Bəzən sürücülər “öz aramızda razılaşdıq” deyib hadisə yerindən sadəcə uzaqlaşıb gedirlər. Lakin belə etmək olmaz. Hadisə haqqında mütləq DYP-ə məlumat verilməlidir.Yeni məcəlləyə əsasən məlumat verilmədiyi təqdirdə sizi 100 manat miqdarinda cərimə gözləyir. Avtomobillər cərimə meydançasına aparılıbsa, onda banın əzilməsi ilə bağlı sizə arayış verildikdən sonra maşınları cərimə meydançasındançıxarıb təmirə apara bilərsiniz.
Unutmayın, DYP-nin icazəsi olmadan əzilmış maşını təmir et(dir)mək və ya təmirə qəbul etmək qayda pozuntusu hesab olunur. Bir məsələni də xatırladım ki, icbari sığorta üçün forma 4 arayışının alınmasının müddəti 10 gündür.Əcnəbilərin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsinin sənədləşdirilməsi zamanı protokolda nəqliyyat vasitəsini sığortalamış şirkətin ünvanı, sığorta sənədinin nömrəsi, verilmə tarixi və yeri qeyd edilir, nümayəndəsi dəvət olunur.Beynəlxalq yol hərəkətində iştirakçı əcnəbi sürücülərin yol-nəqliyyat hadisəsindəki iştirakı və nəqliyyat vasitəsinin zədəsinin xarakteri barədə məlumatlar (gömrük plomblarının zədələnməsi, banın, ban örtüyünün tamlığının pozulması, nəqliyyat vasitələrinin zədələnməsi) verilmiş arayışda qeyd edilir.Yolda ehtiyatlı olun və qaydaları pozmayın.
Allah qorusun, qəzaya düşdükdə bu məqalədən yararlanaraq hüquqularınızı müdafiə edə bilərsiniz.