Məcəllələrlə
Azərbaycan Respublikasının Məcəllələri
Su Məcəlləsi, Meşə Məcəlləsi, Torpaq Məcəlləsi, Əmək Məcəlləsi, Mülki Məcəlləsi, Mülki Prosessual Məcəlləsi, Ailə Məcəlləsi, Cinayət Məcəlləsi, Vergi Məcəlləsi, Cinayət Prosessual Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi, Ticarət Gəmiçiliyi Məcəlləsi, Seçki Məcəlləsi, Mənzil Məcəlləsi, İnzibati Prosessual Məcəlləsi, Gömrük Məcəlləsi, Şəhərsalma və Tikinti Məcəlləsi, Miqrasiya Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi
4543060842_c9870d9d20_o.jpg
JSN_extendedstyle.jpg
Biznesdə SMS xidmətlərindən istifadə sürətlə yayılmaqdadır,buna səbəb digər reklam kanallarına nisbətdə SMS üzərindən göndərilən məlumatlar 90% oxunması, oxunan mesajların isə 93%-i ilk dəqiqələrdə oxunmasıdır. Bütün dünyada olduğu kimi son zamanlar bizim ölkədədə dövlət qurumları,özəl şirkətlər öz xidmətlərində SMS üzərindən bildiriş,xatırlatma,məlumatlandırmadan geniş istifadə edir. Əksər qanun lahiyyələrindədə qurum və şirkətlərin abonentlərə,istifadəçilərə bildiriş növü kimi SMS-dən istifadə etməsi qanunla nəzərdə tutulub.
Sizlərə SMS üzərindən müxtəlif xidmətlər göstərən şirkətlər sırasına yeni qatılan viasms.az-dan bəhs etmək istəyirəm. Visms.az şirkəti bir çox sms xidməti göstərən şirkətlərdən fərqli olaraq sms-lərin daha çox insana və dəqiq hədəf kütləsinə çatdırılmasını təmin edir.
Viasms.az şirkəti 3 əsas xidmət təklif edir, bunlar:
· Toplu SMS xidməti
· Hədəfli SMS xidməti
· Toplu WhatsApp mesajları
Toplu SMS xidməti ilə Siz, öz müştərilərinizə təşəkkür tipli, ad günü təbrikli, xatırlatma, məlumat xarakterli və ya xüsusi endirimlər, kampaniyalar təklif edə bilərsiniz. Burada əsas üstünlük ondadır ki, mobil operatorlarda hər SMS dəyəri 0.05 AZN təşkil edir və toplu SMS göndərmək imkanı yoxdur. Bu xidmət vasitəsiylə siz öz brendinizin adı ilə eyni vaxtda bir neçə nömrəyə eyni mesajı daha ucuz qiymətə göndərə bilərsiniz.
Hədəfli SMS xidməti ilə Siz,Naxçıvan MR istisna bütün ölkə üzrə və ya sizə uyğun istənilən şəhər, rayon hətta kənd və qəsəbələr üzrə,gəlir təbəqəsi,avtomobili olanlar,və ya sahibkar sinifinə görə sms xidmətimizdən faydalana bilərsiniz. Yeni açılan mağazanızın elanını və ya endirimdə olan məhsullar, keçirdiyiniz kampaniyalar barədə müştərilərinizi öz biznesinizin adı ilə mesaj göndərərək rahat və operativ məlumatlandıra bilərsiniz. Hədəfli sms xidməti ilə Sizin reklamınız,şirkətinizin (mağaza,restoran,gözəllik salonunu,klinika və sair) yerləşdiri əraziyə uyğun olan potensial müştərilərinizə çatacaq. Məhsul reklamı ilə yanaşı, sosial şəbəkələrdə olan hesablarınızın linkini göndərərək izləyici sayınıda artıra bilərsiniz. Ünvlanların SMS-də xəritə üzərindən yerləşdirilməsi təmin olunur.
Toplu WhatsApp mesajları. Günümüzdə ən çox istifadə olunan sosial şəbəkə WhatsApp-dır. Siz öz biznesiniz, keçirdiyiniz və ya keçirəcəyiniz kampaniyanız,məhsulunuz haqqında məlumatları olduğunuz ərazidəki insanlara toplu whatsapp xidməti vasitəsiylə daha tez çatdıra bilərsiniz. Toplu WhatsApp mesajlarının əsas üstünlükləri: mətn, foto, video, stiker və ya digər formatda olan faylları göndərə bilmə imkanı və mətnlərdə istifadə edə biləcəyiniz simvol sayının 4096 olmasıdır. Xidmətlər barədə daha ətraflı məlumat əldə etmək və faydalanmaq üçün www.viasms.az saytına daxil ola bilərsiniz.
Biznesin inkişafında uğurlu reklamın həmişə böyük rolu vardır, SMS üzəridnən reklam,reklamın birbaşa reklamlar növünə aiddir. SMS üzərindən göndərilən reklamların effektivliyi daha yüksəkdir çünki gəlir təbəqəsi,yaş fərqi olmadan günümüzdə hər kəs mobil telefon istifadəçisidir. SMS-ə xərclənən vəsait digər reklam kanallarına xərclənən vəsaitdən daha aşağı və hədəf kütləsinə daha tez çatandır.
Uğurlu satışın yolu, uğurlu reklamdır!
I. Hər kəsin vicdan azadlığı vardır.
II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.
III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.
IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.
V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.
Konstitusiya
8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.
8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.
8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir.
I. Yol hərəkəti sahəsində mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin aşağıdakı vəzifələri vardır:
1) yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi və yol hərəkəti qaydalarının tələblərinə riayət etmək;
2) yol hərəkəti qanunvericiliyinin tələblərinə əməl olunması üzrə əmək kollektivlərində profilaktik iş aparmaq;
3) həmkarlar ittifaqı təşkilatları ilə razılaşdırmaqla sürücülərin sağlamlıq vəziyyətinə, sürücülər tərəfindən əmək və istirahət rejiminə əməl olunmasına nəzarət etmək;
4) daşıma fəaliyyəti ilə məşğul olduqda daşımaların xüsusiyyətlərini nəzərə alaraq, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, yol hərəkəti sahəsində qüvvədəolan qaydalar, normativlər və standartlar əsasında xüsusi qaydalar qəbul etmək;
5) yol-nəqliyyat hadisələrinin profilaktikası ilə bağlı tədbirlərin təşkili və maliyyələşdirilməsi, nəqliyyatın fövqəladə hallarda istismarı məsələlərini həll etmək;
6) bu Qanunla müəyyən olunmuş digər tələbləri yerinə yetirmək.
II. Hüquqi şəxslərin sürücüləri yol hərəkətinin təhlükəsizliyi tələblərini pozmağa hər hansı fomada sövq etməsi qadağandır.
Yol Hərəkəti haqqında qanun