I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

XÜSUSI HİSSƏ

IV bölmə

REFERENDUM

On yeddinci fəsil

REFERENDUMA AİD ÜMUMİ MÜDDƏALAR

   Maddə 117. Referendum yolu ilə həll edilən məsələlər

Referenduma çıxarılan məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin I və II hissələri ilə, 11-ci maddəsinin III hissəsi ilə və 152-ci maddəsi ilə müəyyən edilir.

   Maddə 118. Referendum yolu ilə həll edilə bilməyən məsələlər

Referenduma çıxarıla bilməyən məsələlər Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin III hissəsi ilə və 155-ci maddəsi ilə müəyyən edilir.

       Maddə 119. Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər edilməsi haqqında referendum keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi

Azərbaycan Respublikası Konstitusiyasının 153-cü maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişiklikləri Azərbaycan Respublikasının Milli Məclisi və ya Azərbaycan Respublikasının Prezidenti təklif etdikdə, təklif olunan dəyişikliklərə dair əvvəlcədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi alınır. Həmin rəyin alınması qaydası «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

   Maddə 120. Referendumun keçirilməsinin məcburiliyi

Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanları tərəfindən bu və ya digər məsələyə dair qərarın qəbul edilməsi həmin məsələyə dair referendumun keçirilməsini istisna edə bilməz.

   Maddə 121. Referendumun keçirilməsini istisna edən hallar

121.1. (Çıxarılıb) 

121.2. Eyni bir məsələyə dair təkrar referendum ilkin referendumda qəbul edilən aktın dərc edilməsi günündən başlayaraq yalnız 1 il keçdikdən sonra keçirilə bilər.

Product Tour
Go to top