I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

İyirmi üçüncü fəsil

MİLLİ MƏCLİSƏ SEÇKİLƏR ZAMANI DEPUTATLIĞA

NAMİZƏDLƏRİN İRƏLİ SÜRÜLMƏSI

   Maddə 146. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairələri üzrə namizədlərin irəli sürülməsi

146.1. Birmandatlı seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 53 və 54-cü maddələrinə uyğun olaraq irəli sürə bilərlər.

146.2. Birmandatlı seçki dairəsi üzrə təkrar seçkilərdə namizədlər bu seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür.

146.3. Birmandatlı seçki dairəsi üzrə əlavə seçkilərdə namizədlər bu Məcəllənin 145.4-cü maddəsində göstərilən müddətdən sonra irəli sürülür.

146.4. Seçicilərin irəli sürdükləri namizəd yalnız bir birmandatlı seçki dairəsində namizədliyinin irəli sürülməsinə razılıq verə bilər.

146.5. Namizədlərin irəli sürülməsinədək dairə seçki komissiyasının yaradılması başa çatmayıbsa, namizədin irəli sürülməsi haqqında bildirişi, müvafiq namizədlərin razılıq ərizələri və digər sənədlər Mərkəzi Seçki Komissiyasına göndərilir. Mərkəzi Seçki Komissiyası göstərilən sənədləri dairə seçki komissiyasının təşkilindən və sədrinin seçilməsindən sonra ona təqdim edir.

   Maddə 147. Milli Məclisə seçkilər zamanı birmandatlı seçki dairəsi üzrə irəli sürülən namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması

147.1. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır.

147.2. Bir seçici birdən artıq namizədin müdafiəsi üçün imza ata bilər.

147.3. Seçicilərin imzaları bu Məcəllənin 56-cı və 57-ci maddələrində göstərilən qaydada toplanır.

Product Tour
Go to top