I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya

VI bölmə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRI

İyirmi doqquzuncu fəsil

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SEÇKİLƏRİNƏ

 AİD ÜMUMİ MÜDDƏALAR

   Maddə 177. Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları

Azərbaycan Respublikası Prezidenti (bundan sonra — Prezident) seçkilərinin əsasları Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra — Konstitusiya) 100-102-ci maddələri ilə müəyyən edilir.

   Maddə 178. Prezident seçkilərinin təyin edilməsi

178.1. Prezidentin Konstitusiya ilə müəyyən olunmuş səlahiyyət müddəti başa çatdığı son ilin oktyabr ayının üçüncü həftəsinin çərşənbə günü seçki günü hesab olunur.

178.2. Seçkilərin keçirilməsi günü Mərkəzi Seçki Komissiyasının qərarı ilə elan edilir.

178.3. Seçkilərin keçirilməsi gününün elan edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarı ən geci 2 gün müddətində dərc edilməlidir.

   Maddə 179. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi

179.1. Konstitusiyanın 104-cü maddəsində nəzərdə tutulmuş hallarda Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar Prezident seçkiləri keçirilir. Bu hal növbəti Prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar Prezident seçkiləri təyin edilir.

179.2. Konstitusiyanın 104-cü və 107-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin və ya Azərbaycan Respublikası Milli Məclisinin müvafiq qərarının qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 3 ay ərzində keçirilir.

 

Product Tour
Go to top